Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[1][2][…]13 fevral 1991[2][3][…], Düsseldorf[4][5]) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Arno Breker
ing. Arno Breker
Thumb
Arno Breker
Doğum tarixi
Doğum yeri Elberfeld, Almaniya İmperiyası
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Düsseldorf, Almaniya
Dəfn yeri
  • Şimal qəbiristanlığı (Düsseldorf)[d]
Milliyyəti Alman
Fəaliyyəti memar, heykəltaraş, siyasətçi, universitet müəllimi[d], qrafika ustası[d]
Partiyası
Tanınır Rəssam, heykəltaraş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir.

Fəaliyyəti

Thumb
Adolf Hitler, 1940-cı ildə., Albert Şpeer (solda) və Arno Breker (sağda) ilə.

1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur. 1938–45-ci illərdə Reyx dəftərxanası üçün monumental heykəl sifarişlərini yerinə yetirmiş, Berlindəki Zəfər tağının relyeflərini (hündürlüyü 10 m, uzunluğu 240 m; memar A. Şpeerlə birlikdə), nasist rəhbərlərinin, alman və fransız incəsənət xadimlərinin portretlərini, həmçinin mifoloji və dini mövzularda əsərlər (tunc, mərmər) işləmişdir. 1940-cı ildə Prussiya Rəssamlıq Akademiyasına üzv seçilmişdir; Berlin Rəssamlıq İnstitutunda (1937–45) dərs demişdir. 1945-ci ilədək olan əsərlərinin çox hissəsi itmişdir. İkinci Dünya müharibəsindən sonra dağılmış alman şəhərlərinin bərpasında memar kimi işləmişdir; 1960-cı il dən Parisdə yaşamışdır. 1976-cı ildən Olimpiya silsiləsi üzərində işləmiş, ideallaşdırılmış atlet obrazlarını yaratmışdır. Breker yaradıcılığında neoklassisizmneoromantizm təmayülləri birləşmişdir. 1985-ci ildə Kölndə Breker muzeyi açılmışdır.[6]

Evliliyi və ailəsi

Arno Breker iki dəfə evlənib. Onun ilk həyat yoldaşı Demetra Messala yunanıstanlı model idi. 1956-cı ildə bir avtomobil qəzasında ölmüşdü. 1958-ci ildə Karola Kluq ilə yenidən evləndi. Cerart (1959) və Karola (1962) adlı iki övladı var idi. Breker 1991-ci ildə ölümünə qədər Karola Kluq ilə yaşamışdı.[7]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.