Elmin fəlsəfəsi
From Wikipedia, the free encyclopedia
Remove ads
From Wikipedia, the free encyclopedia
Elm fəlsəfəsi — elmin fələsəfə üzərində sistematik inikası, dövrün sosial-mədəni kontekstində mövcud elmin nailiyyətlərinin nəzərə alınması (qeyd edilməsi) fəlsəfi və xüsusi biliklərin sintezinin həyata keçirilməsi. Həmçinin "Elm fəlsəfəsi" biliklərin xüsusi sahəsi kimi bəşəri mədəniyyətin birliyini təmin edən mühüm inteqrasiya funksiyasını yerinə yetirir. Elmin fəlsəfəsi fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət edir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elm fəlsəfəsinin inkişafında həm fəlsəfə, həm də xüsusi elmlər maraqlıdır.
"Elm fəlsəfəsi"nin problemlərinə elm üzərində fəlsəfənin inikası, elmin strukturunun inkişafı və məzmununun ayrıca elmi fənn kimi, bütövlükdə elm kimi öyrənilməsi daxildir.
"Elm fəlsəfəsi" fənninin üç mühüm səviyyəsini ayırmaq mümkündür:
Elm fəlsəfəsini, onun strukturunu, predmetini öyrənərkən ayrı-ayrı elmlərin klassik fəlsəfə tərəfindən öyrənilməsini, onların irəli sürdüyü ideyaları, gəldiyi nəticələri öyrənmək, onlara isnad etmək hər bir tədqiqatçı üçün zəruridir.
Belə fəlsəfi əsərlər içərisində görkəmli alman filosofu Hegelin "Hüquq fəlsəfəsi", "Tarix fəlsəfəsi", "Dinin flsəfəsi" böyük maraq doğurur. Hegelin bu məşhur fəlsəfi əsəri ayrı-ayrı elmlərin fəlsəfəsini öyrənmək üçün məhək daşı, elmi-nəzəri metodoloji bazadır. Hegel bu əsərdə hüquq haqqında fəlsəfi elmin predmetindən bəhs edərkən yazır: "Hüquq haqqında fəlsəfi elmin predmeti hüquq ideyasıdır, hüquq anlayışı və onun gerçəkləşməsidir. Hüquq haqqında elm fəlsəfəsinin bir hissəsidir. Odur ki, o predmetin təfəkkürü, zəkası kimi ideyanı anlayışdan inkişaf etdirməli və ya predmetin özünün immanent inkişafını müşahidə etməlidir. Fəlsəfənin hissəsi kimi hüquq haqqında elmin müəyyən çıxış nöqtəsi və həqiqətindən və bunun sübutundan ibarət olmalıdır".
Hegel hüquqşünaslığı, onun anlayışlarını, qanunlarını və hüquq nəzəriyyələrini hüquq fəlsəfəsinin predmeti kimi müəyyən etməklə yanaşı, onun vəzifələrini izah edərək yazır: "Hüquq haqqında fikir hər kəsin bilavasitə malik olduğu şey deyildir; yalnız düzgün təfəkkür predmetin dərki və onun haqqında bilik ola bilər, ona görə də idrakımız elmi olmalıdır".
Hegelin "Hüquq fəlsəfəsi"nin əsas xüsusiyyətlərindən biri də tarixilik prinsipidir. Hegel hüququn inkişafında iki aspekti irəli çəkir: birincisi, hüququn tarixi əsaslar üzərində inkişafı, ikincisi, onun öz anlayışlarından irəli gələn inkişafı. Hegel fəlsəfəyə gətirdiyi tarixilik prinsipindən özünün bütün fəlsəfi araşdırmalarında olduğu kimi hüquq fəlsəfəsi tədqiqatlarında da ardıcıl olaraq istifadə edir.
Beləliklə, "Elmin fəlsəfəsi"nin öyrənilməsində görkəmli filosof Hegelin "Hüquq fəlsəfəsi" əsəri böyük elmi-nəzəri və metodoloji əhəmiyyətə malik olmaqla, ayrı-ayrı elmlərin öyrənilməsi yolunu işıqlandırır, onu düzgün elmi istiqamətə yönəldir.
Ayrı-ayrı elmlərin fəlsəfi problemlərində hüquq fəlsəfəsinə oxşar cəhətlər olduqca çoxdur. Hüquq fəlsəfəsinin öyrənmə üsulları və metodlarını bütün elmi araşdırmalara tətbiq etmək və ondan istifadə etmək, fəlsəfi tədqiqatların səmərəliliyini artırar və elmlərin fəlsəfə elminin əsas müddəalarına əsaslanaraq inkişaf etməsinə gətirib çıxarar.
Müasir dünyada "Elmin fəlsəfəsi"nin inkişafı onun predmetinin və vəzifələrinin müəyyənləşdirilməsini, bu sahədə qiymətli əsərlərin meydana çıxması, ayrı-ayrı elmlərin fəlsəfəsinin öyrənilməsi üçün şərait yaratdı və mühüm elmi mənbə rolunu oynadı. "Elm fəlsəfəsi" fənninin elmi fənn kimi formalaşması başqa elmlərlə yanaşı olaraq kitabxanaşünaslıq fəlsəfəsinin yaranıb inkişaf etməsinə böyük kömək etdi. Kitabxanaşünaslıq fəlsəfəsini öyrənmək və onu formalaşdırmaq üçün hər şeydən əvvəl terminoloji məsələləri həll etmək qaçılmazdır. Son zamanlar kitabxanaşünas alimlər, mütəxəssislər bu termini müxtəlif formada işlədirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.