From Wikipedia, the free encyclopedia
Entoni Eşli-Kuper (ing. Anthony Ashley Cooper; 22 iyul 1621[1][2], Dorset[d] – 21 yanvar 1683[2], Amsterdam, Hollandiya qraflığı) — çoxhakimiyyətlilik və kral II Karlın hakimiyyəti dövründə nüfuz qazanmış İngiltərə siyasətçisi. O həmçinin, Viqlər partiyasının qurucusu və İngiltərə filosofu Con Lokkun hamisi idi.
Entoni Eşli-Kuper | |
---|---|
21 aprel 1679 – 15 oktyabr 1679 | |
Monarx | II Karl |
Əvvəlki | naməlum |
Sonrakı | Con Robartes |
16 sentyabr 1672 – 1676 | |
Əvvəlki | vəzifə yaradıldı |
Sonrakı | vakant |
1672 – 1673 | |
Əvvəlki | Ser Orlando Bricman |
Sonrakı | Henec Finç |
Şəxsi məlumatlar | |
Doğum adı | Anthony Ashley Cooper |
Doğum tarixi | 22 iyul 1621[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1683[2] (62 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, hakim, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Dorsetdə anadan olan Entoni Eşli-Kuper ser Con Kuperin və onun həyat yoldaşı, kraliça I Elizabetin hakimiyyəti dövründə müharibə katibi olaraq xidmət etmiş ser Entoni Eşlinin qızı Enn Eşlinin oğlu idi. Onun valideynləri gənc yaşlarında vəfat edir və Eşli-Kuper baronet titulunu əldə edir. Puritan müəllimlər tərəfindən təhsil almış, Oksforddakı Ekseter kollecində oxumuşdur.
Ser Entoni Qlosterşir qraflığındakı Tüksberi şəhərini təmsil edən I Karlın qurduğu qısa parlamentə qatılır. O, daha sonra uzun parlamentdə Dorset qraflığındakı Pul şəhərini təmsil edir. Denzil Hollislə rəqabət aparan ser Entoni İngiltərədə vətəndaş müharibəsinin əvvəllərində ilk öncə kavalerlərin tərəfini tutur, bundan sonra isə Oliver Kromvelə sadiq girdəbaşların sırasına keçir. 1660-cı ildə Kromvelin qalibiyyəti nəticəsində İngiltərə Respublikasının süqutundan sonra ser Entoni İngiltərə sərkərdəsi Corc Monk ilə birlikdə kral II Karlın ölkəyə qayıtmasını dəstəkləyir.
Ser Entoni Klarendon qrafının hökuməti dövründə əhəmiyyətli bir dövlət xadiminə çevrilir. Lakin o, Klarendon ilə mübahisələr yaşayırdı, xüsusilə də dini mövzularda. O, 1663-cü ildə Şimali Amerikada Lordlar Sahibləri təyin olunan səkkiz centlmendən biri idi. Ser Entoni Con Lokk ilə Karolina əyalətinin formalaşmasında aktiv iştirak edir.
Klarendonun devrilməsindən sonra ser Entoni 1672-ci ildə lord-kansler təyin edilir. Qısa müddət sonra kral ona Şeftsberi qrafı ünvanını verir.
Çıxarılma böhranı dövründə İngiltərə parlamentdə "Çıxarılma haqqında qanun"un tərəfdarları və müxalifləri arasında bölünməsinə şahid olur. Bu, II Yakovun qardaşı və II Karlın varisini taxt-tac varisliyindən xaric edən bir qanun idi. Şeftsberi qanunun əsas tərəfkeşlərindən biri idi. Bu onun sürətli şəkildə nüfuzunu itirməsinə səbəb olur və o, Hollandiyaya qaçmalı olur. Entoni Eşli-Kuper 1683-cü ildə Hollandiyada vəfat edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.