David (Trabzon imperatoru)
Trabzon imperatoru From Wikipedia, the free encyclopedia
Trabzon imperatoru From Wikipedia, the free encyclopedia
David Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (1408, Trabzon – 1 noyabr 1463, İstanbul) — sonuncu Trabzon imperatoru.[2] 2013-cü ilin iyulunda David Komnenos övladları və qardaşı oğlu Aleksey Komnenosla birlikdə Şərqi Ortodoks Kilsəsi tərəfindən müqəddəs elan olundu.
David | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1408 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 1463 |
Vəfat yeri | |
Atası | IV Aleksey (Trabzon imperatoru)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Trabzon imperatoru IV Aleksey, anası isə onun xanımı Teodora Kantakuzindir. Atasının vəfatının ardından 1429-cu ildə böyük qardaşı IV İohann taxta çıxdı. Onun səltənətində aktiv siyasi fəaliyyətini davam etdirən David Komnenos Osmanlılara qarşı Ağqoyunlularla yaxın münasibətlər qurdu və qardaşı qızı Despinanın Ağqoyunlu sultanı Uzun Həsənlə evləndirilməsində vasitəçilik etdi.
Qardaşının vəfatından sonra taxt onun 6 yaşlı oğlu Alekseyə qaldı. Ancaq davam edən siyasi gərginlik səbəbilə imperiyanın idarəsində bir uşağın qalması qəbul edilmədi. Bir neçə günlük hakimiyyətin ardından V Aleksey taxtdan endirildi və David Komnenos taxta çıxdı. Taxta çıxar-çıxmaz Osmanlılar əleyhinə yeni bir səlib yürüşünü təşkil etmək üçün Burqundiya hersoqu Filipp, Roma papası II Piy, eləcə də Anadolu bəyliklərindən Candaroğulları və Qaramanoğullarıyla yazışmalar apardı.
Ancaq onun bu fəaliyyəti Osmanlı sultanı Fateh Sultan Mehmed tərəfindən izlənilirdi. 1461-ci ilin baharında səfərə çıxan Fateh Sultan Mehmed Sinopun fəth edilməsindən sonra donanmayla Trabzon qalasını mühasirəyə aldı. Aparılan danışıqların sonunda David Komnenos, övladları və qardaşı oğlu Aleksey Komnenosla birlikdə təslim oldu. Beləcə Trabzon imperiyası süqut etdi (15 avqust 1461).
Əsir tutulan David Komnenos və ailəsi Ədirnəyə aparıldı. Burada müəyyən məbləğdə təqaüd alan David Komnenosun çox keçmədən Ağqoyunlu sultanı Uzun Həsənlə yazışmalar apardığı aşkarlandı və Osmanlı sultanına xəyanətlə təqsirləndirildi. Nəticədə 1463-cü ilin martında həbs olundu və 1 noyabr günü İstanbulda özü, 3 oğlu və qardaşı oğlu Aleksey Komnenos edam edildi. Sadəcə kiçik oğlu Qriqori qundaqda körpə olduğu üçün bağışlandı və sünnət edilərək Osmanlı himayəsində müsəlmanlaşdırıldı. Buna baxmyaraq bir neçə il sonra Gürcüstana qaçırıldı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.