From Wikipedia, the free encyclopedia
Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti.
Atari SA | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İctimai |
Məhsulları |
|
Təsis tarixi | iyun 1983 |
Əvvəlki adı | Infogrames |
Baş qərargahın yeri | Paris, Fransa |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər | ▲ € 7.4 milyon |
Ümumi gəliri | ▲ € 20.6 milyon[1] |
Xalis mənfəəti | ▲ € 7.7 milyon |
Əməliyyat mənfəəti | ▲ € 20.0 milyon |
Struktur | |
Bölmələr |
|
Tərəfdaşlar | Atari, Inc. |
Rəhbərlik | |
Təsisçi | Bruno Bonnell |
Auditor | Ümumdünya |
atari.com |
Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş,[2] "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir.[3]
"Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.[4][5]
Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu.[5] Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır.[6]
"Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.