From Wikipedia, the free encyclopedia
II Kvirike (Şəki/Eretidə); IV Kvirike (Kaxetidə (gürc. კვირიკე IV )) – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1082-ci ildə çəkilir və 1104-cü ildə vəfat etməsi göstərilir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi isə səhvən II Kvirikenin 1084-сü ildən 1102-ci ilə qədər hakimiyyətdə olduğunu və 1102-ci ildə vəfat etdiyini göstərir[2].
II Kvirike | |
---|---|
Şəki-Kaxeti hökmdarı (ranların və kaxların çarı[1]) | |
Vəzifədədir | |
1082-ci ildən | |
Əvvəlki | I Axsartan |
Sonrakı | II Axsartan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1102 |
Milliyyəti | gürcü |
Fəaliyyəti | suveren[d] |
Atası | I Axsartan |
Dini | xristian |
ХII əsr erməni tarixçisi Samuel Anesi[rus.] 1082-ci il üçün Şəki çarı Kverikenin adını çəkir[3]. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə
Kaxetidə Kviriki çarlıq edirdi, çarlıq etməyə layiq kişi, öz düşüncələrinə hakim, əsil xristian idi. Allah çar Davidə imkan verdi, o, Zeda-Zedeni qalasını Kvirikedən aldı[4].
“Çarlar-çarı Davidin həyatı”na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etmişdir[5].
Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və “Kartlis tsxovreba”nın XVI əsr redaktəsində (“Çariça Annanın siyahısı”) çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir[6].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.