İsveçrəli fizik From Wikipedia, the free encyclopedia
Feliks Blox (ing. Felix Bloch d. 23 oktyabr 1905, İsveçrə, Sürix; ö. 10 sentyabr 1983, İsveçrə, Sürix ) — amerikan fiziki. Nobel mükafatı laureatı (1952, E. Pörsellə birlikdə).
Feliks Blox | |
---|---|
ing. Felix Bloch | |
Doğum tarixi | |
Doğum yeri | İsveçrə, Sürix |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | İsveçrə, Sürix |
Vətəndaşlığı | İsveçrə, ABŞ |
Milliyyəti | isveçrəli |
Elm sahəsi | fizika |
İş yeri | Stenford Universiteti |
Alma-mater | İsveçrə Federal Texnologiya İnstitutu, Leypsiq Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Verner Heyzenberq |
Üzvlüyü |
|
Mükafatları | Fizika üzrə Nobel mükafatı (1952) |
Vikianbarda əlaqəli mediafayllar |
Felixs Blox 1905-ci il oktyabrın 23-də İsveçrənin Sürix şəhərində anadan olub. Sürixdə Ali Texniki Məktəbdə, İsveçrə Texnologiya İnstitutunda sonra isə Leyptsiq Universitetində təhsil alıb. 1928-ci ildə doktor elmi dərəcəsi alıb. 1934-cü ildən ABŞ-də yaşamış və işləmişdir, Kaliforniyada Stanford Universitetinin professoru idi. O, ABŞ atom layihəsinin iştirakçısı, 1954-1955-ci illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin baş direktoru olub.
Feliks Blox bərk cism nəzəriyyəsinin əsasını qoymuşdur: metalların elektron keçiriciliyini, onun temperaturdan asılılığını tədqiq etmişdir, kristalların zona nəzəriyyəsini təkmilləşdirmiş, ifratkeçirici və aşağı temperaturlu ferromaqnetizm nəzəriyyəsini, yüklü zərrəciklərin maddədə tormozlanması nəzəriyyəsini zənginləşdirmişdir. Bərk cism fizikasının bir çox düsturları, teoremləri və başqa anlayışları Bloxun adını daşıyır. 1946-cı ildə (E. Pörseldən asılı olmayaraq) nüvə maqnit rezonansını kəşf etmiş, onun nəzəriyyəsi və tətbiq üsullarını işləyib hazırlamışdır. Spin dalğaları anlayışını elmə daxil etmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.