From Wikipedia, the free encyclopedia
Apple TV — "Apple Inc." tərəfindən hazırlanmış və bazara çıxarılan rəqəmsal media pleyer və mikrokonsol. Bu, video və audio kimi qəbul edilmiş media məlumatlarını televizora və ya xarici displeyə göndərən kiçik bir şəbəkə cihazıdır. Onun media xidmətlərinə axın mediası, "TV Everywhere" əsaslı xidmətlər, lokal media mənbələri, idman jurnalistikası və yayımları daxildir.
Apple TV | |
---|---|
Tipi | kompüter platforması |
Tərtibatçı | Apple |
Yayımlanma tarixi | 2007 |
Sayt | apple.com/tv/ |
Vikianbarda əlaqəli mediafayllar |
İkinci nəsil və daha sonrakı modellər yalnız HDMI vasitəsilə təkmilləşdirilmiş dəqiqlikli və ya yüksək dəqiqlikli geniş ekranlı televizora qoşulduqda işləyir. Dördüncü nəsil modeldən bəri "Apple TV" əvvəlcədən quraşdırılmış çoxlu proqramlar ilə tvOS-də işləyir. 2019-cu ilin noyabr ayında "Apple TV+" və "Apple TV" tətbiqini alakart (kartla ödənişli televiziya) kimi buraxmışdır.
"Apple TV" inteqrasiya edilmiş idarəetmədən məhrumdur və yalnız "Apple Remote", "Siri Remote", iOS cihazı və ya bəzi üçüncü tərəf infraqırmızı pultları vasitəsilə uzaqdan idarə oluna bilər.
1993-cü ildə "Apple" ev-əyləncə sənayesinə daxil olmaq üçün "Macintosh TV"ni satışa çıxarmışdır. Qurğunun 14 düymlük CRT ekranı və TV tuner kartı var idi. Bu, kommersiya cəhətdən uğurlu alınmamışdı və 1994-cü ildə satışı dayandırılana qədər cəmi 10,000 ədəd satılmışdır.[1] Həmin il şirkət "Apple Interactive Television Box" hazırlanmışdır. Bu, "BT Group" və "Proximus Group" ilə əməkdaşlığın nəticəsində ərsəyə gətirilmişdi və heç vaxt ictimaiyyətə buraxılmamışdı.[1][2] "Apple TV"dən əvvəl "Apple"ın bu sahədə son böyük cəhdi 1990-cı illərdə "Apple Pippin" olmuşdu. Bu, ev oyun konsolu və şəbəkəyə qoşulmuş kompüter idi.[1][3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.