From Wikipedia, the free encyclopedia
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır.[1] 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır.
Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir.[2][3][4][5][6][7][8] Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir.
Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.[9][10] Təklif olunan bir çox təriflər Kikuyu və Nuer kimi 30-dan çox Afrika xalqının mədəniyyətləri də daxil olmaqla bəzi mədəniyyətlərdə eynicinsli nikahların mövcudluğunu tanımadığı üçün tənqid edilmişdir.[11][12]
21-ci əsrdə eyni cinsli cütlükləri tanımaq üçün bir neçə ölkə evlilik qanunlarını yenidən nəzərdən keçirərkən, bütün əsas ingilis lüğətləri evlilik sözünün tərifini ya gender spesifikasiyalarını azaltmaq, ya da gender-neytral dil və ya açıq-aşkar tanınma daxil etmək üçün ikincil təriflərlə tamamlamaqdan ötrü yenidən işləyiblər.[13][14] Oksford İngilis dili lüğəti 2000-ci ildən bəri eynicinsli nikahları tanıyır.[15]
İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi, Katolik Kilsəsi və Cənubi Baptist Konvensiyası kimi nikahın kişi və qadının arasında olmasını düzgün sayan eynicinsli nikahın əleyhdarları əks cinsli evlilik mənasını bildirən ənənəvi evlilik terminindən istifadə edirlər.[16][17]
Tarixçilər eynicinsli nikahları dəstəkləyən müasir hərəkatın başlanğıcını 1980-ci illərdən 1990-cı illərə qədər müxtəlif yollarla izləyirlər. Amerika Birləşmiş Ştatlarında eynicinslilərin evliliyi 1987-ci ildə Vaşinqtonda Lesbiyan və Gey Hüquqları üçün İkinci Milli Yürüşdən sonra gey hüquqları hərəkatının rəsmi tələbinə çevrildi.[18][19]
1989-cu ildə Danimarka eyni cinsli cütlüklər üçün münasibətləri qanuni olaraq tanıyan, qeydiyyatdan keçmiş tərəfdaşlıqlar quran ilk ölkə oldu ki, bu da eyni cinsli münasibətlərdə olanlara "övladlığa götürmək və ya birgə qəyyumluq əldə etmək hüququnda başqa evli heteroseksualların malik olduğu bir çox hüquqları verir".[20] 2001-ci ildə kontinental Niderland nikah qanunlarını eyni cinsli cütlükləri də əhatə edən ilk ölkə oldu.[21] O vaxtdan bəri, Amerika və Qərbi Avropanın əksəriyyəti də daxil olmaqla, 31 başqa ölkədə eynicinsli nikahlar qanunla müəyyən edilib. Lakin onun yayılması qeyri-bərabər olmuşdur. Afrikada Cənubi Afrika bu addımı atmış yeganə ölkə; Tayvan isə Asiyada yeganədir.[22]
Eynicinsli nikah aşağıdakı ölkələrdə qanuni olaraq həyata keçirilir və tanınır (ümummilli və ya bəzi bölgələrdə): Argentina, Avstraliya,[lower-alpha 1] Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Danimarka,[lower-alpha 2] Ekvador,[lower-alpha 3] Finlandiya, Fransa,[lower-alpha 4] Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika,[lower-alpha 5] Niderland,[lower-alpha 6] Yeni Zelandiya,[lower-alpha 7] Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Tayvan,[lower-alpha 8] Birləşmiş Krallıq,[lower-alpha 9] Amerika Birləşmiş Ştatları, [lower-alpha 10] və Uruqvay. Andorrada isə qanuniləşdirilməsi üçün kralın razılığı gözlənilir.
Eynicinsli nikahlar qanuni qüvvəyə minməsi Kuba, Çexiya, Yunanıstan,[23] Hindistan, Meksika ştatlarında (məs. Guerrero, Duranqo[24]), Navajo Nation, Peru, Tayland və Venesuelada nəzərdən keçirilir. Bir sıra ölkələrdə, o cümlədən 2020-ci ildən Tailand və Barbados, 2021-ci ildən Serbiya,[25] 2022-ci ildən Latviya və Litvada vətəndaş ittifaqları nəzərdən keçirilir.
12 mart 2015-ci ildə Avropa Parlamenti Aİ institutlarını və üzv dövlətləri “eyni cinslərin nikahının və ya eynicinsli vətəndaş birliyinin siyasi, sosial və insan və vətəndaş hüquqları məsələsi kimi tanınması haqqında [əks etdirməyə] təşviq edən məcburi olmayan qətnamə qəbul etdi".[26][27][28] 2018-ci ildə Amerikalararası İnsan Hüquqları Məhkəməsi bütün imzalayan ölkələrin eynicinsli nikahlara icazə verməsi barədə qərar çıxarıb.
Eynicinsli nikahların beynəlxalq aləmdə yayılmasına cavab olaraq, bir sıra ölkələr profilaktik konstitusiya qadağaları qəbul etdilər. Ən son ölkələr isə 2018-ci ildə Gürcüstan və 2020-ci ildə Rusiya oldu. Digər ölkələrdə nikahın kişi və qadın arasında olduğunu ifadə edən konstitusiyalar qəbul edilmişdir. Buna baxmayaraq, bu müddəalar xüsusilə köhnə konstitusiyalarda eynicinslilərin nikahını qadağan etmək məqsədi ilə ifadə edilməmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.