From Wikipedia, the free encyclopedia
Date A Live (デート・ア・ライブ, Dēto A Raibu?, azərb. Həyatla görüş) — Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən Fujimi Shobo nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunur. İndiyə qədər ranobenin 17 cildi çapdan çıxmışdır. Ranobe əsasında istehsal olunmuş "Date AST Like" adlı manqa adaptasiyası "Monthly Dragon Age" jurnalında 2012-ci ilin martından 2013-cü ilin dekabrına kimi nəşr olunmuş və 4 cildi buraxılmışdır. Compile Heart və Sting şirkətləri ranobe əsasında 3 videooyun hazırlamışdır. AIC studiyası tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı adaptasiyası 2013-cü ilin 6 aprelindən 22 iyununa kimi Yaponiyada yayımlanmışdır. Production IMS tərəfindən istehsal olunmuş davam mövsümü — "Date A Live II" Yaponiyada 2014-cü ilin 12 aprelindən 14 iyununa kimi nümayiş etdirilmişdir. Anime filmi adaptasiyasının premyerası isə 22 avqust 2015-ci ildə baş tutmuşdur. 2019-cu ilin yanvarından martına kimi üçüncü mövsümü yayımlanmışdır.
Date A Live | |
デート・ア・ライブ (Dēto A Raibu) azərb. Həyatla görüş | |
---|---|
Janr | harem, romantik komediya, elmi fentezi |
Manqa | |
Manqaka | Koşi Taçibana |
Rəssam | Tsunako |
Nəşriyyat | Fujimi Shobo |
Jurnal | Dragon Magazine |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 19 mart 2011 – 19 mart 2020 |
Cildlər | 22 (cild siyahısı) |
Manqa | |
Date AST Like | |
Rəssam | Kakaşi Oniyazu |
Nəşriyyat | Fujimi Shobo |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 9 mart 2012 – 9 dekabr 2013 |
Cildlər | 4 |
Anime | |
Rejissor | Keytaro Motonaqa |
Prodüsser | Çiaki Kurakane |
Ssenarist | Hideki Şirane |
Bəstəkar | Qo Sakabe |
Studiya | Anime International Company |
Digər lisenziyalar | |
Kanal | JAITS, Tokyo MX, AT-X, TwellV, Animax |
Buraxılış tarixi | 31 mart 2013 – 16 iyun 2013 (Niconico) 6 aprel 2013 – 22 iyun 2013 (Tokyo MX) |
Seriyalar | 12 + OVA (seriya siyahısı) |
Anime | |
Date A Live II | |
Rejissor | Keytaro Motonaqa |
Prodüsser | Çiaki Kurakane |
Ssenarist | Hideki Şirane |
Bəstəkar | Qo Sakabe |
Studiya | Production IMS |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, AT-X |
Buraxılış tarixi | 12 aprel 2014 – 14 iyun 2014 |
Seriyalar | 10 + OVA (seriya siyahısı) |
Videooyunlar | |
| |
Anime | |
Date A Live: Mayuri Judgement | |
Rejissor | Keytaro Motonaqa |
Ssenarist | Hideki Şirane |
Bəstəkar | Qo Sakabe |
Studiya | Production IMS |
Anime | |
Date A Live III | |
Rejissor | Keytaro Motonaqa |
Ssenarist | Hideki Şirane |
Bəstəkar | Qo Sakabe |
Studiya | J.C.Staff |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX |
Buraxılış tarixi | 11 yanvar 2019 – 29 mart 2019 |
Seriyalar | 12 (seriya siyahısı) |
Şüar
Hadisələr təbiət fenomeni sayılan kosmik zəlzələnin Avrasiyanın mərkəzində inanılmaz dağıntılara və 150 milyon nəfərin ölümünə səbəb olması ilə başlayır. Növbəti 30 ildə kiçik miqyaslı kosmik zəlzələlər baş verir. İndiki vaxtda adi lisey tələbəsi olan Şido İtsuka baş verən kosmik zəlzələrin birində qəribə qızla rastlaşır. Şido ögey bacısı Kotoridən öyrənir ki, bu qız müxtəlif ölçülərdən gələn və "Ruhlar" adlandırılan varlıqlardan biridir. Yer üzündə baş verən kosmik zəlzələlərin səbəbi Ruhlardır: hər hansı Ruh bu dünyaya gələndə kosmik zəlzələyə səbəb olur. Şido dahi sinif yoldaşı Oriqami Tobiiçinin Ruhları məhv etmək üçün nəzərdə tutulmuş AntiRuh Komandasının (ARK) üzvü olduğu və valideynlərinin kosmik zəlzələdə öldüklərini aşkarlayır. Şido həmçinin ögey bacısı Kotorinin "Ratatoskr" adlı təşkilata məxsus "Fraxinus" adlı hava gəmisinin komandiri olduğunu öyrənir. Şido Ruhların güclərini möhürləmək və bəşəriyyətin təhlükəsizliyini təmin etmək üçün təşkilata cəlb olunur. Ruhların güclərini möhürləmək üçün isə Ruhları görüşə çıxarmalı, özünə aşiq etməli və onları öpməlidir.
№ | Ruh | Kod adı |
Mələyi | Astral paltarı |
---|---|---|---|---|
1 | Oriqami Tobiiçi | Şeytan | Metatron | Eyeh |
2 | Nia Honco2 | Bacı | Raziel | Yod |
3 | Kurumi Tokisaki | Qarabasma | Zafkiel | Elohim |
4 | Yoşino | Zahid | Zadkiel | El |
5 | Kotori İtsuka | İfritə | Kamael | Elohim Qibor |
6 | Mukuro Hoşimiya2 | Zodiak | Mixael | Eloa |
7 | Natsumi | Cadugər | Haniel | Adonai Tzaboat |
8 | Yamay bacıları | Berserk | Rafael | Elohim Tzaboat |
9 | Miku İzayoy | Diva | Qabriel | Şaddai El Çai |
10 | Toka Yatoqami | Şahzadə | Sandalfon | Halvanhelev |
— | Birinci ruh | — | — | — |
— | Kabus ruh | — | — | — |
Ancaq videooyunlarda görünən(lər) | ||||
— | Rinne Sonoqami | Hökmdar | Eden | — |
— | Mariya Arusu | — | — | — |
— | Marina Arusu | — | — | — |
— | Rio Sonoqami | — | Eden | — |
Ancaq anime filmində görünən(lər) | ||||
10.000 | Mayuri | — | Karubiel | — |
"Date A Live" Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyasıdır. İlk cildi 19 mart 2011-ci ildə Fujimi Shobo nəşriyyatının Fujimi Fantasia Bunko imprinti altında nəşr olunmuşdur. İndiyə kimi Yaponiyada 20 cildi çapdan çıxmışdır.[1]
Spin-off ranobe seriyası və Tsunakonun işlərindən ibarət artbuk anons edilmişdir.[2]
Ringo-nun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 16 aprel 2012-ci ildə nəşr olunmağa başlamışdır. Ringo-nun səhhətindəki problemlərə görə manqanın nəşri 6 fəsildən sonra dayandırılmışdır. Bu manqada ancaq Şidonun Toka ilə görüşü təsvir edilə bilmişdi.
"Shōnen Ace" jurnalının 2014-cü il yanvar buraxılışında Sekihiko İnuyun rəssamlığı ilə yeni manqa adaptasiyasının serializasiyasına başlanılmışdır. Üçüncü cildin bu manqanın sonuncu cildi olacağı açıqlanmışdır.
Keytaro Motonaqanın rejissorluğu ilə Anime International Company tərəfindən 2013-cü ildə anime serialı çəkilmişdir. Serialın hər seriyası televiziyada yayımlanmazdan 1 həftə öncə Niconico-da aşağı keyfiyyətdə yayımlanmışdır. Birinci seriya 31 martda Niconico-da, 6 apreldə Tokyo MX kanalında göstərilmişdir.[3] Sonuncu – 12-ci seriya Niconico-da 16 iyunda, Tokyo MX-də 22 iyunda yayımlanmışdır.
Açılış mahnısı İori Nomizu, Misuzu Toqaşi, Kaori Sadohara və Misatodan ibarət sweet ARMS vokal qrupu tərəfindən ifa olunan "Date A Live" (デート・ア・ライブ, Dēto A Raibu?, azərb. "Həyatla görüş") mahnısıdır. Anime serialı üçün 4 bağlanış mahnısından istifadə olunmuşdur: Kayoko Tsumita, Risako Muray və Midori Tsukimiya tərəfindən ifa olunan "Hatsukoi Winding Road" mahnısı; İori Nomizu tərəfindən ifa olunan "Save The World" (azərb. "Dünyanı xilas et"), "Save My Heart" (azərb. "Ürəyimi xilas et") və "Strawberry Rain" (ストロベリーレイン, azərb. "Çiyələk yağışı"?) mahnılarıdır.
2014-cü ilin aprelində ikinci mövsüm göstərilməyə başlamışdır.[4] Açılış mahnısı sweet ARMS tərəfindən oxunan "Trust in You" (azərb. "Sənə güvənmək"), bağlanış mahnısı isə Kaori Sadohara tərəfindən oxunan "Day to Story" mahnısıdır.[5] İkinci mövsüm Production IMS studiyası tərəfindən istehsal olunmuşdur.[6] Kadokawa ikinci mövsümün yayımlanmış bir seriyasını "Date A Live Encore" adlı qısa hekayə kolleksiyası ilə birlikdə 9 dekabr 2014-cü ildə buraxmışdır.[7]
21 oktyabr 2017-ci ildə müəllif Koşi Taçibana rəsmi Twitter hesabında üçüncü mövsümü anons etmişdir.[8] Üçüncü mövsüm 2019-cu ilin yanvarından martına kimi yayımlanmış və J.C.Staff tərəfindən istehsal olunmuşdur. Üçüncü mövsümün də rejissoru Keytaro Motonaqa, ssenaristi Hideki Şirane, bəstəkarı Qo Sakabe olmuşdur. Animenin açılış mahnısı "I Swear" sweet ARMS, bağlanış mahnısı "Last Promise" Eri Yamazaki tərəfindən ifa olunmuşdur. Anime Docomo Anime Store vasitəsilə də yayımlanmışdır.[9] Crunchyroll da üçüncü mövsümü öz saytında buraxmışdır.[10] Funimation isə üçüncü mövsümün ingiliscə dublajını istehsal etmişdir.[11] AnimeLab üçüncü mövsümü Avstraliya və Yeni Zelandiya regionunda yayımlamışdır.[12]
Anime serialı Funimation Entertainment tərəfindən Şimali Amerika, Madman Entertainment tərəfindən Avstralasiya regionu üçün lisenziyalaşdırılmışdır.[13][14][15]
Anime serialının ikinci mövsümü başa çatar-çatmaz animenin rəsmi saytı Twitter hesabı vasitəsilə anime filmini anons etmişdir.
"Date A Live II" animesinin bir tədbirində çəkiliş heyəti filmin "Date a Live: Mayuri Judgement" (劇場版 デート ア ライブ 万由里ジャッジメント, Gekijōban Dēto A Raibu: Mayuri Jajjimento?, azərb. "Həyatla görüş: Mayuri hökmü") adlanacağını, premyerasının 22 avqust 2015-ci ildə baş tutacağını və ssenarisinin ranobenin müəllifi Koşi Taçibana tərəfindən yazılacağını üzə çıxarmışdır. Şido İtsuka personajının səsləndiricisi Nobunaqa Şimazaki Mayuri (万由里, Mayuri?) adlı yeni personajın siluetini tanıtmışdır.[16] 10 apreldə keçirilən "Tokanın ad günü" adlı tədbirdə Mayurinin Sora Amamiya tərəfindən səsləndiriləcəyi təsdiq olunmuşdur.[17]
Compile Heart və Sting Entertainment tərəfindən istehsal olunmuş "Date A Live: Rinne Utopia" (デート・ア・ライブ 凜祢ユートピア, Dēto A Raibu Rinne Yūtopia?, azərb. "Həyatla görüş: Rinne utopiyası) adlı videooyun 27 iyun 2013-cü ildə PlayStation 3 platforması üçün buraxılmışdır. Reklam videosu Anime Contents Expo 2013 sərgisində nümayiş etdirilmişdir. Oyunda Kana Hanazava tərəfindən səsləndirilən Rinne Sonoqami (園神 凜祢, Sonogami Rinne?) adlı orijinal personaj vardır. Oyunun PlayStation Vita versiyası 2015-ci ilin yayında buraxılmışdır, yeni personajlara və ssenarilərə malikdir.[18]
"Date A Live: Ars Install" (或守インストール, azərb. "Həyatla görüş: Ars quraşdırması?) adlı bir başqa oyunda isə Suzuko Mimori tərəfindən səsləndirilən Mariya Ars (或守 鞠亜, Arusu Maria?) adlı yeni personaja yer verilmişdir. Oyun 26 iyun 2014-cü ildə buraxılmışdır. "Famitsu" bu oyuna 30/40 xal vermişdir.[19]
"Date A Live Twin Edition: Rio Reincarnation" (デート・ア・ライブ Twin Edition 凜緒リンカーネイション, Dēto A Raibu Tsuin Edishon Rio Rinkāneishon?) adlı üçüncü videooyun Compile Heart və Sting Entertainment tərəfindən istehsal olunmuş və 30 iyul 2015-ci ildə PlayStation Vita platforması üçün buraxılmışdır. Oyun yeni personahlara və ssenarilərə malikdir. Oyunda yer alan personajlar Yamay bacıları, Miku İzayoy, Rinne Sonoqami, Mariya Ars, Marina Ars, eləcə də, Ayane Sakura tərəfindən səsləndirilən Rio (凜緒, Rio?) adlı yeni personajdır. Bu oyunun reklam videosu Date A Fes II adlı tədbirdə yayımlanmışdır.
Compile Heart tərəfindən istehsal olunan "Date A Live: Ren Dystopia" (デート・ア・ライブ 蓮ディストピア, Dēto A Raibu: Ren Disutopia?) adlı 4-cü videooyun 18 iyul 2019-cu ildə Yaponiyada buraxılacaq.[20]
2015-ci ilin oktyabrına qədər ranobe seriyasının 4 milyon nüsxəsi satılmışdır.[21]
Anime serialının birinci mövsümünün birinci cildi debüt həftəsində Oricon çartlarında Yaponiyadakı ən çox satan Blu-raylar siyahısında səkkizinci yerdə qərarlaşmışdı.[22] "Date A Live: Rinne Utopia" videooyununun 23.340 nüsxəsi buraxıldığı ilk həftədə satılmışdır.[23]
12 iyun 2015-ci ildə animenin ikinci mövsümü Çin Mədəniyyət Nazirliyi tərəfindən Çində qadağan olunmuş 38 anime və manqa siyahısına düşmüşdür.[24]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.