From Wikipedia, the free encyclopedia
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Misir heroqliflərində Duat | |||||
---|---|---|---|---|---|
Heroqlif | |||||
Unikodu | Dw3t | ||||
Transkripsiyası | Duat | ||||
Mənası | Axirət dünyası | ||||
və ya | |||||
Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir. Balzamçılar əvvəlcə cəsədi Nilin sularında yuyaraq onu paklaşdırırlar. Paklaşdırılmış cəsəd sax adlanır. Balzamçılar parasxit cəsədi yardıqdan sonra onu qovurlar və daxili orqanları bədəndə xaric edərək kanoplara yığırlar. 70 gün ərzində cəsədi balzamlayaraq, bintlə sarıyaraq mumiyanı hazırlamış olurlar. Mərhumun əqrabası bütün bu ritualların düzgün aparılmasına nəzarət edərək prosesi başdan ayağa kimi izləyirlər. Nəhayət cəsəd məzara qoyulduqdan sonra onun içəri tərəfində onu duata yola salan tanrıların adı yazılır. Üst tərəfində isə Osirisə xitabən dualar yazılmış olur. "Ey mərhəmətli tanrı! Bu adama öz dərgahında yüz çörək, yüz öküz və yüz bardaq pivə ver!"
Zənginlərin tabutu və məzarı daha təm təraqlı işlənilirdi və onlar üçün bütün dini ayinlər icra edilirdi. Qədim misirlilər bütün ömürləri boyu bu günə hazırlaşırmışlar. Xüsusən zənginlər özləri üçün təmtəraqlı mastaba tikdirir, onu xüsusi relyeflərlə bəzədirdilər. İçərisində sarkofaqı qoruyacaq Ba ruhu və tanrıların içərisində qərar tutmaları üçün heykəllər qoydudurdular. Duatda istifadə etmək üçün paltar, silah, taxt, müqəddəs surələr yazılmış papiruslar, bəzək əşyaları hazırlatdırırdılar. Mərhumun cənazəsi taxta tabutda mastabaya gətirilərək burada sonuncu ayin: "ağızın açılması" icra edilərdi. Bu ayin məşhur hadisəni simvolizə edirdi. Belə ki, Horus atası Osirisin mumiyasına yaxınlaşaraq ona dirilməsi üçün şəfalı gözünü uddurmuşdur. Horus — qartal maskalı kahin mumiyanın dodaqlarına qoyun başcıqlı çubuğunu toxundurarmış. Bu başcıqda Ba quşu ya ruhu olduğu güman edilərək məqsəd onun cəsədə dönüşünü və Duat dünyasına qovuşmasını təmin etmək idi. Cəsədin daxili orqanları saxlanılan kanoplar müxtəlif, əsasən Horusun oğlanlarınin fiqurları formasında hazırlanaraq Duamutef, Kebexsenuf, İmset, Xapi adlandırılırdı. Kanoplardan İmseti məzarın cənub divarına, şimal divarına Xapi, şərq divarına Duamutefa və qərb divarına Kebexsanuf qoyulurdu. Mərasim bitdikdən sonra mastabanın girişi möhürlənir və tamamilə daşlarla və qaya parçaları ilə örtülərək "qəbir oğrularından, göreşənlərdən" gizlədilirdi. Kasıbların meyidi taxta tabutlarda zəngin maztabadan bir qədər aralıda qazılmış quyuya qoyulur ki, Ka ruhu zənginə gətirilən qurban və iyanələr hesabına bəslənilə bilsin.
Ba qanad çalaraq məzara qərb divarından daxil olaraq onu Ka əksi qarşılamış olur. Onların bu səsinə mərhumun sarkofaqına tanrılar toplaşaraq sehrli sözlər oxuyaraq onu dirildərmişlər. Nəhayət qədim misirlilərin ömürləri boyu gözlədikləri "irəliyə atdım" hadisəsi baş verərək axirət dünyasına daxil olurlar.
Ka — insanın cüt tayı hesab olunur. İnsan və onun Kası iki əl ya qol qədər oxşardırlar.
Buna görə də Ka heroqlif yazılarda iki göyə qaldırılmış qol ya əl: |
Məbəd divarları, məzar sərdabə və türbələri üzərindəki relyeflərdə, papirus larda Ka ya insanın özü kimi ya da onun qara kölgəsi, qaraltısı şəklində təsvir edilmişdir.
Qədim misirdə insan öldükdən sonra onun oxşarı Ka onun məzarında məskunlaşdığından onun şərəfinə bura qurbanlar, iyanələr gətirilirdi. Eyni zamanda da Ka insanın ahxirət həyatı ilə görüşməmək üçün göylərdə, səmalarda yaşayırmış.
Qədim Misirdə |
Qədim Misirdə bəzən mərhumun mumiyalanmış cəsədinin Ba ruhu ilə govuşmasına mane olmaq məqsədilə qəsdən "goreşənlər" tərəfindən zədələnməsi , məhv edilməsi hallarına da rast gəlinirdi. Bu məqsədlə Ta-Kemet sakinləri mumiya məhv edildikdə və oğurlandıqda məzarda möhkəm materiallardan ona uyğun maket və heykəllər qoyulurdu ki, geri dönmüş Ba ruhu bəd\ənsiz qalmasın. Ba ruhunun dönəcəyi mənzili səhv salmamaq üçün heykəl və maketin xüsusən də üz görnüşünün dəqiq oxşarlığı və altında ya üzərində adının yazılması vacib sayılırdı. Mumiyalara zərər vuran hər bir "goreşən" ən ağır cəzaya layiq görülərək, şirlərə və timsahlara atılırdılar ki, öldükdən sonra duatdakı əbədiyyətə qovuşa bilməsinlər.
Qədim misirlilərə görə cəsəd ruh deyildir amma Nil sularında yuyulduqdan sonra müqəddəs sayılaraq onu Sax |
Qədim Misirdə uşaq doğularkən atası və anası dərhal ona ad - Ren |
Bundan başqa insan bədəninin daha iki ruhu mıvcuddur: Ax |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.