From Wikipedia, the free encyclopedia
Küncüt (lat. Sesamum)[3] — pedaliacae fəsiləsinə aid bitki cinsi.[4]
Küncüt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Küncüt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir.
Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir. Sarı rəngli, iysizdir. Ondan konserv və şirniyyat məmulatlarının hazırlanmasında, tibdə, kopirovka kağızı və sabun istehsalında istifadə olunur.
Toxumlarından konfet, şərq şirniyyatları və qabığı təmizlənmişlərdən halva hazırlanır. Soyuq üsulla yağ alındıqdan sonra jmıxın tərkibində 8% yağ və 40% zülal olur ki, bu da qənnadı sənayesində istifadəyə yararlıdır. İsti üsulla alınan jmıx heyvandarlıqda konsentrantlı yemdir. Bir sentner jmıx 132 yem vahidinə bərabərdir. Onun vegetativ orqanlarından, çiçəklərindən alınan xüsusi maddədən ətriyyat sənayesində istifadə edilir. Yunan alimi (tarixçi) Ksenofont deyirdi ki, döyüşçülər özlərini qorumaq üçün bədənlərinə küncüt yağı sürtürdülər.[5] Küncüt toxumu xərçəng əleyhinə xassəli daha bir məhsuldur. Bu kiçik toxumlar xoş ətrə və acıtəhər qoz dadına malikdirlər. Toxum və ya yağ şəklində istifadə olunur. Küncüt toxumu sarı və ya qara rəngdə olur. Qara toxumlar fenollarla və xərçəng əleyhinə maddələrlə daha zəngindir. Onlar linol turşusuna (omeqa-6) və az miqdarda linolen turşusuna (omeqa-3) malikdirlər. Küncüt toxumları proteinlərlə, metioninlərlə və triptofan ilə zəngindir, onlarda əvəz olunmaz amin turşuların hamısı var. Bu səbəbdən onlar paxlalıları və bütöv dənli bitkiləri yaxşı tamamlayır. Küncüt və kətan toxumu istifadə etmək hormondan asılı şişlərin qarşısını alır və qanda aşağı sıxlıqlı (“pis”) xolesterinin səviyyəsini azaldır. Küncüt kalsiumun yüksək miqdarı ilə (900 mq/100 q) fərqlənir.Küncütdə kalsiumun miqdarı inək südündə olduğundan (163 mq/100 q) o, osteoporoza qarşı çox faydalıdır. Küncüt antioksidantdır, E vitamininə, maqneziuma, dəmirə, kaliuma, misə və B3 vitamininə malikdir.
Küncütdə liqnanlar, sezamin və sezamol var ki, onlar xərçəng ilə mübarizə aparmağa kömək edirlər; onlar NF-kB faktorunun qarşısını alır, bu səbəbdən də xərçəng öz yaşamlılığını itirir.
Sezamol hüceyrələrin qocalmasının qarşısını alır və bununla da xərçəng yarada bilən mutasiyanın əmələ gəlməsinə mane olur. O, həmçinin şişlərin inkişafını dayandırır və şiş hüceyrələrini özü-özünü öldürməyə yönəldir. Küncüt fitoestrogen kimi fəaliyyət göstərir, dəqiq olaraq kətan toxumu kimi və qanda estrogenlərin səviyyəsini tənzimləyərək süd vəzi xərçənginin qarşısını alır.
Küncüt və kətan toxumları təbiətdə mövcud olan liqnonların mənbəyidir. Brokkoli, kələm və çia toxumu da liqnanların mənbəyidir. Küncüt şişlərin yeni damarlar yaratması və yayılması qabiliyyətini inhibitorlaşdırır. O, süd vəzləri xərçəngi zamanı pronqiogen və iltihab yaradan maddələrin sintezinin qarşısnı alır.
Ağciyər, süd vəzi, yoğun bağırsaq, prostat, mədəaltı vəz xərçəngi, həmçinin leykemiya və çoxlu mielomlar zamanı şiş hüceyrələrinin yayılmasını məhdudlaşdırır. Küncüt yağının tez-tez istifadə olunması mədə xərçəngi riskini yaranmasını azaldır.
Küncütün xassələrindən maksimum istifadə etmək üçün onu çiy alın və evdə üyüdün. Xərçəng əleyhinə yaxşı vasitə taxin və ya küncüt pastasıdır. Küncüt toxumundan un hazırlamaq olar ki, onu çörəyi ətirləndirmək istəyəndə ev çörəyinə qatmaq olar.
Küncüt toxumunu paxlalılarla və ya bütöv dənlilərlə birgə istifadə etdikdə kompleks zülallar əmələ gəlir. Küncüt pastasını noxud və ya mərcimək püresi ilə qarışdırmaqla xumus hazırlamaq olar.
Duzun əvəzedicisi dəniz duzunun toz halına salınmış forması ilə qızardılmış küncüt tozunun qarışığı (14-ün 1-ə nisbətində) ola bilər.
Yeganə qüsur odur ki, küncüt çox omeqa-6 yağ turşularına malikdir, odur ki, küncüt toxumlarını çox istifadə etmək olmaz. Əgər gündə 2 çay qaşığı kətan toxumu yemək təklif edilirsə, küncüt toxumunu bir çay qaşığı istifadə etmək məsləhət görülür.
Bu məqalə qaralama halındadır. |
Küncüt qədim bitkidir. Əsas küncüt becərən ölkələr Hindistan, Çin, Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan, Meksika və Amerikadır. Küncüt cinsinin inkişaf mərkəzi tropik və subtropik Afrika hesab edilir. Ən çox yayılmış növlər Qvineya və Hindistanda rast gəlinir. Hindistanın ən qədim əlyazmalarında küncüt becərilməsinə dair qeydlərə rast gəlinir. Küncüt və ya sezam çox qədim yağlı bitkidir. Bu növ yabanı halda mövcud deyildir. Arxeoloqlar Misir piramidalarında və Hindistanın qədimi şərq kəndlərində qazıntılar zamanı küncüt toxumlarına rast gəlirdilər. Ən geniş yayılmış hipotezlərdən biri budur ki, Hindistana küncüt cənubi Afrikadan dəniz yolu ilə gətirilmişdir. O vaxt ki, dəniz səyyahları küncütü qida kimi istifadə edirlərmiş. Hazırda Hindistanda küncüt yağlı bitkilər içərisində araxis və rapsdan sonra üçüncü yeri tutur. Küncüt Hindistandan Çinə, Yaponiyaya, Amerikaya və Avropaya yayılmışdır. Küncüt Rusiyaya XVIII əsrin axırlarında gəlib çıxmışdır. 1777-ci ildə Astraxan quberniyasında onun ilk səpinləri aparılmışdır. Bu toxumlar Buxaradan gətirilmişdir. Orta Asiya respublikalarında da küncüt çox qədimdən becərilir ki, bu da Pakistan və Hindistanla bağlıdır.
Küncüt (Sesamum indicum L.) küncütkimilər (Pedaliaceae) fəsiləsinə daxildir. Sesamum cinsinin 19 növü vardır. Küncütün gövdəsi 80-110 sm hündürlüyündə olub dik durandır. Mil kökü 1 metrə qədər dərinə gedir, yan köklər isə çox budaqlanan olub ətrafa yayılır. Yarpaq saplaqları uzundur, yarpaq ayası bütöv və bölünmüş, kənarları isə tam və ya dişli olur. Çiçəkləri zəngə oxşayır yarpaq qoltuğunda 1-2 ədəd olurlar. Çiçək tacının rəngi ağ, çəhrayı və bənövşəyi olur. Öz-özünə tozlanan bitkidir. Meyvəsi uzun 4 və ya 8 üzlü qutudur. Qutunun uzunluğu 3- 4 sm, bir bitkidə 100-150 qutu olur. Yetişən zaman qutusu aralanır. Bir qutuda 70-80 toxum olur. Toxumlar xırda, yastı, rəngi ağ, boz, qonur və qara olur. Min ədədinin kütləsi 3-5 qr. arasında dəyişir. Küncüt işıq və istilik sevən qısa gün bitkisidir. Toxumları 15-18℃-də cücərir. 1℃ şaxtada məhv olur. İnkişafı üçün ən yaxşı temperatur 25-30℃-dir. Temperaturun 12℃-yə enməsi bitkinin inkişafını dayandırır. Nəmliyə və qida elementlərinə tələbi yüksəkdir. Küncüt bitkisi cücərmə və intensiv böyümə vaxtları nəmliyə çox tələbkar olur. Qranulometrik tərkibi yüngül münbit torpaqlarda küncüt yaxşı inkişaf edir. Ağır gilli, bataqlı, şoran torpaqlarda, eyni zamanda qaysaq əmələ gətirən torpaqlarda da bu bitki yaxşı inkişaf etmir. İlk çıxışlardan bir ay müddətinə küncüt zəif, çiçəkləmə dövründən isə sürətlə böyüməyə başlayır. Vegetasiya müddəti 90-120 gün arasında dəyişir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.