From Wikipedia, the free encyclopedia
Bişbülək rayonu (başq. Бишбүләк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Bişbülək rayonu | |||||
---|---|---|---|---|---|
Бишбүләк районы | |||||
|
|||||
53°41′28″ şm. e. 54°16′20″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 2133,90[1] km² | ||||
Hündürlük | 311 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati mərkəzi Sterlibaşev kəndidir.
Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 2134 km² təşkil edir. İqlimi mülayim kontinental və rütübətlidir. Ərazisində neft (Şkapovskoye, Demskoye, Sataevskoye, Aznakaevskoye yataqları), kirəçdaşı (Çulpan), qum, qum-çınqıl qarışığı (Çulpan), gil (Aitovskoye) çıxarılır. Bölgənin şimal-qərbindən İk çayı başlayır, cənubdan isə Dyoma çayı axır. Sterlya, Urşak, Tyater və Kundryak çayları axır. Başdan-başa qara torpaqla örtülü olsa da, talalar şəklində olsa da tünd boz meşə torpaqlarına rast gəlinir. Meşələr ərazisinin 11 % əhatə edir.
Bişbülək rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. 1963-cü il fevralın 1-də rayon ləğv edilmiş, ərazisi Bələbəy rayonuna hissəsi olmuşdur. 13 yanvar 1965-də yenidən təşkil olmuşdur.
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Bişbülək rayonu ərazisin milli tərkibi: çuvaşlar — 35,3 %, tatarlar — 26,1 %, başqırdlar — 22 %, ruslar — 11,8 %, mordvalılar — 3,6, digər millər — 0,9 %[3] Hər km² 13 nəfər düşür (2010).
Milli tərkibi:
İl | başqırdlar | tatarlar | ruslar | çuvaşlar |
---|---|---|---|---|
1970 | 8,0 % | 31,4 % | ||
1989 | 10,4 % | 35,0 % | ||
2002 | 21,5 % | 26,3 % | 11,0 % | 35.7 % |
2010 | 22 % | 26,1 % | 11,8 % | 35.3 % |
13 kənd inzibati vahidliyinə 86 yaşayış məntəqəsi daxildir[4] 2015-ci ildə yeni inzibati yaşayış məntəqəsi olan Tumaş kəndi təşkil edilmişdir[5].
İqtisdadiyyatın əsasını Aqrar sahə tutur. Taxıl, şəkər çuğunduru, günəbaxan və yem bikilərinin əkini, maldarlıq (süd və ət istiqaməti), donuzçuluq və qoyunçuluq üzrə ixtisaslaçmışdır. Arıçılıq inkişaf etmişdir.
Ərazisindən Samara - Çelyabinsk dəmir yolun keçir. Bələbəy, Tuymazı, Ufa istiqamətində avtomobil yolu keçir.
Rayon ərazisində 46 ümumtəhsil mərkəzi, 14 orta məktəb, musiqi məktəbi, peşə uçilişi, 31 kütləvi kitabxana, 45 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus, tatar və başqırd dillərində müvafiq olaraq «rus. Светлый путь» — «tatar. Якты юл» — «başq. Сута сул» adlı qəzetlər buraxılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.