Emil Butru

From Wikipedia, the free encyclopedia

Emil Butru

Emil Butru (fr. Émile Boutroux; 28 iyul 1845[1][2][…], Monruj22 noyabr 1921[1][3][…], Paris[3]) — fransız filosofu.[6]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Emil Butru
fr. Étienne Émile Marie Boutroux
Thumb
Doğum tarixi 28 iyul 1845(1845-07-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 noyabr 1921(1921-11-22)[1][3][…] (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d][4]
Əsas maraqları Din fəlsəfəsi, elmin fəlsəfəsi[5], Fəlsəfə tarixi[5], tərcüməçilik fəaliyyəti[d][5]
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Ali Normal Məktəbdə təhsil almışdır. 1888-ci ildən Paris Universitetinin professoru, 1912-ci ildən Fransa Akademiyasının üzvü idi.[6]

Fəaliyyəti

Butru həyat, psixika və təfəkkür təzahürlərinin şərhində mexanistik determinizmə qarşı çıxaraq, varlığın maddi, instinktiv və şüurlu səviyyələri arasında radikal uçurum olduğunu iddia etmiş və vurğulamışdır ki, ali səviyyələr aşağı səviyyələrə müncər edilmir və onlardan asılı deyildir, onlara nəzərən “təsadüfidir”. Canlının keyfiyyət özü nəməxsusluğunu Butru iyerarxiya nizamına və fərdiləşməyə canatmada görürdü: “Həyat bu mənada əsl yaradıcılıqdır”.[6]

Butru ruhun ilkinliyini təsdiqləyərək hesab edirdi ki, varlığın səviyyələr iyerarxiyası azad ilahi yaradıcılıq aktının nəticəsidir. Bu iyerarxiya hər bir səviyyədə artan azadlığın inkişafının vasitəsi və şərti kimi çıxış edir. Butrunun ideyaları A.Berqsona, M. Blondelə təsir göstərmişdir.[6]

Əsərləri

  • De la Contingence des Lois de la Nature (1874).
  • De Veritatibus Æternis apud Cartesium (1874; translated into French by G. Canguilhem, Des Vérités Éternelles Chez Descartes, Paris: Alcan, 1927; Paris: Vrin-Reprise, 1985).
  • La Grèce Vaincue et les Premiers Stoïciens (1875).
  • La Monadologie de Leibnitz (1881).
  • Socrate, Fondateur de la Science Morale (1883).
  • Les Nouveaux Essais, de Leibnitz (1886).
  • Questions de Morale et d'Éducation (1895).
  • De l'Idée de Loi Naturelle dans la Science et la Philosophie Contemporaines (1895).
  • Études d'Histoire de la Philosophie (1897).
  • Du Devoir Militaire à Travers les Âges (1899).
  • Pascal (1900).
  • Essais d’Histoire de la Philosophie (1901).
  • La Philosophie de Fichte. Psychologie du Mysticisme (1902).
  • Science et Religion dans la Philosophie Contemporaine (1908).
  • William James (1911).

Tərcümələri

  • La Philosophie des Grecs, by Eduard Zeller (1877–1884).

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.