From Wikipedia, the free encyclopedia
Çayarası (ing. Entre-Rios) — Cənubi Amerikanın Daxili düzənliklərində, Argentinanın şimal şərqində təbii vilayət.[1]
Entre-Rios | |
---|---|
ing. Entre-Rios | |
32°02′52″ c. e. 60°01′52″ q. u.HGYO |
|
Ölkə | Argentina |
İnzibati mərkəz | Parana |
İcra başçısı | Qustavo Bordet |
Tarixi və coğrafiyası | |
Sahəsi | 78,781 km² |
Hündürlük | 57 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1,235,994 nəfər (2010) (7-ci yer) |
Əhalinin sıxlığı | 16 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AR-E |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 1,235,994 nəfərdir. (2011)
Parana və Uruqvay çayları arasında (27° və 34° c.e.-ləri arası) yerləşir. Səthi alçaq (hündürlüyü 50 –110 m) allüvial düzənliklərdən ibarətdir; şimal hissəsini göl və bataqlıqlar, mərkəzini və cənubunu səthi çay dərələri ilə parçalanmış düzənliklər və xırda təpəliklər tutur.
İqlimi subtropik, rütubətlidir. Yayı isti (yanvarın orta temperaturu 24 –27 °C), qışı yumşaqdır (iyulun orta tempraturu 10 –17 °C), soyuq cənub qərb küləkləri (pampero) zamanı –5 °C-yədək düşür. Ya ğıntının ortaillik miqdarı 1000 –1700 mm-dir. Çayarasının qərb hissəsində Parana çayında tez-tez fəlakətli daşqınlar olur. Torpaq örtüyünü, əsasən, hidromorf torpaqlar təşkil edir. Parana və Uruqvayın geniş çaybasarlarında bataqlıq və çəmənliklərlə növbələşən həmişəyaşıl ağac növlərindən ibarət qalereya meşələri, qalan ərazilərdə kolluqlar, sıx və hündürdənli bitkilər yayılmışdır. Əhalinin sıx məskunlaşdığı yerlərdə antropogen landşaftlar (mal-qara üçün otlaqlar, düyü, çay, tütün plantasiyaları, şam və evkaliptdən ibarə süni meşəsalma sahələri və s.) üstünlük təşkil edir. 20-ci əsrin əvvəlində bataqlıqların böyük hissəsi qurudulmuşdur. Qalan su-bataqlıq sahələrində bir çox nadir heyvan növləri (uzunquyruq susamuru, bataqlıq maralı, Amerika timsahı) məskunlaşmışdır. Çayarasında, əsasən, Parana və Uruqvayın çaybasarların da 10-dan çox qorunan kiçik təbii ərazi (El-Palmar, Pre-Delta milli parkları) var. Argentinanın qorunan ən iri ərazilərindən biri – İberiya əyalət təbiət qoruğu Ramsar konvensiyası çərçivəsində qorunan beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələrinə daxil edilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.