From Wikipedia, the free encyclopedia
Geri (ing. Gary [ˈɡæri]) — Amerika Birləşmiş Ştatları İndiana vilayətində, Çikaqo, İllinoysun 40km aşağısında yerləşən şəhər. Geri İndiana Dünyası Milli Parkına bitişikdir və Miçiqan gölünün cənubu ilə həmsərhəddir.[5][6] Şəhərə Birləşmiş Ştatlar Polad Korporasiyasının qurucu sədri olan vəkil Elbert Henri Gerinin adı verilmişdir. Şəhər böyük polad dəyirmanları ilə və Cekson 5 musiqi qrupunun doğulduğu yer kimi tanınır.[7]
Geri | |
---|---|
Gary | |
41°34′51″ şm. e. 87°20′44″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1906 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 180 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 219 |
Poçt indeksi | 46401–46411, 46401, 46404, 46405, 46407, 46410, 46411 |
Digər | |
gary.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisinə görə İndiana ştatının doqquzuncu, İndiana vilayətinin ikinci böyük şəhəri olan Gerinin əhalisi 2010-cu il siyahıyaalınmasında 80,294 nəfər olmuşdu.[8] 1920-ci illərdən 1960-cı illərin ortalarına qədər inkişaf edən polad sənayesinə görə çiçəklənən bir şəhər idi, ancaq xarici rəqabət və polad sənayesinin yenidən qurulması bölgənin çökməsi və özünün əvvəlki əhəmiyyətinin itirməsi ilə nəticələndi.
1960-cı illərin sonlarından bəri Geri 1960-cı ildəki 178.320 nəfər əhalisinin 55 faizinin şəhərdən köçməsiylə, əsas əhalisini itirmişdir.[9] Şəhər çoxlu Rust Kəmər şəhəri, işsizlik, çürüyən infrastruktur və aşağı savadlılıq və təhsil səviyyələri də daxil olmaqla müxtəlif çətinliklərlə üzləşir. Şəhərdəki bütün evlərin üçdə birinin boş və ya tərk edildiyi təxmin edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.