ekzoplanet From Wikipedia, the free encyclopedia
HD 189733 b və ya HD 189733 Ab — Günəş sisteminin xaricində olan bir planet.
Kəşf tarixi | dekabr 2005[1] |
---|---|
Böyük yarımoxu | 0,03126 ± 0,00036 astronomik vahid[2] |
Əyilməsi | 85,78 ± 0,03 °[3][4] |
Bucaq yerdəyişməsi | 0 radian[5] |
Perisentr arqumenti | 20 ± 37 °[2] |
Özünə xas ekssentrisitet | 0,028[6] |
Kütləsi | 1,166 ± 0,052 Jupiter mass[7] |
Şimal qütbünün meyllənməsi | +22° 42′ 39,071811263″[8][9] |
Albedo | 0,4 ± 0,12[5] |
Günəş sistemin 63 işıq ili uzaqlığında yerləşir[10].
NASA-nın "Habl" teleskopunu istifadə edən alimlər onun görünüşüylə Yer planetini xatırlatdığını, ancaq daha tünd mavi rəngdə olduğunu bildiriblər[10], lakin planetin mavi rəngdə olmağı orada okeanın olduğuna işarə deyil[10]. Mavi rəngin səbəbi atmosferindəki daşqınlarla bağlıdır[10]. Normal yaşama uyğun olmayan planetdə qeyri-adi atmosfer olduğu düşünülməkdədir[10]. Planet qeyri-adi atmosferindəki ərimiş şüşə yağmurlarına görə gömgöy bir görüntüyə malikdir[10]. Saatda 7 min 242 kilometr sürətlə əsən küləklər və təxminən 1094 dərəcə isti hava olduğu iddia edilir[10]. Bu şiddətli fırtınalar və dəhşətli istilər səbəbindən onun atmosferindəki silikatlar şüşəyə çevrilərək yağış kimi yağır[10].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.