Krım

Qara dənizdə yarımada From Wikipedia, the free encyclopedia

Krımmap

Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası[1] (krımtat. Qırım, türk. Kırım, osman. قريم, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.

Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Krım
krımtat. Qırım
ukr. Крим
rus. Крым
Thumb
Krım yarımadasının Kosmosdan görünüşü
Ümumi məlumatlar
Sahəsi 26 860 km²
Ən yüksək nöqtəsi 1545 m (Roman-Koş dağı) m
Yerləşməsi
45°24′ şm. e. 34°00′ ş. u.HGYO
Akvatoriya Qara dəniz,
Azov dənizi (Sivaş körfəzi)
Ölkə Ukrayna (de-yure)
Rusiya (de-fakto)
Thumb
Krım
Krım
Thumb
Krım
Krım
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir. Kimmerlər bu yarımadanı e.ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonra skiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Qədim yunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.

E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını saldılar. Sonralar burada ellinistik Bosfor dövləti əmələ gəldi. Dövlət Roma imperiyasının tabeliyində idi. Sonralar qotlar, hunlar, bulqarlar, xəzərlər, Kiyev rusları, Bizanslılar, qıpçaqlarmonqollar buranı bir-birinin ardınca işğal etmişdilər. Eramızın XIII əsrində CenovalıVenesiyalı tacirlər Krımda bir neçə sahilyanı ticarət şəhər və qəsəbələr salmışdılar.

1441-ci ildə Girəy nəslindən Hacı xan Krımda xanlıq qurdu. Lakin 1475-də xan I Məngli Gərayın İstanbulda girov saxlanmasından sonra xanlıq Osmanlı imperiyasından asıllığa düşdü. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçdü. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa döndü.

İlk Sovet illərində Krım muxtariyyət əldə etdi. 1941-ci ildə Krım nasist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq, 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarı, həmçinin yunan, bolqar, türk, erməni, italyan, azərbaycanlı, çərkəz əhalisi hakimiyyət tərəfindən Mərkəzi Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu.

19 fevral, 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.

Geoloji quruluşu

Dağlıq Krım struktur-tektonik cəhətdən cənub hissəsi çökmüş və Qara dənizin suları ilə örtülmüş böyük və mürəkkəb antiklinal qalxmadır. Antiklinorinin nüvə hissəsində tərkibində yuxarı trias və alt yuranın qumlu təbəqələri olan intensiv qırışmış gilli şistlər Tavr lay dəstəsini yaradır. Antiklinorinin şimal qanadında nüvənin qırışıq strukturları üzərində bir-birinə uyğun olmayan yatımlı üst təbaşir, paleogen və neogen çöküntülərindən ibarət Şimali Krım monoklinalı aydın seçilir. Çöllük Krım ərazisinin səthi əsasən neogenin dəniz və dördüncü dövr kontinental çöküntülərindən təşkil olunmuşdur. Krım yarımadasının qərb hissəsində xırda qırışıqlarla mürəkkəbləşmiş tirəvari Tarxanqut qalxanı yerləşir.

Relyef

Krımın relyef xüsusiyyətləri onun geoloji quruluşu ilə əlaqədar olub, mürəkkəb inkişaf tarixi ilə müəyyənləşdirilir.

Dağlıq Krım

Krım dağları Yayla adlanan əsas silsilədən və ondan şimalda yerləşən, Dağlıq Krımın qərb və orta hissələrində aydın seçilən iki Ön kuest tirədən ibarətdir. Yaylanın ən yüksək zirvəsi Babuqanyaylavari Roman-Koş dağıdır (1545 m). Yaylaya səciyyəvi landşaft xüsusiyyəti verən karst relyef formalarıdır. Yaylada karst tam seçilir və Aralıq dənizi tipinin çılpaq karstları üçün klassik nümunədir. Bir çox yerlərdə əhəngdaşları torpaq örtüyündən tamamilə məhrum olmuş və kar çölü yaratmışdır.

Kerç yarımadası

Yarımadanın relyefi təpəlidir. Yüksək olmayan təpələr və çökəklərlə ayrılan ayrı-ayrı təpələr paleogen və neogen süxurlarından təşkil olunmuşdur. Nüvə hissəsində, yumşaq gillərin braxiantiklinallarından üzə çıxdığı sahələrdə antiklinal çökəklərin əmələ gəlməsi səciyyəvidir. Palçıq vulkanlarına da rast gəlinir.

Çöllük Krım

Bu, hamar, demək olar ki, ideal düzənlikdir. Tarxanqut yarımadasının relyefi bir neçə yastı qalxmaları olan dalğalı sahədir.

Əhalisi

border=none Əsas məqalə: Krım əhalisi

Sovet İttifaqının dağılışından sonra muxtariyyət bərpa olundu; vaxtilə sürgün edilən xalqlara qayıtmağa icazə verildi. Son 200 il ərzindəki kimi, bu günlər ruslar Krımda çoxluq təşkil edir. Qalan xalqlar – ukraynalılar, Krım tatarları, beloruslar, tatarlar, azərbaycanlılar, erməniləryəhudilərdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.