Arğalı türbəsi

From Wikipedia, the free encyclopedia

Arğalı türbəsi
Remove ads

Arğalı türbəsiFüzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən XIII əsrə aid türbə.

Cəld faktlar Ölkə, Yerləşir ...
Remove ads

Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Remove ads

Haqqında

Arğalı türbəsi XIII əsrdə Füzuli rayonunun Əhmədalılar kəndinin yaxınlığında tikilib.[1] Türbənin yerləşdiyi yerdə vaxtilə Arğalı adlı kənd olduğu üçün belə adlanıb. Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması araşdırılmayıb.[2]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]

Remove ads

Memarlığı

Arğalı türbəsi düzən ərazidə inşa edilib. Memarlıq və konstruksiya baxımından planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq Arğalı türbəsini günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub.[4] Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib. Arğalı türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Məhz buna görə də türbə öz adını yerləşdiyi kəndə görə alıb. Türbənin memarlıq və konstruksiya həllini əsas götürən bəzi tədqiqatçılar onun tikilmə tarixini XIII əsrə aid edirlər.[5]

Remove ads

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads