From Wikipedia, the free encyclopedia
Həsən bəy Ağalarov (1812[1], Tiflis, Gürcüstan quberniyası[1] – 1883[2][3], Tiflis[1]) — azərbaycanlı Rusiya İmperator Ordusunun general-leytenantı. O, hərbi əməliyyatların gedişində bilavasitə "Müqəddəs Georgi" ordeni ilə təltif edilən ilk azərbaycanlı olmuşdur. Belə ki, 1848–1849-cu illərdə baş vermiş Macar üsyanının yatırılması zamanı 21 dekabr 1849-cu ildə olmuş Debrecen döyüşündə fərqləndiyinə görə bu ordenlı ilə təltif edilmişdir.[4][5][6]
Həsən bəy Ağalarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1812[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1883[2][3] |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya İmperiyası |
Qoşun növü | Rusiya İmperator Ordusu, süvari |
Xidmət illəri | 1830–1881 |
Rütbəsi | General-leytenant |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həsən bəy 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. O, ilk təhsilini Tiflis gimnaziyasında almış və 1834-cü ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda xidmət etməyə başlamışdır. Az sonra bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi işdəki nizam-intizamı general-leytenant knyaz Vasili Osipoviç Behbudovun diqqətini cəlb edir. Ona görə də general, poruçik Həsən bəy Ağalarovu qərargah işləri üzrə ən yaxın köməkçisi təyin edir. Qafqaz müsəlman-süvari polkunun bir döyüşçüsü kimi 1834-cü ilin noyabrında Varşavaya xidmət etməyə göndərilmişdir. O, Varşavada qərərgah kapitanı İsmayıl bəy Qutqaşınlı, leytenant Cəfərqulu Bakıxanov (Abbasqulu Bakıxanovun kiçik qardaşı) ilə birlikdə xidmət etmişdir. 1835-ci ilin 8 oktyabrında Varşavada praporşik rütbəsinə yüksəlmişdir.[7][8]
1840-cı ildə Ağalarov xidmətdə fərqlənməyə görə III dərəcəli "Müqəddəs Stanislav" Ordeni ilə təltif edilmişdir. Onun da xidmət etdiyi müsəlman alayı macar üsyanını yatırılmasında iştirak edən rus ordularının bir hissəsi kimi Macarıstana göndərilmişdi. Debrecen döyüşündə müsəlman alayı da iştirak etmiş və üsyançıların ordusu darmadağın edilmişdir. 1849-cu ildə baş vermiş döyüşdə müsəlman alayı düşmənin toplarını ələ keçirmişdi. Bu döyüşə görə, müsəlman alayı "Müqəddəs Georgi Bayrağı" ilə təlttif edilmişdir.[9][10] Alayın komandanın köməkçisi kimi Ağalarov 28 avqust 1849-cu ildə "Müqəddəs Georgi" ordeni ilə də mükafatlandırıldı.[11]
Field-marşal İvan Paskeviçə görə:[12]
1849-cu il iyulun 21-də Debrecen şəhərində üsyankar macarlarla döyüşdə o, üç yüz Zaqafqaziya Atlı Müsəlman Alayı ilə sol cinahda olmaqla hücum zamanı xüsusi fədakarlıqla düşmənin piyada qoşunlarının üstünə şığıdı, onu tamamilə məhv etdi və ilk iki silahı və doldurma qutusunu ələ keçirdi, daha sonra şəhər boynca düşməni təqib edərək 300 əsir və bütün konvoyu ələ keçirdi.
1852-ci ildə isə polkovnik Həsən bəy Ağalarov Zaqafqaziya atlı-müsəlman alayının komandiri təyin olunur. 17 aprel 1857-ci ildə o, general-mayor rütbəsinə yüksəldildi və Əlahiddə Qafqaz Korpusuna transfer edildi.[13]
Bir il sonra Krım müharibəsi başlananda bu alayın tərkibində xüsusi döyüş dəstələri yaradıldı. "1853–56-cı il Şərq müharibəsinin təsviri" kitabının müəllifi A. F. Qeyrot yazır:[5]
Təkcə gəncəlilərdən ibarət iki süvari dəstəsi yaradılmışdı. Onların ümumi sayı min nəfər cəsur atlıdan ibarət idi. Bu süvarilər hansı cəbhəyə göndərilirdisə, ordan igidlik və rəşadətləri haqqında xoş sözlər eşidilirdi.
Alayın əsgərləri 1853-cü il noyabrın 2-də Bayandur kəndi uğrunda döyüşlərdə general-mayor İlya Orbelianinin komandanlığı altında döyüşürdülər. Bu döyüşlərdə gürcü Kavtaradzenin və azərbaycanlı Ağalarovun əsgərləri xüsusilə fərqlənirdilər.[5]
Tarixçi A. F. Qeyrot kitabının 191–192-ci səhifələrində Bayandur kəndi yaxınlığında gedən ağır döyüş barədə bu sözləri yazmaqdadır:[14]
Orbeliani dəstəsi gözlənilmədən 40 topdan atılan güclü atəşlə qarşılandı. Rus artilleristləri dərhal cavab atəşi açdılar, lakin qüvvələr bərabər deyildi. Güclü top atəşi və düşmən süvarilərinin hücumu başlandı. İkinci Azərbaycan süvari dəstələri top atəşi ilə müdafiə olunan düşmən atlılarının güclü hücumuna məruz qaldı. Tixotski özünün draqun diviziyası ilə vaxtında azərbaycanlı döyüşçülərin köməyinə çataraq düşməni cəhdlə əzməyə başladılar. Draqun diviziyasının və Azərbaycan atlılarının zərbələri altında əzilən düşmən süvariləri qaçmağa üz qoydular.
1857-ci ildə general-mayor rütbəsinə layiq görülən Həsən bəy Ağalarov Qafqaz əlahiddə ordusunun zabiti kimi xidmət etmişdir.[14]
General Həsən bəy Ağalarov Tiflisdə yaşayan mütərəqqi fikirli Azərbaycan ziyalıları ilə dostluq etmişdir. O zaman canişinlikdə müşavir və tərcüməçi işləyən Ağa bəy Yadigarovla, general-mayor İsrafil bəy Yadigarovla, general İsmayıl bəy Qutqaşınlı ilə böyük dramaturq Mirzə Fətəli Axundovla və görkəmli şair Qasım bəy Zakirlə yaxından əlaqə saxlamışdır.[15][14]
Qasım bəy Zakir 1850-ci ildə nahaq böhtana düşüb, sürgün ediləndə general Həsən bəy Ağalarov şairi xilas etmək üçün xeyli çalışmışdır. Zakir bir şerində xeyirxah insan, cəsur bir əsgər kimi yad edir:[14]
Həvadisi-dövran gərdişi-fələk, Salmışdı binəyə kəbki8 yepələk:
Tülək tərlan kimi, qafil Həsən bəy, Şığıyıb çənginə götürdü bayaq.
Xidməti boyunca aldığı mükafatların siyahısı belədir:[16]
Tarixçi Şəmistan Nəzirli 1991-ci ildə yazdığı kitabında Azərbaycan Dövlət Tarix Muzeyində axtarış apararkən naməlum general şəklinə rast gəldiyini, muzeyin işçisinin də bu şəklin kimə məxsus olduğunu bilmədiyini yazmışdır. Bu şəkil həsən bəyin portretidir. General-mayor Həsən bəy Ağalarovun portreti naməlum rəssam tərəfindən çəkilib. Portretin hündürlüyü səksən beş, eni isə yetmiş santimetrdir.[5]
Şəmistan Nəzirli həsən bəyin portretini gördükdən sonra onun barədə araşdırmalara başlamış və "Qafqaz hərbi-tarix muzeyi"nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir nömrəli "Soraq kitabçası"nda onun barədə qısa məlumat tapmışdır. Bu kitabçada inqilabdan əvvəlki yüksək rütbəli zabitlər və generallar haqqında məlumatlar var. Siyahı üzrə iki yüz qırx dördüncü bölmədə Həsən bəy barədə materiallar yer alır.[5]
Həsən bəy Qarabağ xanları nəslindən olan Bikə Xanım ilə evli idi. Bikə Xanım Qarabağ xanı İbrahimxəlil xanın oğlu Əhməd xan Cavanşirin qızı idi. Onların bu evlilikdən Davud ağa və Mariya Xanım adlı iki övladı olmuşdur. Ailəsinin övladları məşhur sovet boksçusu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi Abbas Ağalarov və qardaşı opera vokalisti, SSRİ xalq artisti İdris Ağalarovdur.
Həsən bəy Ağalarov 1883-cü ildə, yəni ordudan ehtiyata ayrıldıqdan iki sonra vəfat etmişdir.[17][15]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.