From Wikipedia, the free encyclopedia
Ağ xardal (lat. Sinapis alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin xardal cinsinə aid bitki növü.
Ağ xardal | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Malvids Dəstə: Fəsilə: Cins: Növ: Ağ xardal |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağ xardal müxtəlif sahələrdə istifadə edilir. Ağ xardalın toxumlarının tərkibində 30-40% yüksək qidalı yarımquruyan (yod ədədi 92-122) yağ, 32% zülal, 0,1-1,1% efir yağı vardır. Ağ xardalın yağı qızılı-sarı rəngdə olmaqla yaxşı saxlanılır. Ağ xardal yağı ərzaq kimi, eyni zamanda marqarin istehsalında, çörəkbişirmə və qənnadı sənayesində istifadə edilir.
Tərkibindəki efir yağının miqdarına görə göy xardaldan geri qalır. Ağ xardal yağı çörək-peçenye, qənnadı konserv və s. sənaye sahələrində istifadə edilir. Ağ xardal jmıxı xüsusi işləmədən sonra heyvandarlıqda zülallı yem kimi istifadə olunur.
Bir çox rayonlarda ağ xardal yaşıl yem kimi istifadə edilir. Bu məqsədlə o qınları əmələ gələn dövrdə biçilir. Onu həm tək, həm də paxlalı bitkilərlə qarışıq səpirlər. Qısa vegetasiya müddətinə malik olduğu üçün ağ xardal kövşənlik və aralıq bitki kimi də istifadə oluna bilər. 100 kq yaşıl kütləsində 12 yem vahidi və 1,3 kq həzm olunan protein vardır. Rusiyanın şimal rayonlarında ağ xardaldan yaşıl gübrə kimi istifadə olunur. Ağ xardal həm də yaxşı bal verən bitkidir.
Ağ xardalın vətəni Aralıq dənizi ölkələri hesab olunur. Buradan o demək olar ki, Şimal yarım-kürəsinin bütün ölkələrinə ABŞ-yə, Yaponiyaya, Hindistana yayılmışdır. Hindistanda ağ xardal bağ bitkisi kimi becərilir. Ölkənin şimalında onun cavan yarpaqları qış fəslində tərəvəz kimi istifadə olunmaqla sənaye əhəmiyyəti daşımır. Qədim sanskrit dilində ağ xardal “isidici”, “cüzam aradan qaldırıcı” kimi tərcümə edilir.
Rusiyada ağ xardalı ilk dəfə XVIII əsrdə Aşağı Volqaboyunda mədəniləşdirməyə başlamışlar. Lakin, o burada çox yayılmamışdır. O, xüsusi çəkisinə görə göy xardaldan az yer tutur. Ağ xardal Rusiyanın Qeyri-qaratorpaq bölgələrində əsasən yem məqsədilə becərilir. Qısa müddət ərzində hektardan 20-30 ton yaşıl kütlə əmələ gətirir ki, o da heyvandarlıqda yem kimi və ya yaşıl gübrə kimi istifadə olunur. Orta toxum məhsuldarlığı 1,2-1,5 t/ha, yaşıl kütlə məhsuldarlığı isə 20 ton/ha - ya yaxındır.
3 növmüxtəlifliyi məlumdur[2]:
Ağ xardal gövdəsinin hündürlüyü 100-120 sm olan budaqlanan birillik ot bitkisidir. Budaqları bir-birindən kəskin şəkildə aralı və sərtdir. Yarpaqları lələkvari bölünəndir. Aşağıda yerləşən yarpaqları uzun saplaqlı, yuxarıdakılar isə qısa saplaqlıdır. Gövdə və yarpaqları qalxanvari cod tüklərlə örtülmüşdür. Hamaşçiçəkləri çoxsaylı salxım çiçək qrupunda toplanmışdır. Çiçəkləri açıq-sarı və yaxud ağ rəngdədir. Meyvəsi silindr şəklində yoğun, qabarıq, yastıdır.
Ağ xardal sarpet xardalına nisbətən soyuğa davamlıdır. Toxumları 1-2 °C-də cücərti verməyə başlayır. Cücərtiləri -6 °C-dək uzun müddət qaldıqda tələf olmur. Sarpet xardalına nisbətən quraqlığa az davamlı olub, torpağa az tələbkardır.
Toxumları vasitəsilə əkilib becərilir. Hər hektar sahəyə 15-18 kq toxum səpilir. Cərgələr arası eninə əkildikdə isə hər hektar sahəyə 10-12 kq toxum lazım gəlir. Aqrotexnikası sarpet xardalı kimidir.
Ağ xardalın qabıqları çatlamadığına görə kombaynla toplayırlar. Toxumları qəhvəyi sarı rəng alan dövrlərdə toplayırlar. Toplanmış toxumları daima havası dəyişilən anbarlara doldurub saxlayırlar. Hər hektar sahədən 1,5 ton toxum əldə edilir.
Ağ xardalın toxumlarının tərkibində sinalbin qlükozidi 16,5-38,5%-ə qədər piyli yağ aşkar edilmişdir. Yağı maye halında olub, tünd sarı rəngli xoş iyə, özünə məxsus acımtıl tama malikdir. Ağ xardaldan hazırlanan preparatlardan Türkiyədə, Venesuelada, Çində, Hindistanda və s. ölkələrdə skleroza, hipertoniya, qara ciyər və öd kisəsi, həzm pozuntularında, köpmə, revmatizm, ekzema və s. xəstəliklərin müalicəsində istifadə edilir.
Toxumlarından yeyinti məhsullarının uzun müddət xarab olmaması üçün qatqı kimi istifadə edilir. Toxumlarından hazırlanan yağından kulinariyada, yeyinti və kimya-əczaçılıq sənayesində istifadə edilir. Toxumlarından ədviyyə məhsulları hazırlanıb xörəklərin, konserv məhsullarının tərkibinə əlavə edirlər. Ağ xardalın toxumlarının tərkibində xoş iyə malik maddə tapılmadığından, tam kəskin və tünd olduğundan ən çox müalicə məqsədləri üçün istifadə edilir. Ağ xardaldan ən çox Şimali Afrika ölkələri və ABŞ-da istifadə еdilir. Bu ölkələrdə onun toxumlarından aşxana ədviyyələri hazırlanır. Bu ədviyyələrdən tərəvəz, göbələk məhsullarından hazırlanan xörəklərin, konsеrv, ət, balıq və salatların tərkibinə qatılır. Bir sıra ölkələrdə isə ağ xardalın cavan və yaşıl yarpaqlarından müxtəlif salat növlərinin, şorabaların tərkibinə qatılır. Ağ xardal yaxşı nеktar və yеm bitkisi hеsab еdilir. Hər hеktar ağ xardaldan çiçək açan dövrlərdə 50-90 kq bal əldə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.