From Wikipedia, the free encyclopedia
Bataan döyüşü (taqal Labanan sa Bataan) – İkinci Dünya müharibəsi zamanı ABŞ və Filippin qüvvələri ilə Yaponiya arasında baş vermiş döyüş. Döyüş Yaponiyanın qələbəsi ilə nəticələnmişdir. Döyüşdən sonra Bataan ölüm yürüşü başlamışdır.
Bataan döyüşü | |||
---|---|---|---|
İkinci dünya müharibəsində Filippin hərəkatı | |||
| |||
Tarix | 7 yanvar–9 aprel 1942 | ||
Yeri | Bataan yarımadası, Luson, Filippin | ||
Nəticəsi | Yaponiyanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bataan Filippinin Luson adasında yerləşən yarımadadır. Bataan yarımadası Duqlas Makarturun İkinci Dünya müharibəsində Filippinin Yaponiyaya qarşı müdafiəsi planında vacib yer tutmuşdur. Onun ilkin planına əsasən ABŞ və Filippin qüvvələri Bataan yarımadasına çəkilməli və ABŞ-dən dəstək qüvvələr gələnə qədər müdafiə döyüşündə iştirak etməli idi.[1]
Lakin Makartur ABŞ-nin İkinci Dünya müharibəsinə daxil olmasından öncə planda dəyişiklik etmişdir. O, Filippin ordusunun səfərbərliyi və ABŞ-dən əlavə qüvvələr olmadan da Filippini müdafiə edə biləcəyinə inanmışdır.[1]
22 dekabr 1941-ci ildə Yaponiya general-leytenantı Homma Masaharunun başçılıq etdiyi 14-cü Ordunun Linqayen körfəzində quruya çıxmasından sonra Makarturun yeni planının işə yaramayacağı məlum olmuşdur. Yaponlar Manilanın şimalında və cənubundakı müdafiə xətlərini qısa müddət ərzində yarmış və Makarturu ilkin planına qayıtmasına məcbur etmişdirlər. Dekabrın sonunda Bataan yarımadasında 67.500 Filippin hərbi personalı və 12.500 ABŞ hərbi personalı, eləcə də, 26.000 mülki vətəndaş var idi. Qida tədarükünün qıtlığı səbəbilə hər bir əsgərin qida rasiyonu yarıya endirilmişdir. Qidasızlıq, dizenteriya və malyariya əsgərlər arasında geniş yayılmışdır.[2]
Bunlara baxmayaraq ABŞ və Filippin qüvvələri yaponlara qarşı möhkəm müdafiə təşkil edə bilmişdirlər. Onlar əsas müdafiə xəttini 1942-ci ilin yanvar ayının sonunda itirsələr də, ikinci müdafiə xətti yaponları fevralın ortasına qədər saxlamışdır. Bu müddət ərzində Yaponiya tərəfində 2700 əsgər ölmüş, 4000 əsgər yaralanmış və 13.000 əsgər xəstələnmişdir. Bu səbəbdən Homma müvəqqəti olaraq əlavə hücumları dayandırmalı olmuşdur. Makartur bu fürsətdən istifadə edərək sahildəki müdafiə nöqtələrinə dəstək göndərsə də, ABŞ-nin Bataana dəstək qüvvələri göndərməyəcəyi məlum olmuşdur.[2]
ABŞ prezidenti Franklin Delano Ruzveltun əmri ilə 11 mart 1942-ci ildə Makartur Filippini tərk etmiş və ABŞ–Filippin qüvvələrinin komandanlığını general-mayor Conatan Meyhyu Veynrayta həvalə etmişdir. Yaponlar isə dəstək qüvvələrin gəlişi sayəsində 3 aprel 1942-ci ildə müdafiə xəttini yarmağa nail olmuşdurlar. Makartur Veynrayta təslim olmamaq əmri versə də, ABŞ quru qoşunları komandanı və general-mayor Edvard Kinq vəziyyətin ümidsiz olduğu qənaətinə gəlmiş və 9 apreldə təslim olmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.