From Wikipedia, the free encyclopedia
Aurelio Milani (it. Aurelio Milani; 14 may 1934[1] – 25 noyabr 2014[2][3], Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub.
Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb.
"Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub.
Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur. O "İnter"lə birlikdə İtaliya çempionluğu, Çempionlar Kubokunu və Qitələrarası Kubokunu qazanıb.
Futbolçu İtaliya millisində yeganə oyununu 10 may 1964-cü ildə İsveçrəyə qarşı keçirib.
Milani karyerasını 1967-ci ildə "Verbania" klubunda başa vurur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.