Bəni Nadir və ya Bəni Nəzir (ərəb. بَنُو ٱلنَّضِير, ivr. בני נצ'יר) — Ərəbistanın şimalında, VII əsrə qədər Mədinə vahəsində yaşamış yəhudi ərəb qəbiləsi. Onlar Uhudda qureyş qəbiləsi ilə döyüşdə məğlub olduqdan sonra islam peyğəmbəri Məhəmməd tərəfindən yaşadıqları ərazidən qovulmuşdular.[1] Qəbilə daha sonra qureyşilər ilə birlikdə Xəndək döyüşünü planlaşdırmışdı.[2] Onlar daha sonra Xeybər döyüşündə iştirak etmişdilər.[3]

Cəld faktlar Bəni Nadir بَنُو ٱلنَّضِير, בני נצ'יר, Etnik mənsubiyyət ...
Bəni Nadir
بَنُو ٱلنَّضِير, בני נצ'יר
Thumb
Məhəmmədin Bəni Nadirin təslimiyyətini qəbul etməsi
Etnik mənsubiyyətərəb
YerMədinə, Ərəbistan
Diniiudaizm
Bağla

Ərəb tarixçisi Səmaninin yazdığına görə, Bəni Nadir qəbiləsinin üzvləri Yəhudiyyədən Ərəbistana köçmüş yəhudi Nadirin nəslindəndir.[4] Ehtimal olunur ki, Nadir adı ivrit dilində Ha-Nazir adından götürülmüşdür. Ərəb tarixçisi İbn Həzmə görə, onlar bibliyadakı Harunun birbaşa nəsilləridir.[5]

İstinadlar

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.