Hakimi Şəhid

From Wikipedia, the free encyclopedia

Hakimi Şəhid

Hakimi Şəhid (ərəbcə: الحاكم الشهيد) — Hənəfi məzhəbindəki hədisfiqh alimlərindən biri.[1]

Cəld faktlar Vəfat tarixi, Vəfat səbəbi ...
Hakimi Şəhid
ərəb: الحاكم الشهيد
Thumb
Vəfat tarixi
Vəfat səbəbi Qətl
Vətəndaşlığı Samanilər dövləti
Fəaliyyəti vəzir, qazı, şair, fəqih
Bağla

Həyatı

Əsl adı Məhəmməd ibn Məhəmməd ibn Əhməd ibn Abdullah ibn Abdülməcid ibn İsmayıl ibn Hakim əl-Mərvəzi əl-Bəlxidir. Doğum tarixi məlum deyildir. Ləqəbi, Əbul-Fadl olub, Hakim ləqəbiylə məşhur olmuşdur. Ona bu ləqəb dövlət məmuru olduğu üçün verilmişdir.[2] Bir digər ləqəbi isə Şəhiddir. Kiçik yaşalarından yaxşı təhsil alan Hakim, elm öyrənmək üçün Xorasan, Nişabur, Rəy, Bağdad, Kufə və daha başqa yerlərə səyahətlər etdi və müxtəlif kitablar yazdı. Buxara qazısı və daha sonra Xorasan əmrinin vəziri olub. 955-ci il tarixində Rəbiülaxır ayında üsyançılar tərəfindən şəhid edilib.[1] Şəhid ləqəbi də buradan gəlir.

Müəllimləri

Hakim, Mərvdə Məhəmməd ibn Ussam ibn Süheyl, Məhəmməd ibn Hamdəveyh, Reydə İbrahim ibn Yusif, Bağdadda Heysəm ibn Xələf, Kufədə Əli ibn Əbi Abbas Bəcili, Məkkədə Mufaddal ibn Məhəmməd, Misirdə Əhməd ibn Süleyman əl-Misri, Buxarada Məhəmməd ibn Səid ən Nəvhabazi və daha başqa alimlərdən elm öyrənib, hədis rəvayət etmişdir.[1]

Tələbələri

Ondan da Əbu Abdullah əl-Hakim, Xorasan əmrinin oğlu Əbu Məhəmməd Nuh və daha başqa alimlər elm öyrənib, hədis rəvayət ediblər.[1]

Hədis elmindəki yeri və xarakteri

O, hədisi-şərif elmində siqa (möhkəm, etibarlı), saduq, yəni rəvayət etdiyi hədislərdə etimad edilən, altmış min hədisi-şərifi əzbərdən bilən, çox ibadət edən, xalqın sevgisini qazanmış, fəzilət, vəra və təqva sahibi bir alim olub. O, münazirələrdəki məharəti ilə yanaşı yaxşı şairliyi ilə də diqqəti cəlb etmişdir.

Əsərləri

İbn Abidin bu haqda deyir:

"Hənəfi məzhəbinin elmləri, sonrakı alimlərə üç yoldan gəlmişdir: Birincisi, (Üsul) elmi olub, bunlara zahir xəbərlər də deyilir. Bunlar, Hənəfi məzhəbinin sahibi olan İmamı Əzəm Əbu Hənifədən və tələbəsindən gələn elimlərdir. Bu xəbərlər, İmamı Məhəmmədin altı kitabı ilə bildirilməkdədir. Bu altı kitab "əl-Məbsut", "əz-Ziyadat", "əl-Camius-sağir", "əs-Siyərüs-Sağir", "əl-Camiul-kəbir", "Əs-Siyərül-Kəbir" kitablarıdır. Bu kitabları İmamı Məhəmməddən etibarlı kəslər nəql etdiyi üçün, Zahir xəbərlər deyilmişdir. Üsul xəbərlərini ilk toplayan Hakimi Şəhid Məhəmməd ibn Məhəmməddir. Bunun "Kafi" kitabı məşhurdur. "Kafi"nin şərhləri çoxdur."[3]

Hakimi Şəhidin yazmış olduğu əsərlər, elmdəki üstünlüyünü və yetkinliyini göstərməkdədir. Onun "Kafi" və "Müntəqa" adlı kitabları, İmamı Məhəmmədin bildirdiyi üsul elmlərini bir yerə cəm edən iki məşhur əsərdir. Kitablarından bəziləri bunlardır:

  • Kitabül-Müxtəsər,
  • Kitabül-Müntəqa,
  • Kitabül-Müstəxlis,
  • Kitabül-Kafi,
  • Kitabüd-Dürər vəl Ğurər.

Şəhid edilməsi

Səmani Hakimin şəhid edilməsini belə izah etmişdir:

"Hakimi Şəhid, şəhid olduğu günün səhərinə qədər, qıldığı hər namazdan sonra "Ya Rəbbi! Mənə şəhidliyi nəsib et!" deyə dua edərdi. Son gecə səs-küylər eşitdi. "Nə var, nə olur?" dedi. Çöldən: "Əsgərlər toplanmışlar, ərzağın əskik verildiyini söyləyərək sizi günahlandırırlar", dedilər. "Ya Rəbbi! Məni əfv et" dedi. Sonra bir bərbər çağırıb başını təraş etdirdi, qüsl dəstəmazı aldı və gözəl bir kəfən geydi. Bütün gecə səhərə qədər namaz qıldı. Səhər üsyançılar evini əhatəyə aldılar. Sultan, toplanan üsyançıların üzərinə əsgər göndərib, onları bu işdən əl çəkməyə çağırdı. Sultanın əsgərləri ilə üsyançılar arasında böyük bir vuruşma oldu. Nəticədə sultanın əsgərləri qalib gəldilər. Lakin Hakim bu vaxt, səcdədəykən şəhid edildi".[1]

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.