Hiyumaa

From Wikipedia, the free encyclopedia

Hiyumaamap
Remove ads

Hiyumaa[1] (almanların hakimiyyəti dönəmində Daqо[2] adlanırdı) est. Hiiumaa) — sahəsinə görə Estoniyanın sahəsinə görə ikinci adasıdır. Onun sahəsi 989 km² təşkil edir.

Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...

Ada inzibati cəhətdən Hiyumaa qəzası ərazisinə daxildir. İnzibati vahidliyin ərazisinə digər kiçik adalar daxildir.

Remove ads

Coğrafiyası

Ada Baltik dənizində yerləşən Moonzund arxipelaqının tərkib hissəsinə daxildir. Maksimal hündürlüyü 54 metrdir. Ada əsasən gum və çınqıldan təşkil olunmuşdur. Antropogen təsirə məruz qalmışdır. Adada əsasən tozağacı meşəsinə və sahil solağında isə qamışlıqlara rast gəlinir.

Tarixi

Hiyumaa adası 1563–1721 illərdə İsveçə məxsus olmuşdur. Bu ada İsveçin Estoniyada yerləşən mühüm mərkəzi olmuşdur. XVIII əsr-də ada əhalisinin sayı 2000 nəfəri keçir.

1721-ci ildə İsveç Rusiya müharibəsinin sonucu olaraq ada və onun əhalisi Rusiya ərazisinə çevrilir. İsveç əsilli əyanlar ruslar ərazini işğal etdikdən sonra belə adanı idarə etmişlər[3]. Zadəganların acgözlüyü isveç kəndlilərini sıxdığından onlar II Yelizavetaya müraciət edirlər. İmperatriça cavab olaraq onlara Dnepr çayı ətrafına köçməyi əmr edir. Onlara hətta 60 desyarin torpaq və vergi güzəştləri verəcəklərinə söz verilir. Köçürülmə 1781-ci ildə başlanılır. Bu zaman təyinat nöqtəsinə cəmi köçürülənlərin yarısı çata bilir. Bir qismi hətta Moskva ətrafında yerləşən Staroşvedskoe kəndini salır. Onlar 1929-cu ildə İsveçin Qotland adasına evakuasiya edilmişdir. Onların bəzisi isə öz yurdlarına qayıtmışdır.

Hiyumaada qalan isveçlilər əsasən Kyardla şəhərinin rayonlarında yaşayırdılar. Hazırda belə insanların bir qismi özlərini isveçlı hesab edir. İsveç dili ada əhalisinin dilinə təsir göstərmişdir.

Remove ads

Əhali və iqtisadiyyat

Adanın əsas gəlir mənbəyi Balıqçılıq, Əkinçilik, MaldarlıqTurizmdən əldə edilir. Adanın şimalında yeganə iri şəhər Kyardladır.

Adanın əhalisi 10,9 min nəfər təşkil edir. Ada əhalisi Hiyumaalılar[4] (est. hiidlased) adlandırılır.

İstinadlar

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads