From Wikipedia, the free encyclopedia
Ferdinand Lemkul — Azərbaycanda fəaliyyət göstərmiş mühəndis texnoloq, memar.
Ferdinand Lemkul | |
---|---|
alm. Ferdinand Lehmkuhl | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vətəndaşlığı | Rusiya imperiyası |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı |
Əsas tikililəri |
Tağıyev Teatrı Alman lüteran kilsəsi |
1880-1889-cu illərdə Bakı şəhər Dumasında mühəndis texnoloq kimi fəaliyyət göstərib. Bakıda onlarla binanın tikintisində iştirak edib.
Ferdinand Lemkul 1823-cü ildə anadan olub.[1] Milliyətcə almandır.[2] 1880-ci ildən 1889-cu ilə qədər[1] Bakı şəhər Dumasında mühəndis texnoloq kimi fəaliyyət göstərib.[3][4][5] Bakıda onlarla binanın tikintisində iştirak edib.[3][6] İlk işi 1880-ci ildə layihələndirdiyi "Günəş saatı" olub.[1] Əsas layihələri bir-iki mərtəbəli yaşayış evləri olub. Bu evlər əsasən o dövrdə şəhərin Kubinka, Qanlı-Təpə, Dağüstü, Çəmbərəkənd rayonlarında və İçərişəhərdə tikilib.[1] 1883-cü ildə tikilmiş memarı Xrisanf Vasilyev olan Tağıyevin Teatrının tikinti işlərinə rəhbərlik edib.[7][8][9] 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə[10] Annenfelddə roman qotik üslubunda tikilmiş Lüteran kilsəsinin memarı olub.[11][12][13]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.