Bu adın digər istifadə formaları üçün bax:
Hallavar.
Hallavar çayı (erm. Լեռնապատ գետի (Lernapat qeti)) — Ermənistanda, hazırkı[2] Loru vilayətinin (erm. Լոռու մարզ (Lorru marz)) əsasən Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay. Pəmbək çayının sağ qoludur. Ən böyük qolu (sol sahildə çaya tökülür) Qaraçoban çayıdır.[3]
Cəld faktlar Ölkə, Keçdiyi ərazilər ...
Bağla
Mənsəbindən sol qolu Qaraçoban çayı ilə birləşdiyi məntəqəyədək Hallavar çayının sahilində Mollaqışlaq, Aşağı Kilsə[4], Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri, Qaraçoban çayı birləşdikdən sonra isə Pəmbək çayına az qalmış Hacı Qara kəndi yerləşir.[5]
- 1988-ci ildə azərbaycanlıların qovulması:
- 1988-ci ilədək Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri monoetnik azərbaycanlı kəndləri idi. 1988-ci ilin dekabr ayında Mollaqışlaq kəndindən 200 nəfərdən çox, Aşağı Kilsə kəndindən 120 nəfər, Yuxarı Kilsə kəndindən 575 nəfər, Hallavar kəndindən 2.760 nəfərdən çox və Heydərli kəndindən 1.240 nəfər etnik azərbaycanlı zorla qovulmuşdur.[6] Azərbaycanlıların çıxarılmasından sonra Heydərli və Hallavar kəndlərinə az sayda ermənilər yerləşsələr də[7] sonradan onlar Heydərlini də tərk etmiş və yalnız az sayda Hallavar kəndində qalmışdır. 1990-cı illərin əvvəllərində xaraba qalmış Aşağı Kilsə kəndi ləğv edilmiş və ərazisi Mollaqışlaq kəndinə verilmişdir.[8]
- 1 yanvar 2011-ci il tarixinə olan rəsmi məlumatlara əsasən:
- Hacı Qara kənd cəmiyyəti (erm. Լեռնապատ գյուղական համայնքի (Lerrnapat qyuğakan hamaynki)) Hacı Qara kəndini[9] əhatə edir.[10] Cəmiyyətin ərazisi 36.18 km², əhalisi isə 1.222 nəfəri kişilər və 1.057 nəfəri qadınlar olmaqla toplam 2.279 nəfərdir.[10][11] Monoetnik milli təkibi olan cəmiyyətin əhalisini ermənilər təşkil edir.[12]
- Hallavar kənd cəmiyyəti (erm. Հալավար գյուղական համայնքի (Halavar qyuğakan hamaynki)) Mollaqışlaq[13], Yuxarı Kilsə, Hallavar və Heydərli kəndlərini əhatə edir.[7] 10-19 oktyabr 2001-ci il Ümumermənistan əhali siyahıyaalınması zamanı Heydərli, Mollaqışlaq və Yuxarı Kilsə kəndlərində de-fakto və de-yuri əhali yaşamırdı.[14] Cəmiyyətin ərazisi 34.3 km², əhalisi isə 85 nəfəri kişilər və 75 nəfəri isə qadınlar olmaqla toplam 160 nəfərdir.[7][15] Bütün əhali Hallavar kəndində yaşayır, digər kəndlər əhali barındırmır. Monoetnik milli tərkibi olan cəmiyyətin əhalisini (Hallavar kəndi əhalisini) ermənilər təşkil edir.[16]
Mercy Corps Georgia: List of Files related to EC Program: Documents: Lori Marz Baseline Survey Report (rus): "Динамика местных тенденции изменения климата, природных катастроф ианализ экологических, социально-экономических последствий в трансграничном целевом ареале реки Кура.: Лорийский марз (Республика Армения). 2012.": Содержание: Гидрографическая сеть, стр. 39[ölü keçid]
Асадов Сабир Джалал оглы (составитель), Будагов Будаг Абдулали оглы (научный редактор). Историческая география Западного Азербайджана. (Дополненное, переработанное издание на русском языке). - Баку, издательство «Азербайджан», 1998, стр. 201:
Ашаги Килса - азербайджанское село. Расположено в 23 км юго-западнее районного центра, на берегу реки, вдоль долины между селами Аллавар и Гюллидере. В 1930 г. организован колхоз. Действовала школа как узловое место между селами Гюллидере (Молла кышлак) и Юхары Килса. В 1968 г. во время обвала горы расположенная напротив села основная часть деревни - много жилых домов, школа, клуб, магазин - оказалась погребенной. Во время обвала погибли 42 чел. Часть населения вселилась в село Аллавар. Граница Ашаги Килса с селом Аллавар начинается с местности «Дар» (узкий), где в ущелье течет река, а с обеих сторон ущелья - базальтовые скалы.
, стр. 203:
...У трех сел Юхары Килса, Ашаги Килса имеется одна средняя школа в Молла кышлаке.
Асадов Сабир Джалал оглы (составитель), Будагов Будаг Абдулали оглы (научный редактор). Историческая география Западного Азербайджана. (Дополненное, переработанное издание на русском языке). - Баку, издательство «Азербайджан», 1998, стр. 200-203
Ermənistan Sovet Sosialist Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin 01.03.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Makaraşen (erm. Մակարաշեն), 26.10.1957-ci il fərmanı ilə isə Lernapat (erm. Լեռնապատ) qoyulmuşdur.
Ermənistan Sovet Sosialist Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin 25.01.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güllüdərə (erm. Գյուլլուդարա) qoyulmuşdur.