From Wikipedia, the free encyclopedia
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır.
Diqqət mərkəzində | |
---|---|
ing. Spotlight | |
Janr | dram filmi[1][2][…], bioqrafik film |
Əsas mövzu | araşdırmaçı jurnalistika[3] |
Baş rollarda | |
Bəstəkar | |
İstehsalçılar | Participant[d] |
Distribütor | Open Road Films[d], InterCom[d][8], Netflix, Hulu[d] |
İlk baxış tarixi | 3 sentyabr 2015[9] |
Müddət | 127 dəq.[4] |
Büdcə | 20.000.000 $[10] |
Gəlir | 88.346.473 $[11] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Toronto, Hamilton, Boston |
IMDb | ID1895587 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb.
2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
1976-cı ildə Boston polis idarəsində iki polis məmuru katolik keşişi Con Qoqanın uşaq təcavüzünə görə həbs olunmasını müzakirə edir. Daha sonra rayon prokurorunun köməkçisi məntəqəyə daxil olur və polislərə tapşırır ki, baş verənlər barədə mətbuatın xəbər tutmasına izin verməsinlər. Həbs durdurulur və keşiş buraxılır. 2001-ci ildə "The Boston Globe" yeni baş redaktor Marti Baronu işə götürür. O, hazırlanması aylar tələb edən jurnalist araşdırması aparan kiçik bir jurnalist qrupunun — "Diqqət mərkəzində" komandasının redaktoru Uolter "Robbie" Robinson ilə görüşür. Baron, Boston arxiyepiskopu kardinal (ing. Bernard Francis Law)nun, keşiş Con Qoqanın uşaqlara cinsi təcavüz etdiyini bildiy halda ona mane olmaq üçün heç bir şey etmədiyini iddia edən vəkil Mitçell Qarabedyan haqqında "The Boston Globe" qəzetində məlumat oxuduqdan sonra "Diqqət mərkəzində" komandasını araşdırma aparmağa çağırır. Jurnalist Maykl Rezendes əvvəlcə müsahibə verməkdən imtina edən Qarabedyanla əlaqə saxlayır. Baxmayaraq ki, Rezendesə "Diqqət mərkəzində" komandasından olduğunu açıqlamamaq tapşırılsada, Rezendes bu barədə danışır və Garabedyanı danışmağa inandırır.
Əvvəlcə hər dəfə yeni iş yerinə göndərilən bir keşişin hekayəsini araşdırdıqlarını düşünən "Diqqət mərkəzində" komandası Massaçusetsdəki katolik keşişlər tərəfindən uşaqlara qarşı cinsi zorakılıq hallarının üstünü açmağa başlayır, Boston Yeparxiyası isə zorakılıq hadisələrini gizlətməyə davam edirdi. "Keşiş zorakılığının qurbanları" insan haqları qrupunun rəhbəri Fil Saviano vasitəsilə qrupun üzvləri "The Globe"un müxbiri Saşa Pfayferə müsahibə verir və bu, komandanın axtarışını 13 keşişə qədər genişləndirməsinə səbəb olur. Pedofil keşişlər üçün reabilitasiya kursları təşkil etməyə cəhd edən keçmiş keşiş Riçard Sipe vasitəsilə onlar öyrənirlər ki, onun onilliklər ərzindəki təcrübəsinə əsasən, keşişlərin 50%-i tənha deyil, onların əksəriyyətinin digər böyüklərlə münasibəti var. O, həmçinin jurnalistləri təəccübləndirir. Onun hesablamalarına görə komandanın pedofil-keşişlərin sayına dair təxminləri yalnışdır və Bostonda təxminən 90 təcavüzkar- keşiş olmalıdır (keşişlərin ümumi sayının 6%-i). "Diqqət mərkəzində" komandası araşdırma apararaq 87 nəfərin adı çəkilən siyahı tərtib edir və komanda şübhələrini təsdiqləmək üçün təcavüz qurbanlarını axtarmağa başlayır.
11 sentyabr hadisəsi baş verdikdə, qrup istintaqın prioritetini aşağı salmaq məcburiyyətində qalır. Rezendes Qarabedyandan Kardinal (ing. Bernard Francis Law)nun problemdən xəbərdar olduğunu və buna məhəl qoymadığını təsdiqləyən ictimaiyyətə açıq sənədlərin olduğunu öyrəndikdən sonra onlar yenidən sürət artırırlar. Rezendes, daha çox uşaq zərər çəkmədən və mövzu rəqib qəzetlər tərəfindən dərc edilmədən araşdırmanın dərc edilməsində israr etsə də, Robinson əvvəlki kimi sistemin probleminin daha aydın açıqlanması üçün araşdırmaları davam etdirməkdə qərarlı idi. "The Boston Globe" məhkəməni qazandıqdan və mənzərəni daha geniş ortaya qoyan daha çox hüquqi sənədlər aldıqdan sonra "Diqqət mərkəzində" komandası nəhayət hekayəni yazmağa başlayır və araşdırmanın nəticələrini 2002-ci ilin əvvəlində dərc etməyi planlaşdırır.
Onlar buraxılışı çap etməyə hazırlaşanda Robinson komandaya etiraf edir ki, 1993-cü ildə vəkil Erik MakLeyş ona 20 pedofil-keşişin adı olan siyahı göndərib, lakin o, bu siyahıya əhəmiyyət verməyib. Lakin Baron onu və komandasının cinayətləri ifşa etmək səylərini tərifləməyə davam edir. Hekayə Kardinal Lounun laqeyidsizliyini ifşa edən sənədlərə istinadla və zərərçəkmişlər üçün telefon nömrəsi ilə çap olunur. Ertəsi gün səhər "Diqqət mərkəzində" komandası zərərçəkənlərin saysız zəngləri ilə qarşılaşır və onların hekay6ələrini dinləyir.
Mətn epiloqunda qeyd olunur ki, kardinal (ing. Bernard Francis Law) 2002-ci ilin dekabrında istefa verib və nəticədə Romadakı (it. Basilica di S.Maria Maggiore) göndərilib. Sonra ABŞ-də və dünyanın müxtəlif yerlərində keşişlərin cinsi zorakılığı ilə bağlı böyük qalmaqalların baş verdiyi şəhərlərin siyahısı sadalanır.
Mükafat | Mərasim tarixi | Kateqoriya | Namizəd(lər) | Nəticə |
---|---|---|---|---|
Venesiya Film Festivalı | 2015 | Brian Award | ing. Thomas Joseph "Tom" McCarthy | Qələbə |
Silver Mouse | ing. Thomas Joseph "Tom" McCarthy | Qələbə | ||
Nyu-York film tənqidçiləri cəmiyyəti mükafatı (New York Film Critics Circle) |
2015 | Ən yaxşı aktyor | Maykl Kiton | Qələbə |
(ing. Satellite Award) | 2015 | Ən yaxşı film | Qələbə | |
Ən yaxşı rejisor işi | ing. Thomas Joseph "Tom" McCarthy | Qələbə | ||
Ən yaxşı orijinal ssenari | ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer | Qələbə | ||
Ən yaxşı aktyor heyəti | Qələbə | |||
İkinci planın ən yaxşı kişi aktyoru | Mark Ruffalo | Nominasiya | ||
İkinci planın ən yaxşı kişi aktyoru | Maykl Kiton | Nominasiya | ||
İkinci planın ən yaxşı qadın aktyoru | Reyçel Makadams | Nominasiya | ||
Ən yaxşı orijinal musiqi | Hovard Şor | Nominasiya | ||
«Oskar mükafatı» | 28 fevral 2016 | Ən yaxşı film | ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus | Qələbə |
Ən yaxşı rejisor işi | ing. Thomas Joseph "Tom" McCarthy | Nominasiya | ||
Ən yaxşı orijinal ssenari | ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer | Qələbə | ||
Ən yaxşı ikinci plan kişi rolu | Mark Ruffalo | Nominasiya | ||
Ən yaxşı ikinci plan qadın rolu | Reyçel Makadams | Nominasiya | ||
Ən yaxşı montaj | Tom MakErdal | Nominasiya | ||
"BAFTA" (ing. British Academy of Film and Television Arts) |
14 fevral 2016 | Ən yaxşı film | ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus | Nominasiya |
Ən yaxşı ikinci plan kişi rolu | Mark Ruffalo | Nominasiya | ||
Ən yaxşı orijinal ssenari | ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer | Qələbə | ||
Qızıl qlobus mükafatı (ing. Golden Globe Award) |
10 yanvar 2016 | Ən yaxşı film - drama | ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus | Nominasiya |
Ən yaşı rejissor işi | ing. Thomas Joseph "Tom" McCarthy | Nominasiya | ||
Ən yaxşı ssenari | ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer | Nominasiya | ||
ABŞ kinoaktyorlar birliyi mükafatı (ing. Screen Actors Guild Award) |
30 yanvar 2016 | Bədii filmdə ən yaxşı aktyor heyəti | Qələbə | |
Ən yaxşı ikinci plan qadın rolu | Reyçel Makadams | Nominasiya | ||
Amerika rejissorlar birliyi mükafatı (ing. Directors Guild of America Award) |
2016 | Bədii filmdə ən yaxşı rejissorluq | ing. Thomas Joseph "Tom" McCarthy | Nominasiya |
ABŞ yazıçılar birliyi mükafatı (ing. Writers Guild of America Award) |
2016 | Ən yaxşı orijinal ssenari | ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer | Qələbə |
«Devid di Donatello» | 2016 | Ən yaxşı xarici film | ing. Thomas Joseph "Tom" McCarthy | Nominasiya |
"Müstəqil ruh" (ing. Independent Spirit) |
2016 | Ən yaxşı film | ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus | Qələbə |
Ən yaxşı rejissorluq | Qələbə | |||
Ən yaxşı ssenari | ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer | Qələbə | ||
Ən yaxşı montaj | Tom MakErdal | Qələbə | ||
Robert Oltmen mükafatı | Qələbə | |||
London film tənqidçiləri dərnəyi mükafatı (ing. London Critics Circle Film Awards) |
2016 | İlin ən yaxşı filmi | Nominasiya | |
Ən yaxşı ikinci plan aktyoru | Maykl Kiton | Nominasiya | ||
Ən yaxşı ssenari | ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer | Qələbə | ||
"Diqqət mərkəzində" filmi 1952-ci il (ing. The Greatest Show on Earth) filminin antirekordunu təkrarladı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.