Cinsi əlaqə
cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə From Wikipedia, the free encyclopedia
cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə From Wikipedia, the free encyclopedia
Cinsi əlaqə və ya seks — cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə. Bu, vaginal cinsi əlaqə və ya vaginal seks kimi də qeyd olunur.[1][2] Bu əlaqələr iki və ya daha çox şəxs arasındakı fiziki yaxınlığı əhatə edir və ümumiyyətlə insanlar arasında fiziki və ya emosional məmnuniyyətin artması üçün istifadə olunur və insanın bir-biri ilə yaxınlaşmasına kömək edə bilər.[3]
Cinsi əlaqə və ya digər cinsi fəaliyyətin nədən ibarət olduğu, bu əlaqələrin reproduktiv sağlamlığa təsiri haqqında fərqli fikirlər mövcuddur.[4]
Müxtəlif yurisdiksiyalarda insest, yetkinlik yaşına çatmayanlarla cinsi fəaliyyət, fahişəlik, təcavüz, zoofiliya, sodomiya, nikah öncəsi və nikahdan kənar seks kimi bəzi cinsi davranışlara məhdudiyyət qoyulur.
Buddizm inancına görə insan nə aseksual, nə də cinsi əlaqənin köləsi olmalıdır. İnsanlar mənəvi inkişafına zidd olmadığı müddətcə cinsi əlaqəyə girə bilərlər. Evlilikdən əvvəl cinsi əlaqə haram deyil, amma həyat yoldaşını aldatmaq yaxşı davranış sayılmır. Üstəlik, daha yüksək mənəvi inkişafa nail olmaq üçün seksuallığın son dərəcə zəruri olduğu deyilir.
Cinsi əlaqə xristian kilsəsində qəbul ediən müqəddəs evlilik vədlərindən sonra normaldır. Xristian dinində nikahdan kənar cinsi əlaqəyə iffətsizlik deyilir. Əhdi-Cədiddə deyilir: "Zinakarlar, bütpərəstlər, hiyləgərlər… Tanrının nemətlərini dada bilməyəcəklər".
Hinduizm inancına görə insanın problemlərinin hamısı maddi dünyadan qaynaqlanır. Cinsi ehtiraslar və istəklər insanı mənəvi hikmətdən uzaqlaşdırır. Doğru yerdə və doğru zamanda edilən cinsi əlaqə insanı Nirvanaya yaxınlaşdıra bilər.
İslam dininə görə nikahdan əvvəl cinsi yaxınlıq qəti qadağandır: "İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə -hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış, etiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbir edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Ən-Nisa, 25)
İslama görə insan evli olmadıqca cinsi əlaqədən çəkinməlidir. İslamın bəzi məzhəblərində həyat yoldaşı ərinə cinsi cəhətdən kifayət etmirsə, kişiyə qadını boşamaq hüququ verilir.
Yəhudilərin müqəddəs kitabında zina bütpərəstlik ilə eyni verilmişdir. Cinsi əlaqə etdikdə Tanrıya edilən müqəddəs evlilik andı pozulur. Yəhudilikdə evlilik cinsi əlaqəsi sadəcə yəhudi qadın və kişi arasına baş tuta bilər. Digər dindən tərəfdaş seçilməməlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.