cinsi oriyentasiya From Wikipedia, the free encyclopedia
Heteroseksuallıq və ya heteroseksualizm — əks cins və ya genderdən olan insanlar arasında romantik cazibə, cinsi cazibə və ya seksual davranış. Cinsi oriyentasiya olaraq, heteroseksuallıq eyni cazibə seçiminə, əlaqəli davranışlara və bu cazibə seçimlərini paylaşanlardan ibarət cəmiyyətin bir parçası olmağa əsaslanan bir kimlik anlayışına da aid edilir.[1][2]
Biseksuallıq və homoseksuallıq ilə yanaşı, heteroseksuallıq cinsi oriyentasiyanın üç əsas kateqoriyasından biridir.[1] Mədəniyyətlərdə insanların çoxu heteroseksualdır və heteroseksual fəaliyyət indiyə qədər ən çox yayılmış cinsi fəaliyyət növüdür.[3][4]
Müasir elm adamları cinsi oriyentasiyanın dəqiq səbəbini bilmirlər. Buna baxmayaraq, onlar bunun genetik, hormonal və ekoloji amillərin mürəkkəb qarşılıqlı təsirindən qaynaqlandığını irəli sürürlər[5][6][7] və bunu seçim kimi qiymətləndirmirlər.[5][6][8] Cinsi oriyentasiyanın səbəbi ilə bağlı tək bir nəzəriyyə indiyədək geniş yayılmasa da, elm adamları biologiyaya əsaslanan nəzəriyyələrə üstünlük verirlər.[5] Xüsusilə kişilər üçün cinsi oriyentasiyanın bioloji səbəblərini dəstəkləyən daha çox dəlil var.[3][9][10]
Heteroseksual və ya heteroseksuallıq termini ümumiyyətlə insanlara aid edilir, lakin cinsi çoxalma üçün zəruri olduğu üçün heteroseksual davranış bütün digər məməlilərdə və digər heyvanlarda müşahidə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.