Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət.[6] 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
tanınmayan | |||||
Qondarma Dağlıq Qarabağ Respublikası | |||||
---|---|---|---|---|---|
erm. Արցախի Հանրապետություն[1] | |||||
|
|||||
Qondarma Dağlıq Qarabağ Respublikası himni | |||||
|
|||||
Paytaxt | Xankəndi | ||||
Rəsmi dilləri | |||||
Valyuta | Dağlıq Qarabağ dramı, Ermənistan dramı | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Prezident | |||||
• 1994-1997 | Robert Köçəryan (ilk) | ||||
• 2023-2023 | Samvel Şahramanyan (son) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir.
28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır.
Qondarma rejimin elanı
10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazisi kimi tanınmışdır.
İnzibati bölgü
Hal-hazırda "paytaxt" Xankəndi ilə yanaşı 2020-ci ilə qədər Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa bölgələrinə bölünmüşdür. Qondarma rejimin ən böyük şəhəri Xankəndidir.
Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində yerləşən inzibati bölgələr: 1.Ağdərə; 2.Əsgəran; 3.Xocavənd; 4.Hadrut; 5.Şuşa.
Xəritədə Xankəndi göstərilməmişdir.
Qondarma Dağlıq Qarabağ Respublikası[7] | Azərbaycan Respublikası | SSRİ dövründə | |||
---|---|---|---|---|---|
Mərzlər | Şəhər / Qəsəbə | Rayon | Şəhər / Qəsəbə | Dağlıq Qarabağ Muxtar Vilayətinin | |
1 | Əsgəran | Əsgəran (qəsəbə) | Xocalı | içində | |
2 | Hadrut | Hadrut (qəsəbə) | Cənubi Xocavənd | qismən içində | |
3 | Ağdərə | Ağdərə | qismən içində | ||
4 | Xocavənd | Xocavənd | Şimali Xocavənd, Ağdamın bir hissəsi | qismən içində | |
5 | Şuşa | Şuşa | Şuşa (rayon) | Şuşa | içində |
6 | Xankəndi | Xocalı | Xankəndi | içində |
Əhalisi
1988–1994-cü illər ərzində Qarabağda azərbaycanlı yerli əhaliyə qarşı davam edən etnik təmizləmə prosesi nəticəsində 2020-yə qədər rejimin nəzarətetdiyi ərazilərdə bir nəfər də azərbaycanlı yaşamırdı.[8] Bu da bu regionda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə prosesinin ən bariz sübutudur.
2001-ci ildə Qondarma rejimin hesabatlarına görə ölkə nüfuzunun 95 faizi erməni, digər etnik qruplar isə süryanilər, rumlar və kürdlərdir.[8] mart 2007-ci il tarixində yerli hakimiyyət əhalinin 138.000 olduğunu bildirmişdir. Ölkədə illik doğum sayının 2200–2300 aralarında olduğu, 1999-cu ilə görə təxminən 1500 nəfərlik artım olduğu elan edilmişdir.[9]
2021-ci ildə isə bu rəqəm 120 000 nəfər açıqlansa da bu say mübahisəlidir.[10]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Nəqliyyat
Separatçı qurum xaricdən maliyyə yardımları edilməsinə möhtac olduğu üçün onnu ərazisində uzun müddət ağır nəqliyyat problemi olmuşdur. Lakin xaricdə yaşayan ermənilərin fondu olan Hayastan All-Armenian Foundation nəqliyyat probleminin həlli üçün 25 milyon dollar yardım etmişdir. Bu vəsait hesabına Hadrut-Xankəndi-Əsgəran-Ağdərə avtomobil yolu çəkilmişdir. Bu yolun uzunluğu 169 kilometrdir.[11]Lakin 2020-ci ildə bu yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçmişdir.
Beynəlxalq arenada vəziyyəti
Qondarma Dağlıq Qarabağ Respublikası, onun yaradılmasında birbaşa iştirak edən və hal-hazırda rəhbərləri, Qarabağdakı separatçı hərəkatın vaxtilə öndə gedən şəxsləri olmasına baxmayaraq Ermənistan Respublikası daxil heç bir dövlət tərəfindən tanınmamışdır. BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimi yalnız onun özü kimi bəzi tanınmamış separatçı rejimlər tanımışdır.
Bütün bu torpaqlar dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Lakin bütün bunlara baxmayaraq dünya birliyi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və ərazisində qonşu dövlətin (Ermənistan Respublikası) iştirak ilə terrorçu rejimin yaradılmasına göz yumurdu. Buna baxmayaraq, Azərbaycan 2020-ci ildə bu işğala son qoyaraq torpaqlarının böyük əksəriyyətini azad etdi. Qalan hissəsinə isə müvəqqəti olaraq Rusiya Sülhməramlı Kontingenti yerləşdirildi. Amma buna baxmayaraq, bu ərazilərdə hələ də erməni terrorçuları var idi.
19–20 sentyabr 2023-cü il, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində, erməni terrorçuları "ağ bayraq" qaldıraraq Qarabağ ərazilərindən tam şəkildə tərksilah olmağa razı oldu.
28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. Ancaq Azərbaycan Silahlı Qüvvələri 4 oktyabr 2023-cü ildə Xankəndiyə girərək Bako Saakyan və Arayik Harutyunyan olmaq üzrə qondarma rejimin üst səvviyəli şəxsləri saxladı. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etti və ermənilər bölgədə hakimiyyətini itirdi.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.