Uruqvay (isp. Río Uruguay) — Cənubi Amerika ərazisindəndə yerləşən çay.

Cəld faktlar Ölkələr, Şəhərlər ...
Uruqvay çayı
isp. Río Uruquay
Thumb
Ölkələr
Şəhərlər
  • Salto
  • Konkordiya
Mənbəyi Pelotas çayıKanoas çayı
  Yüksəkliyi 1800 m
Mənsəbi Atlantik okeanı
  Yüksəkliyi 0 m
Uzunluğu 1600 km
Su sərfi 4,622 m³/s
Su hövzəsi 365,000 km²
Hövzəsinin sahəsi 365.000 km²
Qolları İbikuiRio-Neqro çayı
Thumb
mənbəyi
mənsəbi
Parana çayı Cənubi Amerikanın fiziki xəritəsində:

27°36′30″ c. e. 51°27′21″ q. u.HGYO

33°56′45″ c. e. 58°24′34″ q. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Çay Braziliya ərazisində 1800 metrdən başlayır, Pelotas və Kanoas çaylarının birləşməsindən əmələ gəlir. Şimaldan cənuba doğru axır və Braziliya və Uruqvay arasında sərhədi təşkil edir. Çay Parana çayının əmələ gətirdiyi estuariyə tökülür (La-Plata estuarisi adlanır).

Quarani dilindən tərcümədə mənası "rəngli quşların çayı" anlamında işlənir.

Uzunluğu təxmini 1600 km[1] (Pelotas çayı ilə birlikdə 2200 km), hövzəsi 365,000 km²[2] təşkil edir. Mənsəbdə eni 12 km çatır.

Əsas qolları — İbikuiRio-Neqro çayıdır.

Salto şəhərindən yuxarı axarlarda çayda astanalara rast gəlinir və yatağı qayalıqlarla zəngindir. Şəhərdən aşağı axarlarda isə çay gəmiçilik üçün əlverişlidir[3]. Əsas limanları: Konkordiya (Argentina), Salto, Paysandu və Fray-Ventos (Uruqvay). Bu çay sistemləri həm ölkələrin su təhcizatında həm də hidroeneji alınmasında istifadə edilir. Ən iri hidroelektrostansiya Argentina-Uruqvay SES "Salto-Qrande" adlanır. Rio-Neqroda çayı üzərində — Rinkon-del-Bonete və Rinkon-del-Bayqorriya stansiyaları vardır.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.