Çar ordusunun azərbaycanlı generallarıÇar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar.

Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər.

Azərbaycanlı generallar

Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir.

Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir.

Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir.

Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər.

XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Gəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar. Döyüşdə cəngavər olan xalqımızın gücündən Çar Rusiyası da özünə lazım olduqda bəhrələnmişdir.

Zaqafqaziya Rusiyaya birləşdirildikdən (1806–1810) sonra, 1829-cu ildə Azərbaycanda beş süvari alayı yaradılmışdı: I alay – Qarabağlılardan, II alay – ŞırvanlılardanŞəkililərdən, III alay – Gəncə, Qazax, ŞəmsəddinBorçalılardan, IV alay –İrəvan azərbaycanlılarından və Naxçıvanlılardan, V alay — əsasən Gəngərli nəslinin igidlərindən təşkil edilmişdi.

I dünya müharibəsi illərində Rusiya ordusu tərkibində 250-dən çox azərbaycanlı zabit döyüşmüşdür. Rus ordusunda xidmət edən Azərbaycanlı poruçik Fərrux ağa Qayıbov 1916-cı ildə Vilno üzərində Almaniyaya məxsus 4 hərbi təyyarə ilə təkbaşına dörd saat ərzində döyüşərək, onlardan 3-nü vurub yandırmış və özü də həlak olmuşdur.

Çar ordusunun azərbaycanlı generallarından çox hissəsi Azərbaycan Xalq Cümhuriyyətində xidmət etmək üçün 1918-ci ildə Bakıya gəlir.

İmperiya və cümhuriyyət dövründə Naxçıvan Kəngərlilərindən beş, Bakıxanovlardan üç, Vəkilovlardan iki ,Yadigarovlardan dörd, Cavanşirlərdən dörd, Talışxanovlardan beş, Şıxlinskilərdən üç, Qacarlardan səkkiz nəfər general yetişib.

Azərbaycan Xalq Cümhuriyyətinin 21 generalı olub:

General leytenant Məmmədbəy Sulkeviç (litva tatarı, Azərbaycan vətəndaşlığını qəbul etmişdi) 1918–1919-cu illərdə Azərbaycan ordusunda Baş qərargahın rəisi və az sonra korpusun komandiri olmuşdur.

General mayor Cavad bəy Şıxlinski, General Məhəmməd Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan generallarından Xalq Cümhuriyyəti hökumətinin I və II kabinələrində hərbi Nazir Xosrov bəy Sultanov, Daxili İşlər Naziri isə Behbud xan Cavanşir olmuşdur. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın general qubernatoru vəzifəsində çalışmışdır.

Bolşevik-daşnak terroru

Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət edən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu öldürülmüşdür.

Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk Baş Naziri Fətəli xan Xoyski də 1920-ci ilin 19 iyununda Tiflisdə erməni terrorçusu Aram Yevqenyan tərəfindən öldürülmüşdür.

Rusiyanın XI Ordusunun Azərbaycanda yerləşdirilməsi müstəqilliyi heçə endirdi. Təkcə onu demək kifayətdir ki, XI Ordu 1920-ci ilin may ayının beş günündə Gəncədə qanlı hərbi əməliyyatlar keçirərək, yerli əhalidən 23 min nəfəri qətlə yetirmişdir.

Azərbaycan Respublikasının SSRİ tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı 17 ildə (2 ci dünya müharibəsində) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyətə cəlb edilməklə yanaşı Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olmuşdur. 1924–1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895–1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi.

1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda Xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz məhv edilib. General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov, general- mayor Əmir Kazım mirzə Qovanlı-Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı, general mayor Murad Gəraybəy oğlu Tlexas, general-mayor Əliyar bəy Mehdi bəy oğlu Haşimbəyov Nargin adasında güllələniblər…

Mənbə

Ədəbiyyat

  • Şəmistan Nəzirli, "Azərbaycan generalları"

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.