From Wikipedia, the free encyclopedia
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir.
Bir qadının ürəyi | |
---|---|
ing. The Heart of a Woman | |
Müəllif | Maya Anjelu |
Janr | avtobioqrafiya |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1981, 2008 |
Nəşriyyat | Randon House |
Nəşr | 1981 |
Səhifə | 336 səh. (1-ci cild) |
Əvvəlki | "Oxumaq, yellənmək və Milad kimi şən olmaq" |
Sonrakı | "Tanrının bütün uşaqlarının səyahət ayaqqabılarına ehtiyacı var" |
ISBN | 978-0-8129-8032-5 |
Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.[1]
Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi.[2] Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".[3] Kitabda Anjelunun ABŞ və Afrikadakı müxtəlif yerlərdə olması təsvir olunur, lakin qələmə aldığı ən önəmli səyahət “onun öz dünyasına səyahətidir".[4]
1981-ci ildə nəşr olunan "Bir qadının ürəyi" əsəri Maya Anjelunun yeddi avtobioqrafik əsərlər seriyasının dördüncü hissəsidir. Əvvəlki avtobioqrafiyaların hər birinin müvəfəqiyyəti və üç cilddən ibarət olan şeirlər kitabının nəşr olunması Anjeluya 1981-ci ildə böyük şöhrət gətirdi. Onun üçüncü şeirlər kitabı olan "Və mən hələ də yüksəlirəm" 1978-ci ildə nəşr olundu və Anjelunun bir yazıçı kimi müvəffəqiyyətini gücləndirdi. Anjelunun ilk şeirlər kitabı olan "Ölümümdən əvvəl mənə sadəcə sərin su ver" (1971) Pulitzer mükafatına namizəd oldu.[5]
Yazıçı Culian Meyfild bildirir ki, Anjelunun fəaliyyəti yalnız digər qaradərili qadın yazıçılar üçün deyil, eləcə də bütün bəşəriyyət üçün avtobioqrafiya janrına aid gözəl bir nümunədir.[6] Anjelu öz həyatı haqqında hekayələr yazaraq qaradərililər və qadınların azadlıq carçısı kimi tanınmış və hörmət qazanmışdır.[7] Bu onu alim Coan Brakstonun qeyd etdiyi kimi "şübhəsiz ... Amerikanın ən görkəmli qaradərili qadın avtobioqrafı" etdi.[8] Anjelu şəxsi həyatını ictimaiyyətlə müzakirə edən ilk afro-amerikalı qadın yazıçılardan biri idi və kitablarında özünü əsas personaj kimi təsvir etməyə başladı. Yazıçı Hilton Als onu "öz şəxsiyyət və seçimlərinin daha çox mənfi tərəfini dürüst şəkildə işıqlandıraraq özünü ifşa edən qabaqcıl şəxs" adlandırır. Anjelu ikinci tərcümeyi-halı olan "Mənim adımda birlikdə toplaşaraq" əsərini tərtib edərkən, onu oxucuların onun fahişə olduğu barədə açıqlamasına necə reaksiya verəcəkləri narahat edirdi. Həyat yoldaşı Paul Du Fo "bir yazıçı kimi həqiqətləri söyləyərək" və "Bu mövzuda dürüst olmağı bacarmaq lazımdır" kimi fikirlər söyləyərək onu kitabını dərc etməyə təşviq etdi.[9]
"Bir qadının ürəyi" əsərinin satışa çıxarıldığı 1957-ci ildə Anjelu Off-Brodvey musiqi icmalında iştirak etdi, bu da sonralar onun heç vaxt kitabında bəhs etmədiyi bəstələrini[10] oxuduğu və ifa etdiyi ilk filmi olan "Kalipsonun isti dalğaları"-nı yaratmağa təşviq etdi. Həmçinin 1957-ci ildə onun ilk albomu olan "Xanım Kalipso" satışa çıxarıldı. Bu barədə də kitabda heç bir məlumat qeyd edilməmişdir. Sonralar 1995-ci ildə albom CD formatında çıxarıldı.[10][11] Alsın sözlərinə görə, Anjelu kalipso musiqisini kifayət qədər tanınmadığı və özünün də peşəkar artist kimi inkişaf eləmədiyi dövrdə oxumuş və ifa etmişdir. "Bir qadının ürəyi" əsərində qeyd edildiyi kimi, Anjelu nəhayət karyerası üçün yazıçı və şair kimi ifa etməkdən imtina edir. "Xanım Kalipso" əsərinin 1995-ci il versiyasının albom notlarının müəllifi Çak Fostere görə, o, musiqiyə öz karyerasında çox qısa yer vermişdir[12] və bu barədə kitabda heç bir məlumat qeyd edilməmişdir.
The heart of a woman goes forth with the dawn,
As a lone bird, soft winging, so restlessly on,
Afar o'er life's turrets and vales does it roam
In the wake of those echoes the heart calls home.The heart of a woman falls back with the night,
And enters some alien cage in its plight,
And tries to forget it has dreamed of the stars
While it breaks, breaks, breaks on the sheltering bars.-— "Bir qadının ürəyi", Georgiya Duqlas Conson [13]
Anjelu dörüncü avtobioqrafik əsərinin adını Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürmüşdür. Tənqidçi Liman Haqen qeyd edir ki, bu onun "əvvəlki kitablarının adları qədər təsirli olmasa da",[14] kitab üçün daha uyğundur, çünki Consonun poemasında qəfəsdə olan quş təsvir edilir və bu da adı Paul Lorens Dunbarın poemasından götürülən Anjelunun ilk avtobioqrafiyası ilə əlaqə təşkil edir. Başlıq Anjelunun ağrılı yalnızlığını göstərir və ilk cildində də mövcud olan mənəvi dilemmanı ortaya qoyur.[15] Consonun metaforadan istifadəsi Dunbardan fərqlidir, çünki onun əsərdə təsvir etdiyi quş irqçiliyi deyil, qadını təcəssüm etdirir. Qəfəsdə olan quş onun uğursuz nikahından sonra Anjeluya istinad edə bilər,[16] lakin yazıçı Meri Ceyn Lapton deyir ki, " Maya Anjelunun "Bir qadının ürəyi" əsəri çox qüvvətlidir və qəfəsdə saxlanılmaq üçün özünü müəyyən edir".[17]
"Qadın qəlbi" əsərində Anjelua ilk dəfə özünü digər bir qadın afro-amerikan yazıçısı kimi təqdim edir. Onun digər əsərlərində Ceyms Veldon Conson, Paul Lorens Dunbar və Uilyam Şekspir kimi bir sıra kişi personajlar təsvir edilmişdir. Anjelu qeyd edib ki, o, Anna Spenser, Cessi Fauset, Nella Larsen və Zora Niel Herston kimi qadın yazıçıların heyranıdır. Anjelunun bu kitab üçün ad seçimi qaradərili qadın yazıçı kimi onun irsini tamamlayır.[18]
"Bir qadının ürəyi"-ndə təsvir edilən hadisələr 1957 və 1962-ci illəri əhatə edir və Anjelunun sonuncu bioqrafiyası olan "Oxumaq, yellənmək və Milad kimi şən olmaq" əsərinin son hadisələrini davam etdirir. Anjelu və onun yeniyetmə oğlu Qay Kaliforniya ştatının Sausalito şəhərində gəmi evdə məskunlaşdılar.[19] Bir il sonra onlar San-Fransiskonun yaxınlığında kirayə ev tutdular. Müğənni Billi Holidey Anjelu və oğlunu tez-tez ziyarət edirdi və Qay üçün Anjelunun qaradərili kişilərin asılaraq edam edilməsinə həsr olunan sevimli nəğməsi olan "Heyrətamiz meyvə" əsərini oxuyur. Holidey Anjeluya deyir ki, “Sən məşhur olacaqsan, lakin bu məşhurluğu mahnı oxuyaraq qazanmayacaqsan”.[20] 1959-cu ildə Anjelu və Qay Nyu-York şəhərinə köçdü. Yerdəyişmə Qay üçün çətin oldu və Anjelu onu küçə avaralarından qorumağa məcbur idi. Artıq gücə klublarında ifa etməklə qane olmayan Anjelu özünü aktrisalığa, yazıçılığa, siyasi təşkilatlara və öz oğluna həsr etdi. Onun roman yazıçısı olan dostu Con Killens Anjelunu Harlen Yazıçılar Təşkilatına dəvət etdi. O, burada daha sonralar müşaviri olan Ceyms Boldvin də daxil olmaqla bir sıra mühüm afro-amerika incəsənət nümayəndələri ilə görüşdü. Beləcə Anjelu ilk dəfə nəşr yazıçı oldu.[21]
Anjelu siyasi cəhətdən daha çox aktiv olmağa başlayır və afro-amerika nümayişləri və Afrikadakı etiraz mitinqlərində iştirak edir, o cümlədən Konqo Demokratik Respublikasının keçmiş baş naziri Patris Lumumbanın qətlindən sonra Birləşmiş Millətlər Təşkilatında davamlı etiraz aksiyaları keçirilməsinə kömək edərək insanları bu aksiyalara cəlb edir. O, Malkolm ilə rastlaşır və onun xarici görünüşü və cazibədarlığına vurulur. Martin Lüter Kinqin nitqini dinlədikdən sonra Anjelu və onun yoldaşı olan aktivist Qodfrey Kembric "Azadlıq uğrunda Kabare" adlı Kralın Cənubi Xristian Liderlik konfransı üçün uğurlu maliyyə toplama kampaniyasının yaradılmasından ilham alır. Kral onu Kralın Cənubi Xristian Liderlik konfransının Nyu-yorkdakı ofisinin koordinatoru adlandırır. O, Rosko Li Braun, Ceyms Örl Cons və Siseli Tayson ilə birlikdə Jan Qenetin "Qaralar" əsərini də ifa etmişdir.
1961-ci ildə Anjelu Cənubi Afrikalı azadlıq döyüşçüsü Vusumzi Meyk ilə görüşür. Anjelu ilə Meyk heç vaxt evlənməyiblər, lakin o, Qay və Meyk ilə birlikdə Meykin Londonda və Qahirədə sürgündə olduğu müddətdə həyat yoldaşı kimi onun yanında olur. Onların əlaqələri mədəni münaqişələrlə doludur; Meyk Anjeludan onun ənənəvi evdar xanımı olmasını tələb edir və Anjelu isə işləyən bir qadının azadlığı üçün çalışır. O, Meykin digər qadınlarla dostluq etdiyini və pul xərcləməkdə məsuliyyətsiz olduğunu öyrənir, bu zaman Anjelu da "Ərəb müşahidəçi" qəzetində köməkçi redaktor vəzifəsində fəaliyyət göstərir. Onların münasibətləri dostluq cəmiyyəti tərəfindən araşdırılır və Anjelu və Meyk sonunda bir-birindən ayrılırlar. Anjelu Liberiyada bir işdə çalışmağı qəbul edir və o Qay ilə birlikdə oğlunun qəbul olduğu kollecin yerləşdiyi Akkra şəhərinə səyahət edir. Qay bir avtomobil qəzasında ciddi şəkildə yaralandığı üçün Anjelu Qana Universitetində işə başlayır və oğlu sağalana kimi orada qalır. "Bir qadının ürəyi" Anjelunun Qay ilə kollecdən ayrılmağı ilə başa çatır və Anjelu özünü belə izah edir: "Nəhayət, mən sonunda toyuğun qovrulmuş döş ətinin hamısını özüm yeməyi bacardım".[22]
"Bilirəm qəfəsdəki quş niyə oxumur" əsəri ilə başlayaraq Anjelu janrın tənqid edilməsi, dəyişdirilməsi və genişləndirilməsi yolu ilə avtobioqrafiya əsərinin yazılma üsulunu dəyişdirir.[23] Anjelu 1989-cu ildə bir müsahibədə özünü ifadə etmək üçün autobioqrafik üslubda fəaliyyət göstərən yeganə ciddi yazıçı olduğunu demişdi,[24] lakin o, sadəcə bir adamın həyatını deyil, toplumun yaşayışını təsvir edirdi.[25] Mütəxəssis Selvin R. Kadjo Anjelunun bir qrup insan üçün danışan ictimai fiqur kimi afro-amerika avtobioqrafik ədəbiyyatının təmsilçisi olduğunu yazır.[26] Anejlunun dialoq, xarakterikləşdirmə və tematik inkişaf kimi bədii əsərdə istifadə etdiyi üsullar bəzi rəyçiləri onun kitablarını avtobioqrafik bədii əsər kimi təsnif etməyə yönəltmişdir.[27]
Anjelunun bütün tərcümələri avtobioqrafiyanın standart quruluşuna uyğundur: onlar tək bir müəllif tərəfindən yazılmışdır, onlar xronoloji ardıcıllıqla yazılmışdır və xarakter, texnika və mövzunun elementlərini özündə cəmləşdirir.[28] 1983-cü ildə ədəbi tənqidçi olan Klaudia Teyt ilə müsahibədə Anjelu öz kitablarını avtobioqrafiya adlandırdı[29] və qəbul etdi ki, Böyük Britaniyada və eləcə də, onun koloniyalarında Afrikanın əsarət altında olan qullarının ədəbiyyat janrı olan qul hekayələri ənənələrinə uyğun olaraq " 'Mən ' əvəzinə 'Biz ' işlədib birinci şəxsin təkində danışaraq birinci şəxsin cəmini ifadə etmişdir. Lapton "Bir qadının ürəyi" əsərini digər avtobioqrafiyalarla müqayisə edir və Anjelunun avtobioqrafik əsərlər seriyasında bu əsəri "özünün ilk dəfə olaraq uğurlu həyatı üçün bir model kimi təqdim edə biləcəyini" bildirir. Lakin Anjelunun "Bir qadının ürəyi" əsərini fərqli edən əsərdə təsvir etdiyi “özünə hörmət və sevgililəri və oğlu ilə olan münaqişələrdən narahat olan qadın kimi onun perspektivi" idi. Laptonun Anjelunun ən “introperspektib kitabı” adalndırdığı "Bir qadının ürəyi" əsərində təsvir olunan Anjelunun duyğuları kitabın quruluşunu formalaşdırır.
Anjelu başa düşürdü ki, əsərlərini daha ənənəvi "doğru danışanların" avtobioqrafiyalarından fərqləndirən cəhət kitablarındakı bədii aspektlərdir.[30] Onun yanaşması özünü-müdafiə məqsədləri üçün həqiqətin tez-tez senzura edildiyi ABŞ-da abolitionist dövründə yazılmış bir çox afro-amerikan avtobioqrafiyasının konvensiyalarına paraleldir.[31] Liman B. Haqen Anjelunu ənənəvi afro-amerikan avtobioqrafik yazarı hesab edir, lakin o, Anjelunun avtobioqrafik əsər formasının müstəsna təfsirini yaratdığını təkid edir.[32] 1998-ci ildə jurnalist Georg Plimpton ilə müsahibəsində Anjelu əsəri yazma mərhələsini və xatirələrini müzakirə edir.[33] O, öz hekayəsinin gücünü artırmaq üçün həqiqəti dəyişdirdiyini soruşduqda cavab verdi ki, “Bəzən mən bir hadisəni anlatamq üçün üç-dörd nəfəri təsvir edirdim, çünki bir şəxsin mahiyyəti yazılmaq üçün kifayət qədər güclü deyil”. Anjelu heç vaxt hekayələrində faktları dəyişdirdiyini etiraf etməmişdi. Haqen bildirir ki, “bəziləri hesab edə bilər ki, məlumatların önəmi Anjelunun əsərində açıq-aşkar təsvir edilmişdir və belə ki, Anjelu hadisələri və insanların təsvirlərini daha maraqlı etmək üçün bədii yazı aspektlərindən istifadə edir". Anjelunun uzunmüddətli redaktoru olan Robert Lumis oxucuya fərqli bir təsir göstərmək üçün faktlar sırasını dəyişdirərək hər hansı bir kitabını yenidən yaza biləcəyini söylədi.[34]
"Bir qadının ürəyi" əsəri Anjelunun əvvəlki kitablarına bənzəyir, çünki bir qadın və ya ananın dilindən rəvayət olunur, lakin bu zaman keçmiş kitablarında baş verən hadisələrə istinad edilir. Anjelu bir neçə avtobioqrafiya seriyası yazan bir yazıçı olmuşdur, Lapton onu "Amerikan tərcümeyi-halında üstün olmayan bir bədii quruluş" adlandırır. Anjelu müvəffəqiyyətlə əvvəlki əsərlərini təsvir edir və artıq araşdırdığı mövzulara istinad edir; məsələn, Anjelunun oğlunu təhdid edən şəbəkə liderini təhdid etməsi, Anjelunun təcavüzə uğradığı zaman yaşadıqları “Bilirəm qəfəsdəki quş niyə oxumur” əsərində yer almışdır. Lapton Anjelunun şiddətli davranışını "öz tarixini yenidən yazmaq üçün şüuraltında idarə edilən bir səy" adlandırır.[35]
Anjelu "Bir qadının ürəyi" əsərini qələmə alana kimi öz hekayəsini yaratmamışdır,[36] bu da əvvəlki kitablarından fərqli olaraq bədii konvensiyalardan daha çox asılıdır. Məsələn, bu əsərdə daha az informasiya və daha az dramatik epizod var. "Bir qadının ürəyi" Anjelunun ana kimi vəzifələri ilə bir ifaçı kimi müvəffəqiyyəti arasındakı ziddiyyətini həll etməsi səbəbiylə sələflərindən daha təsirlidir.
Anjelu qohumları və yaxınları ilə tanış olmaq üçün "Bir qadının ürəyi"-ndəki vinyetin istifadəsini artırır. Bu kitabın ən inkişaf etmiş vinyetlərindən ikisi Billi Holidey və Malkolm X ilə bağlıdır.[37] Vusumzi Meyk kimi onun yaxşı tanıdığı şəxslərin də vinyetləri də qarşılıqlı əlaqələrini və münasibətlərini təqdim edir. Haqen 1980-ci illərin əvvəllərində "səmimi söhbət kitabların satışı üçün uğurlu bir addımdır" desə də, Anjelu münasibətlərində monoqamiyanı, sadiqliyini və öhdəliyini dəyərləndirir.[38]
Bu əsər seriyasında ilk dəfə Anjelu, oğlunun qəzasını həm bu kitabın sonunda həm də sonrakı birinin başlanğıcı ilə izah edir: "Tanrının bütün uşaqlarının səyahət ayaqqabılarına ehtiyacı var", iki kitabı mərkəzləşdirən bir texnika onları bir-birinə bağlayır, onların arasında güclü, duygusal bir əlaqə yaradır və Anjelunun digər kitabları kimi müsbət bir qeyd ilə bitirmə modelini təkrarlayır.[39][40][41] Anjelu bu kitabı oğlunun azadlığa qovuşması və öz şəxsi həyatında yeni bir səhifə açılması ilə tamamlayır. Haqen yazır: "mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır”.[42]
Anjelunun digər avtobioqrafik əsərlərində olduğu kimi, "Bir qadının ürəyi"-ndə də əsas mövzu irqçiliklə bağlıdır. Kitab Anjelu və Qayın ağdərili insanlar ilə təcrübə kommunasında yaşamaqları ilə başlayır. Bu dövrdə qaralar və ağlar arasında hələ tam münasibət formalaşmamışdı. O, burada yaşamaqları ilə tam olaraq razı deyildi, Anjelu heç vaxt otaq yoldaşlarının adını kitabda qeyd etməmişdi, halbuki adlandırma bu günə qədər onun kitablarında əhəmiyyətli mövzu olmuşdur. Əksər hallarda Anjelu ağlarla yaxşı yola gedirdi, lakin o, təcrid olunmuş məhəllədə ev icarəyə götürmək üçün köməyə ehtiyac duyduqda ağdərili dostlarına müraciət edir və bu zaman qərəzli qalır.[43] Haqen Anjelunun ağları təsvir etməsini və bu kitabdakı nikbin bərabərliyə ümidlərini "optimist" adlandırır.[44] Anjelu ağdərililərin üstün mövqelərinə və irqçi haqsızlığa qarşı etirazlarını davam etdirir.[45]
Anjelu daha çox siyasətə meyl etmişdir və Qaraların şəxsiyyəti anlayışında yeni bir məna inkişaf etdirmişdir.[46] Hətta Anjelunun sənət aləmini tərk etməsi qərarı da siyasidir.[47] O, 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində özünü sosial və mədəni tarixçi, vətəndaş hüquqları və qaradərililərin ədəbi hərəkat rəhbəri kimi görürdü.[38][48] O, ABŞ və Afrikada qaradərili hərbçiyə vurularaq onunla əlaqəyə onunla əlaqəyə girir və aktivizmə daha çox sadiq olur. Bu müddətdə o, aktiv siyasi nümayişçiyə çevrilir, lakin özü də belə düşünmür. O, özünü diqqət mərkəzində saxlayır və vətəndaş hüquqları hərəkatının necə təsir etdiyini göstərmək üçün avtobioqrafik formadan istifadə edir. Haqenin sözlərinə görə, Anjelunun maddi yardımları və SCLC təşkilatçısı kimi vətəndaş hüquqlarına verdiyi töhfələr müvəffəqiyyətli olmuşdur və "olduqca təsirlidir".[49]
Səyahət bütövlükdə Amerika avtobioqrafiyasında ümumi mövzudur; Makperson yazır ki, bu bir xalq kimi amerikalılarda milli mifdir.[50] Bu həmçinin afro-amerikan avtobioqrafiyasında da geniş yayılmış bir haldır və onun kökləri qul hekayələrinə gedib çıxır.[50] "Bir qadının ürəyi" əsərində hadisələr əsas üç mərhələdə — San Fransisko buxtası ərazisi, Nyu-York və Misir — və iki köməkçi mərhələdə — London və Akkrada baş verir.[51]
Anjelunun digər kitablarında olduğu kimi, "Bir qadının ürəyi" əsərinin də quruluşu səyahətlərə əsaslanır. Anjelu əsərindəki səyahət motivlərinin önəmini vurğulamaq üçün öz əsərini Makpersonun dediyi kimi “ 1957-ci ildə Amerika Birləşmiş Ştatlarında əsas mövzu” fikrinə istinad ilə başlayır.[46] Nuhun gəmisinə istinad edərək Anjelu özünü Nuhun bir forması kimi təsvir edir və onun mənəviyyatını nümayiş etdirir. Anjelu Allen Qinzberq və Cek Keruakın 1951-ci ildə yazdıqları "Yol üzərində" romanına da əsərində istinad edir, belə ki, öz səyahəti və gələcək barəsindəki qeyri-müəyyənliyi ədəbi fiqurların səyahətləri ilə birləşdirir.[52] Baxmayaraq ki, Anjelu Afrikaya münasibət qurmaq üçün səyahət edirdi, həmçinin o, burada qitənin özünü ilə də əlaqə qururdu. Lapton bildirir ki, “Afrika onun böyümə yeri idi”.[53] Anjelunun Afrikada keçirdiyi vaxtlar onun öz Afrika köklərini daha yaxşı bilməsinə gətirib çıxarır, belə ki, o, burada öz ata-babalarının keçmişini araşdırır.[53] Anjelu öz kitabında bir çox yerlərə səyahət etsə də, qeyd edir ki, ən böyük səyahəti “öz daxili aləminə etdiyi səyahətdir”. [4]
Anjelunun "Oxumaq, yelləmək və Milad kimi şən olmaq" əsərindəki əsas rolu səhnə ifaçısı olmaq idi, lakin "Bir qadının ürəyi" əsərində o, özünüifadənin digər yollarından istifadə etməyə başladı — Afrika, Karib və afro-amerika şifahi yaradıcılığı ənənələrinin mahnıları və rəqsləri — yazıçı kimi. Anjelu bu qərarı siyası səbəblərə görə qəbul edir və o, bu zaman mülki insan hüquqları ilə daha çox məşğul olur və beləcə o, öz oğluna da kömək edə bilir.[36] Anjelunun avtobioqrafiya əsərləri içərisində ilk dəfə o, bir yazıçı kimi kimi düşünməyə başlayır və öz ədəbi inkişafını yenidən formalaşdırır.[54] Anjelu "Bir qadının ürəyi" əsərində ilk dəfə digər qaradərili qadın yazıçıları da əsərdə təsvir edir. O, uşaqlığından bəri bir neçə yazıçıdan təsirlənmişdi, amma bu əsərdə ilk dəfə qadın yazıçılara istinad edirdi. Bu nöqtəyə qədər o, özünü daha çox kişi yazıçıların üslubuna yaxın bilirdi; onun qadın yazıçılar ilə yeni bağlılığı sonralar onda mövcud oaln feminist hissləri ilə bağlı idi.[18]
Billi Holidey ilə qarşılaşmasından sonra Anjelunun özünü bir incəsənət adamı kimi tanıma konsepsiyası dəyişdi. Bu nöqtəyə qədər Anjelunun karyerası sənətlə müqayisə də daha çox şöhrətə bağlı idi; Als qeyd edir:[6] “Onun sənətini inkişaf etdirməsi əsas məqsədi deyildi”. Als həmçinin qeyd edir ki, Anjelunun həvəsini ortaya qoymaq yerinə öz karyerası ilə maşğul olması “Yalnız lazımı səviyyədə bacarıqlı olan və əbədi olaraq özünün kim olduğğunu dərk edən qadın”-ı göstərir.[6] Anjelu gənclik səhvlərinə baxmayaraq başqalarının razılığına və onu qəbul etməsinə ehtiyac duydu və Holideyin bunu qəbul edəcəyini hiss etdi. Holidey ona dedi ki, “Sən məşhur olacaqsan, lakin bu məşhurluğu mahnı oxuyaraq qazanmayacaqsan”.[6][55]
Anjelu eskizlər, mahnılar və qısa hekayələr yazmağa başladı və onun yazı bacarıqlarını inkişaf etdirmək üçün Nyu-York şəhərinə dəvət edən dostu Con Killensə işlərini göstərdi. O, Harlem Yazıçılar İttifaqına qoşuldu və Killens, Rosa Qay afro-amerika ədəbiyyatına möhtəşəm töhfələr verən Karib yazıçısı Paul Marşal kimi digər afro-amerikan yazıçılarından müsbət rəylər aldı. Anjelu öz bacarıqlarını inkişaf etdirmək üçün özünü bütünlükdə sənətinə həsr elədi və əsər yazma texnikasının aspektlərini anlamaq üçün səylərini çoxaltdı. Lapton yazır ki, “Oxucular bu kitabda 1990-cı illərin Maya Anjelusunu tapa bilərlər”.[56]
Maya Anjelunun əsərlərində əsas yer tutan analıq hissi "Bir qadının ürəyi" əsərində daha da mürəkkəb xarakter aldı.[56] Qayın yeniyetməlik dövrünü anasından uzaqda keçirməyinə baxmayaraq onlar bir-biri ilə çox yaxın idilər.[57] Uzun illərdən bəri mövcud olan analıq təcrübəsi və yazıçı, aktrisa və aktivist kimi müvəffəqiyyəti Anjeluya daha yetkinliklə və peşəkarlıqla ana və yazıçı kimi davranmağa imkan verir. Onun özünə güvənməsi şəxsiyyətinin böyük bir hissəsidir. Şəxsi həyatı və sənəti arasındakı qarşıdurma aradan qaldırılır və o, əvvəlki avtobioqrafiyasının sonunda yenidən heç vaxt ayrılmayacağına dair Qaya verdiyi sözü yerinə yetirir.[40][58] Lapton yazır ki, Anjelu uşağının qayğılarını öz ehtiyaclarından üstün tutaraq bu problemi həll edir.[3]
Lapton həmçinin Anjelunun kitablarında "məsuliyyətli ana mövzusu" kimi analıq hissinin vacib olduğunu yazır.[40] Anjelunun oğluna qayğı göstərmək öhdəliyi Qayı təhdid edən küçə şəbəkəsi lideri ilə qarşıdurmasında ortaya çıxır. Laptonun kitabda ən dramatik səhnə hesab etdiyi bu epizodda Anjelu güclü bir anaya çevrildi.[40][58] Anjelu artıq öz qadın gücünə heç bir şübhə etmir, lakin indi “güclü və təcavüzkar bir qaradərili anadır”. Anjelu Coan M. Brakstonun adlandırdığı kimi “qəzəbli ana”-ya çevrilir,[40] bu da qul hekayələrinin əksəriyyətində müşayiət olunan qaradərili anaların güc və fədakarlığını təmsil edir.[40] Lapton həmçinin yazır ki, Anjelu "Qəfəsdəki quş" əsərində mərkəzi fiqur olan nənəsinin reinkarnasiyasına çevrilir.[54]
"Bir qadının ürəyi" əsərinin sonunda Anjelu yalnızdır; məsələn, Qay maşın qəzası hadisəsindən qurtardıqdan sonra kollecə qayıdır. Kitabdakı son söz mənfi mənada işlədilən “özüm” sözüdür, bu söz Anjelunun yeni kəşf etdiyi müstəqilliyini və azadlığını təmsil edir. Anjelu həqiqi özünə çevrilir və artıq nə kiminsə arvadı, nə də anasıdır.[59] Alim Uallis Tinni bu anı “xəyali dəyişilmə” və “ümid və tamamlanma səhnəsi” adlandırır.[60] Uzun illər ərzində ilk dəfə Anjelu toyuğun döş ətini özü yalnız başına yeyə biləcək, bu hadisə onun kitablarındakı ən dəyərli anlardan biridir. Lapton bu düşüncəni "mükəmməl formalaşma" adlandırır.[61] Tinni deyir ki, "Bir qadının ürəyi"əsərinin "ağrını yalnız hissetməsi" kitabın başlığıcında istinad edilən poemaya geri dönür.[60]
Tənqidçilər "Bir qadının ürəyi" əsəri ilə bağlı müsbət rəylər bildirirlər və peşəkar keyfiyyətlərini yüksək qiymətləndirirlər.[62] Amerika Kitabxanaları Assosiasiyasının Choise jurnalı qeyd edir ki, baxmayaraq ki, "Qəfəsdəki quş" Anjelunun avtobioqrafiyaları arasında ən yaxşısı hesab olunur, “ondan sonra yazılan hər kitabı oxumağa və düşünməyə dəyər”.[63] Cenet Blandell yazır ki, kitab “həyəcanlıdır və geniş informasiya bazasına malikdir, buna görə də onu oxumağa dəyər”, lakin həmçinin kifayət qədər “söhbət və zarafatlarla” zəngindir. Haqen bu tənqidlərə cavab verərək qeyd edir ki, Anjelunun bütün kitabları mövzu və personajların xarakteri ilə əlaqəli epizodlardan ibarətdir.[62] Şiri Krut Anjelunun əsərlərinin epizodik xüsusiyyətlərini yüksək qiymətləndirir və onu “"gözəl şəkildə təsirlənməmiş hekayə danışma bacarıqları"-na görə yüksək qiymətləndirir.[64] Kadjo onu “Anjelunun avtobioqrafik ifadəsinin ən çox siyasi seqmenti" adlandırdı.[65]
1993-cü ildə, Anjelu Bill Klintonun inaqurasiya mərasimində “Səhərin nəbzində”adlı poemasını oxudu; növbəti həftə "Bir qadının ürəyi" əsəri daxil olmaqla onun əsərlərinin satışı 300-600 faiz arası artdı. Bantam Bukz nəşriyyat evi artan tələbi qarşılamaq üçün kitabların daha 400 000 nüsxəsini nəşr etdi. Həmin il Anjelunun hardkover kitablarını və poemasını nəşr edən Randan Houz qeyd etdi ki, onlar 1993-cü yanvar ayı ərzində bütün 1992-ci ildə satdıqlarından daha çox kitab satdılar və 1200 faiz artım vardı.[66] 1997-ci ildə Anjelunun dostu olan Oprah Vinfri "Bir qadının ürəyi" əsərini öz kitab klubunun seçilmiş əsəri kimi qeyd edərək onu bestseller etdi və kitabın nəşrindən 16 il sonra ümumi nəşr sayını 1 milyon nüsxəyə qədər qaldırdı.[1][67]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.