From Wikipedia, the free encyclopedia
Cüzeppe Tornatore (it. Giuseppe Tornatore; 27 may 1956[1][2][…], Bageriya, Siciliya) — İtaliya kinorejissoru və ssenaristi.
Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olmuşdur. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda keçirilən festivalda mükafat qazandı. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kammorist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi. "Kammorist" filmi tamaşaçılar və kino tənqidçiləri tərəfindən yüksək səviyyədə qəbul olundu. Eləcə də bu film ən yaxşı rejissor işinə görə İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatına layiq görülmüşdür. 1988-ci ildə onun "Yeni kinoteatr "Paradiso"" filmi ekranlara çıxır. Ekranlara çıxdığı gündən bu film böyük sensasiya səbəb olur və bir çox mükafatlar qazanır. Bu film hətta Xarici dildə ən yaxşı filmə görə nüfuzlu "Oskar" mükafatına da layiq görülür. Bu film Tornatoreyə dünya şöhrəti qazandırır.
Cüzeppe Tornatorenin filmlərində Bill Nann, Jak Perren, Jerar Depardye, Roman Polanski, Sercio Kastellitto, Tim Rot, Filipp Nuare, Monika Belluççi, Kseniya Rappoport, Cüzeppe Sulfaro, Françesko Şanna və digər tanınmış italyan aktyorları çəkilmişlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.