From Wikipedia, the free encyclopedia
Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur.[1][2][3]
Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər.[4][5][6] Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur.[7]
Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər.
Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur:
Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər. Buraya genderin hiss edilən daxili və fərdi təcrübəsi, bədənin şəxsi hissiyyatı və digər ifadəetmə yolları, məsələn, geyim, nitq və adətlər daxildir.
İdentikliyin və təcrübənin geniş diapozonunu təsvir etmək üçün çox zaman istifadə edilən ümumi bir termindir. Bu termin adətən gender kimliyi doğum zamanı təyin edilmiş cinsdən fərqli olanlara və gender kimliyini doğum zamanı təyin olunan cinsdən fərqli şəkildə göstərmək istəyən şəxslərə aiddir.
Kişilərə, qadınlara, və ya heç birinə göstərilən emosional və cinsi marağı təsvir edir. Cinsi oriyentasiya gender kimliyi ilə əlaqəli deyil.[8]
Zorakılıq insana psixoloji, sosial və iqtisadi təzyiqin tətbiq olunması və ya fiziki zərərin vurulmasından ibarət nəzarət və əziyyət vasitəsidir. Azərbaycan kontekstində qızlar və qadınlara qarşı törədilən zorakılıq halları nəzərdə tutulur. Ümumiyyətlə gender əsaslı zorakılıq qadının cəmiyyətdəki tabe olunmuş mövqeyini təsdiqləmək üçün istifadə edilən vasitədir. Gender əsaslı zorakılıq yalnız qadınları narahat edən bir mövzu deyil, eyni zamanda kişilər də gender əsaslı zorakılıqdan əziyyət çəkir.
Seamless Wikipedia browsing. On steroids.