Remove ads
From Wikipedia, the free encyclopedia
Himalay dağları (sanskr. हिमालय, himālayaIAST, hind. हिमालय, nep. हिमालय, çin. 喜馬拉雅山脈) — Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi də bu dağda — Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir.
Himalay | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 8848 m |
Uzunluğu | 2900 km |
Eni | 350 km |
Sahəsi |
|
Hündür nöqtəsi | Comolunqma (Everest) |
Yaranma dövrü | Təbaşir |
Süxurları | Çöküntü, ofiaolitlər |
Yerləşməsi | |
29° şm. e. 84° ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. Göstəricilərə görə isə Himalay dağlarında havanın istiliyi son 30 ildə 10 ildən bir 0.06–0.15 dərəcə arası artır və istilərin bu şəkildə artmağa davam etməsi nəticəsində 50 ilə qədər buzlaqların yox olması gözlənilir.
Avrasiyaya birləşmədən əvvəl Hindistan Qondvananın bir hissəsi idi. Sonralar Qondvanada materiklərin dreyfi başladı. Qondvananın parçalanması nəticəsində meydana gələn yeni hissələrdən biri olan Hindistan şimala doğru 6000 km[1] məsafə qət etdikdən sonra Avrasiya materiki ilə toqquşdu. İki materik tipli yer qabığının toqquşması nəticəsində Himalay dağları yaranaraq, yüksəldi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.