Remove ads
From Wikipedia, the free encyclopedia
Samvel Sergeyi Şahramanyan (erm. Սամվել Սերգեյի Շահրամանյան; 1 dekabr 1978, Stepanakert) — Ermənistan siyasətçisi və dövlət xadimi, DQR-nin keçmiş dövlət naziri (31 avqust 2023 – 10 sentyabr 2023), başçısı (10 sentyabr 2023 — 4 oktyabr 2023). O, əvvəllər qondarma DQR-nin Milli Təhlükəsizlik Xidmətinin direktoru, [1] Ermənistan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olmuşdur. General-mayordur.[2]
Samvel Şahramanyan | |
---|---|
Samvel Sergeyoviç Şahramanyan erm. Սամվել Սերգեյի Շահրամանյան | |
10 sentyabr 2023 – 4 oktyabr 2023 | |
Əvvəlki | Arayik Harutyunyan Davit İşxanyan (s.i.) |
Sonrakı | vəzifə ləğv olunub |
31 avqust 2023 – 10 sentyabr 2023 | |
Əvvəlki | Qurgen Nersisyan |
Sonrakı | Artur Arutyunyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 dekabr 1978 (46 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 3 |
Rütbəsi | general-mayor |
Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olmuşdur, 1998-ci ildə Xankəndi Universitetinə keçmiş və 1999-cu ildə oranı bitirmişdir.[3]
Şahramanyan 1996–1999-cu illərdə Qarabağda silahlı dəstələrdə xidmət etmişdir. O, 1999–2008-ci illərdə Rusiyada xidmət etmişdir. Şahramanyan Rusiya tərəfindən silahlanan DQR-nin milli təhlükəsizlik xidmətinin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət etmişdir.[3]
29 may 2020-ci il tarixdə general-mayor olmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.