From Wikipedia, the free encyclopedia
Black Bullet (ブラック・ブレット, Burakku Buretto?, azərb. Qara güllə) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur.
Black Bullet | |
Birinci ranobe cildinin üzlüyü. Personajlar (soldan sağa): Rentaro Satomi, Encu Ayhara və Kisara Tendo. | |
ブラック・ブレット (Burakku Buretto) azərb. Qara güllə | |
---|---|
Janr | döyüş, elmi fantastika, müəmma |
Manqa | |
Manqaka | Şiden Kanzaki |
Rəssam | Saki Ukay |
Nəşriyyat | ASCII Media Works |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 10 iyul 2011 – hazırda |
Cildlər | 7 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Şiden Kanzaki |
Rəssam | Morinohon |
Nəşriyyat | ASCII Media Works |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Dengeki Maoh |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 avqust 2012 – 27 iyun 2014 |
Cildlər | 4 (cild siyahısı) |
Fəsil sayı | 20 |
Anime | |
Rejissor | Masayuki Kocima |
Prodüsser | Asuka Yamazaki Fuminori Yamazaki Mitsutoşi Oqura Yasutaka Kurosaki |
Ssenarist | Tatsuhiko Urahata |
Bəstəkar | Şiro Saqisu |
Studiya | Kinema Citrus, Orange |
Digər lisenziyalar | |
Kanal | AT-X, Tokyo MX, SUN, tvk, KBS, TVA, BS11, TSC |
Digər kanallar | |
Buraxılış tarixi | 8 aprel 2014 – 1 iyul 2014 |
Seriyalar | 13 (seriya siyahısı) |
2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir. İnsanlar artıq qastreyalardan qorunmaq üçün varaniumdan hazırlanmış monolit divarlar arxasında yaşamağa məcburdurlar. Varanium qara rəngli metal olub qastreyalarda sağalmaz yaralar buraxan yeganə elementdir. Daha sonra qastreyaya yoluxmuş şəxslərin uşaqlarının supergüclərə malik olduğu kəşf edilir və bu cür uşaqlara "Lənətli uşaqlar" adı verilir. Lənətli uşaqlar sadəcə qızlar olur. Qastreyalara qarşı döyüşmək üçün Mülki təhlükəsizlik agentlikləri formalaşdırılır. Hər bir komanda bir inisiatordan – lənətli uşaqdan və bir promoterdən – lənətli uşağa nəzarət edən şəxsdən ibarətdir. Epidemiyadan 10 il sonra lisey tələbəsi, Kisara Tendonun cavabdeh olduğu Tendo Mülki Təhlükəsizlik Agentliyində fəaliyyət göstərən, Encu Ayhara adlı inisiatorun promoteri olan Rentaro Satomi Tokio bölgəsini, eləcə də, bütün dünyanı qorumaq üçün müxtəlif əməliyyatları yerinə yetirməklə vəzifələndirilir.
Ranobe seriyası Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılır. İlk cildi 10 iyul 2011-ci ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında buraxılmışdır.[2] 10 aprel 2014-cü ildə kimi 7 cildi nəşr olunmuşdur.[3] Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[4]
№ | Başlıq | Yapon versiyasının nəşr tarixi | İngilis versiyasının nəşr tarixi |
---|---|---|---|
1 | Tanrı olacaq şəxslər Kami o Mezashita Mono Tachi (神を目指した者たち) | 10 iyul 2011[2] ISBN 978-4-04-870596-7 | 18 avqust 2015[5] ISBN 978-0-31-630499-3 |
2 | Möhtəşəm snayperə qarşı VS Shinsan Kibō no Sogekihei (VS神算鬼謀の狙撃兵) | 8 oktyabr 2011[6] ISBN 978-4-04-870820-3 | 15 dekabr 2015[7] ISBN 978-0-31-634489-0 |
3 | Dünyanın alov tərəfindən məhvi Honō ni yoru Sekai no Hametsu (炎による世界の破滅) | 10 may 2012[8] ISBN 978-4-04-886477-0 | 19 aprel 2016[9] ISBN 978-0-31-634490-6 |
4 | İntiqam mənimkidir Fukushū Suru wa Ware ni Ari (復讐するは我にあり) | 10 avqust 2012[10] ISBN 978-4-04-886797-9 | 23 avqust 2016[11] ISBN 978-0-316-34491-3 |
5 | Qaçqın Rentaro Satomi Tōbōhan, Satomi Rentarō (逃亡犯、里見蓮太郎) | 10 iyul 2013[12] ISBN 978-4-04-891761-2 | 13 dekabr 2016[13] ISBN 978-0-316-34492-0 |
6 | Əraf didərgini Rengoku no Hōkōsha (煉獄の彷徨者) | 10 oktyabr 2013[14] ISBN 978-4-04-866008-2 | 18 aprel 2017[15] 978-0-31-634501-9 |
7 | Dünya inqilabının gülləsi Sekai Henkaku no Jūdan (世界変革の銃弾) | 10 aprel 2014[3] ISBN 978-4-04-866472-1 | — |
Morinohonun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 27 avqust 2012-ci ildən[16] 27 iyun 2014-cü ilə kimi[17] ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmuşdur. 27 may 2013-cü ildə ilk cildi buraxılmışdır.[18] 27 iyun 2014-cü ilə qədər isə 4 cildi buraxılmışdır.[19] Bundan əlavə, 10 mart 2014-cü ildə abua tərəfindən hazırlanmış "Black Bullet Interlude Fakkyu!" adlı çibi-manqası buraxılmışdır.[20]
Manqa Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 27 may 2013[18] | ISBN 978-4-04-891196-2 | 22 sentyabr 2015[21] | ISBN 978-0-31-634503-3 |
2 | 11 iyul 2013[22] | ISBN 978-4-04-891805-3 | 15 dekabr 2015[23] | ISBN 978-0-31-634513-2 |
3 | 11 oktyabr 2013[24] | ISBN 978-4-04-891970-8 | 22 mart 2016[25] | ISBN 978-0-31-634532-3 |
4 | 27 iyun 2014[19] | ISBN 978-4-04-866665-7 | 28 iyun 2016[26] | ISBN 978-0-31-627236-0 |
Kinema Citrus studiyası tərəfindən anime adaptasiyasının çəkiləcəyi 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013"[27][28] Rejissoru Masayuki Kocima, ssenaristi Tatsuhiko Urahata, Senbon Umişima personaj dizayneri, Şiro Saqisu bəstəkar, Yo Yamada səs rejissorudur.[29] Anime serialı 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir.[30] Crunchyroll animeni ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, CAR, Niderland, Skandinaviya, Türkiyə, Latın Amerikası, İtaliya, İspaniya, Portuqaliya, Orta Şərq, Ərəb Liqası, Fransa, Belçika, İsveçrə, Andorra, Lüksemburq, Əlcəzair, Tunis, Mərakeşdə yayımlamışdır.[31] Şimali Amerikada Sentai Filmworks tərəfindən lisenziyalaşdırılmış və dublaj edilmişdir.[32][33]
Açılış mahnısı fripSide tərəfindən ifa olunan "black bullet" mahnısı,[29], bağlanış mahnısı isə Naqi Yanaqi tərəfindən ifa olunan "Tokohana" (トコハナ?) mahnısıdır.[34] Bundan əlavə, 4-cü seriyada bağlanış mahnısı kimi "Wasurenai Tame ni" (忘れない為に?), 13-cü seriyada bağlanış mahnısı kimi "Wasurenai Tame ni for lotus" (忘れない為に for lotus?) mahnısı səsləndirilmişdir. Hər iki mahnı Naqi Yanaqi tərəfindən ifa olunmuşdur.
Anime News Network-dən beş tənqidçi animenin ilk seriyasını dəyərləndirmişdir:[35] Houp Çapman döyüş səhnələrini baxmağa dəyər adlandırmış, amma bir başqa tənbəl ranobe adaptasiyası olduğunu qeyd etmişdir. O, yan qadın personajlarını qınanmağa dəyər hesab etmiş, Encu Ayharanı "otaku yemi" adlandırmışdır; Bambu Don və Karl Kimlinqer layiqincə yazıldığına, hekayəyə və personajların inkişafına kifayət qədər yer ayrıldığına görə animeni tərifləmişdirlər. Bambu animenin növbəti seriyalarda daha yaxşı olacağını, Karl isə öz növündə olan animelərlə eyni olduğunu bildirmişdir; Rebekkaa Silverman girişin maraq oyatdığını, lakin potensialına çatması üçün hekayə üzərində işləməyin lazım olduğunu qeyd etmişdir. Beşinci tənqidçi Teron Martin da döyüş səhnələrini tərifləmiş və bildirmişdir ki, anime daha qaranlıq hal almaq istəsə də, "otaku tələləri"ni atmadan bu məqsədinə çata bilmir.[35]
Kotaku-dan Riçard Aysenbeys anime haqqında mənfi fikirlər bildirmişdir. O demişdir ki, birlikdə işlənməyən janrların bir-birinə qarışmasına görə anime batıb qalıb, digər animelərin şablon qurmasına malikdir və hekayə boşluqlarla doludur. Tənqidinin sonunda isə bildirir: "Mən sadəcə "Black Bullet"-i heç kimi tövsiyə etməzdim. Bu qarışıq animedir."[36] Animenin birinci seriyasına qiymət verən Fandom Post tənqidçisi Emetist Beveric məzmunu və personajları ümidverici hesab etmiş, Rentaro ilə Encu arasındakı münasibətləri əyləncəli adlandırmışdır.[37] THEM Anime Reviews-dan Allen Mudi animenin ona "Beyond the Boundary" animesini xatırlatdığını qeyd etmişdir. O, animenin döyüş səhnələrini və sonuncu seriyasını bəyənmiş, lakin "harem personajları"nın animeyə zərbə endirdiyini ifadə etmişdir.[38]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.