Corc Dik

From Wikipedia, the free encyclopedia

Corc Dik

Corc Dik (ivr. ג'ורג' דיק, ərəb. جورج ديك; 1984) — İsrail diplomatı. 2018-ci ildən bəri İsrailin Azərbaycandaki səfiridir. O, səfir təyin olunan ilk Xristian İsrail ərəbidir.[1]

Cəld faktlar İsrailin Azərbaycandakı səfiri, Şəxsi məlumatlar ...
Corc Dik
ivr. ג'ורג' דיק, ərəb. جورج ديك
Səfir Corc Dik Azərbaycan Prezidenti etimadnaməsini qəbul etdiyi zamanı
Səfir Corc Dik Azərbaycan Prezidenti etimadnaməsini qəbul etdiyi zamanı
İsrailin Azərbaycandakı səfiri
Vəzifədədir
2019-cuildən
Şəxsi məlumatlar
Doğum tarixi təxm. 1984
Doğum yeri Yafa
Təhsili
Fəaliyyəti diplomat
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Dik Yafanın Əcəmi məhləsində, müxtəlif mənşəli qonşular ətrafında böyüyüb.[2] O, Rayxman Hüquq Məktəbində və Fulbrayt proqramının dəstəyi ilə Corctaun Universitetində oxumuşdur.[3]

2008-ci ildə Dik Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 2009-2012 illərin arasında o, Nigeriyadaki missiyanın başçısı idi. 2012-2015 illərin arasında Dik Norveçdə səfirin müavini olaraq işləyirdi. 2014-cü ildə, Qoruyucu Sərhəd əməliyyatı zamanı isə, orda səfir səlahiyyətlərini icra edən idi.[2][3][4]

2018-ci ildə Dik İsrailin Azərbaycanda səfiri vəzifəsinə təyin edilib.[5] Beləliklə o, İsrailin ilk Xristian ərəb səfiri olmuş.[4] İsrailin ondan əvvəl də ərəb səfiri olmuşdu. Əli Yəhya İsrailin Finlandiyada və Yunanıstanda səfiri olmuşdu.

2022-ci ildə Səfir Dikin rəsmi twitter hesabında Təbrizin sehrli nağılları (ing. Mysterious Tales of Tabriz) kitabı ilə şəkili Azərbaycandaki İran səfiri Seyid Abbas Musəvinin İsrailli həmkarını hədələyən tviti ilə qarşılanıb. Bunun ətrafında sosial şəbəkələrdə geniş müzakirələr baş vermişdi.[6]

Mənşəyi

Dikin atası vergi məsləhətçisi idi.[3] O, Pravoslav Xristianların Assosiasiyasının katibi idi və Yafada çox tanınırdı. 2015-ci ildə Tev-Aviv-Yafanın meri, Ron Huldai onun adına meydan açmışdı.[7] Dikin sözlərinə görə, atasının tərəfindən Antaraan Hambarian adlı böyük nənəsi erməni fəlakətini yaşamışdı.[8] Onun baba-nənələri ərəblər yeni yaranan İsrail dövlətinə hücum edəndə Livana qaçıblar. Onlara deyilib ki, evlərində qalsaydılar, yəhudilər onlara qarşı qırğın törədəcəkdilər və gözləntiləri o idi ki, ərəb orduları yəhudilərə qalib gələn kimi, onlar evlərinə qayıdacaqlar.[3] Dik onun nənə-babasının özünü "aldadılmış" hiss edib, Livanda qaçqın şəkildə qalmaqdan əvəzinə Yafaya qanuna qarşı şəkildə qayıtdıqlarından danışıb.[2] Ölkəyə qayıdış İsrail qanunlarına zidd olduğuna görə, elektrikçi olan Dikin babası həbs olunub. Lakin, yəhudi dostları və həmkarları ona azadlığa çıxmağa kömək ediblər. Qaçqın olmuş Dikin bəzi qohumları İsrailə qayıtmayıb, özünə həyat dünyanın müxtəlif yerlərində qurmuşlar.[3]

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.