Şimali Amerika qəbilə qrupu From Wikipedia, the free encyclopedia
Apaçilər — Şimali Amerikada yaşayan hindu qəbiləsi.
Apaçilər və onlara qohum tayfa sayılan navaxlar Şimali Amerikanın bir sıra ərazilərində, Kanadanın cənub və şimal bölglərində indi özlərini demokratiyanın müəllifləri, insan haqlarının bariz müdafiəçiləri elan etmiş "Qoca qitə"nin sakinləri oralara ayaq basanadək əsrlər boyu yaşamışdılar. Hindu tayfaları haqqında təhqiqat aparanlar yazırlar ki, "yeni dünya"nın yerli əhalisinin həyat və düşüncə tərzi, məişətləri çox fərqli olsa da, sonucda ümumi keyfiyyətlərinə görə başqa planetdən gəlmiş kimi görünmürdülər. "Ağlar" (hindu tayfaları Avropadan gələnləri belə adlandırırdılar) onları ilk görərkən qəribə nəzərlərlə baxdıqları kimi "qırmızı dərililər" də (avropalılar da hindulara belə ad vermişdilər) elə eyni maraq və təəccüblə ]]qərb]]li qonaqları qarşılamışdılar. Bəzi təhqiqatçılar qeyd edir ki, ilk dəfə avropalıları görən qoca hindu] kahinlərdən biri belə deyibmiş: mənim tayfamı öldürəcək ağ dalğalar yaxındadır. Bəlkə də həmin vaxt kimsə söhbətin nədən getdiyini anlamamışdı, amma çox keçmədi ki, "Qoca qitə"dən gələnlər Amerikanın zəngin, münbit, ucsuz-bucaqsız torpaqları, sərvətləri üçün hindu tayfalarını kütləvi şəkildə qırmağa, ən yaxşı halda isə onları yaşamaq mümkün olmayan sərt iqlimli, susuz çöllərə köçürməyə başladılar. Hindu tayfaları isə müasir silahlarla silahlanmış "ağlar"a qarşı savaşdılar. Əliyalın, oxlarla, nizələrlə...
Avropalılar uzun illər Amerika qitəsində törətdiklərini gizlətməyə çalışsalar da bu mümkün olmadı. Hərçənd əndazəsi və dərəcəsi bilinməyən bu qətliamların gizlədiləcək bir yönü də qalmamışdı. Hər şey açıq-aşkar baş verirdi. Və "ağlar" daha çox inad göstərənləri, torpaqları, ocaqları, tayfalarının haqqı uğrunda dirənənləri amansızcasına qırırdılar. Hər kəsi, böyük hindu tayfalarını yer üzündən belə silmək istəyirdilər. Və əmin idilər ki, bunlardan ötrü cavab verməyəcəklər. Onları məhkəmələrə çəkmədilər, cəzalandırmadılar. Bütün torpaqlar da onların oldu. Amma "Oturmuş Öküz", "Qırmızı Bulud", Xuan Xose, Xeronimo, Manqas Koloradas... kimi hindu xalq qəhrəmanlarının yaranmasının, özlərinin isə insanlıqdan xaric əməllərinin tarixdə qalmasının qarşısını ala bilmədilər.
Tədqiqatçılar yazır ki, "ağlar"la qorxmadan döyüşən, onlara inanılmaz müqavimət göstərən hindu tayfalarından biri, bəlkə də ən güclüsü apaçilər idi. Kim idi onlar? Apaçilər özlərini əslində "N:::De", yaxud, "İnde" adlandırırdılar ki, bu da "adamlar" mənasını verirdi. "Apaç" adı isə hinduların zuni dilində "apaçu" sözündən götürülmüşdü ki, "düşmən" demək idi. Yəni uzaqdan gələnlərin düşməni. Apaçilər və navaxlar qohum tayfalar olduğu üçün hər ikisi eyni - atapasks dil qrupuna aid idilər.
Onlar ilk dəfə avropalılarla 1540-ci ildə qarşılaşmışdılar. Tədqiqatçılar qeyd edirlər ki, onların avropalılardan - xüsusən də ispanlardan öyrəndikləri ən gərəkli şey at minməkləri olmuşdur. Sonradan apaçilər at minməyə elə yiyələnmışlər ki, onlara bu bacarıqlarından ötrü yalnız qibtə etmək mümkündü. Hətta o zamanlar bir deyim də məşhurlaşmışdı: "yəhər üstündə oturmuş hindunu məğlub etmək çox çətindi". Apaçiləri Cənubi Amerikada ispan işğalçılığı dövründə öz müstəqilliklərini qorumağı bacarmış cəsur Çili araukanlarına bənzədirdilər.
"Ağlar" bu böyük materikdə torpaqları işğal etmək, sərvətlərə sahib olmaq üçün əksər hindu tayfaları ila döyüşməli olurdular. Proseslər qitənin dərinliklərinə doğru irəlilədikcə bu çarpışmalar daha qanlı xarakter daşımağa başlamışdı. "Ağlar "da mütəmadi olaraq Avropadan yeni-yeni qüvvələri okeanın bu tayına cəlb etmək zorunda qalmışdılar. Yerli xalqlar öldürülür, zorla ucqarlara köçürülürdü. Artıq bir sıra dövlətlərin də əsası qoyulmağa başlamışdı. Hindular üçün mübarizənin daha amansız, daha qanl dövrü də məhz bundan sonra başladı.
1846-1848-ci illərdəki müharibə Meksika üçün uğursuz alındığından onlar ölkənin şimal ərazilərini - Arizonanı, Nyu-Meksikanı və bir sıra məntəqələri Birləşmiş Ştatlara təslim etmək məcburiyyətində qaldılar. Bundan sonra Birləşmiş Ştatlar Şimali Amerikadakı yerli tayfaların dizə gətirilməsi üçün hərəkətə keçmiş, müəyyən müddətdən sonra onların bir çoxu ilə bunu bacarmışdılar. Həmin dövrlərdə əsasən Meksika-ABŞ sərhədinin hər iki tərəfindəki ərazilərdə yaşayan apaçiləri sındırmaqsa onlar üçün heç də asan olmadı. Hadisələrin gedişatına nəzər salsaq görmək olar ki, apaçilərə ilk ciddi təzyiqlər Meksika tərəfindən edilməyə başlamışdı.
Hindular cəsur Xuan Xosenin başçılığı altında silahlı mübarizəni gücləndirdilər. Heç bir hərbi akademiyanı oxumayan, heç bir nizami ordu təlimlərində iştirak etməyən bu xalq qəhrəmanı çox çəkmədi ki, canlı əfsanəyə çevrildi. Xuan Xose çox ağıllıca davranaraq hökumətin nizami əsgəri birlikləri ilə üz-üzə döyüşə girmir, bir neçə kiçik dəstələrə bölünərək qəfl və sürətli həmlələrlə onlara tutarlı zərbələr endirərək bir göz qırpında yoxa çəkilirdilər. Özü də belə amansız basqınlar hər zaman, hər yerdə baş verə bilərdi. Hətta apaçilər onların əsgəri düşərgələrinə yaxın yerlərədək gələ bilirdilər.
Hakimiyyət silahlı mübarizə ilə onların öhdəsindən gələ bilməyəcəyini anlayıb hiyləyə əl atmaq qərarına gəldi. Hökumət hər apaçi skalpına (başının dərisinə) görə mükafat verəcəyini elan etdi: hər kişi skalpına görə 100 dollar, qadın skalpına görə 50 dollar, uşaq skalpına görə 25 dollar vəd olunurdu. Amma bu azmış kimi hakimiyyət Şimali Amerikada tanınmış ovçu Consonla sövdələşməyə girərək onu da bu işə cəlb etməyi bacardı. Apaçilərlə yaxşı münasibətdə olan Conson hətta özünü Xuan Xosenin dostu kimi də tanıda bilmişdi.
Conson hiyləsini həyata keçirmək üçün apaçilərlə dost kimi görüşməkdən ötrü onların məskunlaşdığı məkana getdi. Bu zaman o özü ilə hinduların diqqətini çəkəcək müxtəlif cür hədiyyələr də aparmışdı ki, öz niyyətini daha rahat həyata keçirsin. Conson özü ilə hissələrə ayrılmış səhra topu da gətirib gizli bir yerdə quraşdırmış və onu hinduların toplaşacağı yerə tuşlamışdı. Ovçu təyin etdiyi yerdə hindularla görüşərkən onlara dost kimi hədiyyələr gətirdiyini söylədi. Sadəlövh hindular Consonun sözlərinə inanıb sevinc içərisində hədiyyələrə baxmağa cumdular. Bu zaman səhra topu atəşə başladı. Ardınca isə pusquda gözləyən silahlı əsgərlər də hücuma keçdilər. Hərbi rəhbər Xuan Xoseni isə Conson şəxsən özü güllələdi. Çünki onun öldürülməsi üçün böyük mükafat vəd olunmuşdu. Tədqiqatçılar qeyd edir ki, həmin qətliamda kimsəyə aman verilmədi. Nəticədə 400-dən çox apaçi qanına-qəltan edildi.
Amerikalılar bu hiyləgər sövdələşmə ilə apaçilərə sarsıdıcı zərbə vursalar da bunun əvəzini çox acı şəkildə ödəməli olmuşdular. Bu qanlı hadisə baş verən zamandan - 1855-ci ildən başlayaraq apaçilər təkcə Meksikaya qarşı deyil, eyni zamanda ABŞ-yə qarşı müharibəyə girişdilər. Öldürülmüş başçının yerinə ondan da igid, ondan da cəsur bir lider Manqas koloradas
keçdi. Onların "ağlar"a qarşı hücumları, zərbələri daha amansız xarakter aldı. Koloradasın Santa-Pita və Pinos-Altos şəhərlərinə hücumlarını Consonun qətiliamla nəticələnən xəyanətinə tutarlı cavab saymaq olar.
Lakin bununla belə Manqas Koloradas yaxşı anlayırdı ki, azsaylı apaçi tayfalarının ABŞ, Meksika kimi güclü düşmənləri qarşısında dura bilməsi üçün mütləq birlikdə hərəkət etmələri gərəkdir. Lakin bunu bacarmaq elə də asan məsələ deyildi. Yüzilliklər boyu tayfa adət-ənənələrinin daşlaşdığı, liderin yeganə söz sahibi olduğu ortamı təsəvvürə gətirdikdə birliyin yarana bilməsi qəti real görünmürdü. Bunu necə yaratmaq olardı ki?. Amma cəsur Manqas Koloradas çox çətin, mürəkkəb bu işin də çarəsini tapdı. Manqas Koloradas ailə ədət-ənənələrinə çox böyük hörmət olunduğu apaçi tayfalarının məhz bu xüsusiyyətindən istifadə etdi. Əvvəlki arvadlarının qızğın etirazına baxmayaraq özü Meksika ərazisində yaşayan apaçilərin böyük bir qolunun liderinin qızı ilə evləndi. Öz qızlarını isə qonşu tayfaların liderlərinə verdi. Sonuncu qızını navax tayfasının başçısı il' evləndirib əksər qəbilələri qohumluq bağları ilə bir araya gətirib bir ittifaq yaratdı. Hətta həmişə özünü kənarda saxlayan iri tayfalardan sayılan çirikaualılar da bu "ittifaqa" qoşuldu. İndi onlar bir-biri uğrunda döyüşməyə borclu idilər. Çünki hindular hörmət bəslədikləri şəxsləri, tayfaya aid olanları darda qoymağı özlərinə təhqir sayırdılar. Beləliklə, apaçilərin müqavimət hərəkatı böyük bir əraziyə - Meksikanın şimal əyalətlərinə, habelə Birləşmiş Ştatların Arizona, Nyu-Meksika və onlara yaxın bölgələrinə yayıldı.
Bundan sonra hinduların hücumları da kəskinləşdi, daha ciddi xarakter aldı. Gəlmələrin işi isə bir az da çətinləşdi. Çünki yerli şəraiti, hər bir cığırı, hər bir qayanı, gölü, təpəni... əzbər bilən hindular əsgərləri asanlıqla pusquya sala, onları qəfil yaxalaya bilirdilər. Bundan başqa, apaçilər çöl həyatına əsgərlərdən daha yaxşı uyğunlaşmış halda idilər.
Manqas Koloradas savadsız olsa da hərbi işlərdən çox yaxşı anlayırdı. Nə vaxt geri çəkilməyi, nə vaxt hücuma keçməyi, harada pusqu qurmağı, nə zaman döyüşdən yayınmağı... yüksək səviyyədə bacarırdı. Manqası düşmənə tanıtdıran elə ilk uğurlu əməliyyat oldu. Onda Nyu-Meksikada əsgəri birliklərin onlardan xəbər tuta biləcəkləri ərazidən keçərək kiçik bir gölün yaxınlığında düşərgə qurdular. O yerdə ki, bir neçə gün əvvəl, gecələrin birində 6-7 hindu gəlib orada səngər rolu oynaya biləcək xəndəklər qazmışdılar və üstünü otlarla, çırpılarla örtmüşdülər. Manqas apaçilərin böyük bir süvari dəstəsinə əmr vermişdi ki, axşam qaranlığından istifadə edib səssizcə yaxınlıqdakı təpəliklərin arxasında gizlənsinlər və döyüşə hazır olsunlar.
Kəşfiyyat əsgəri qarnizona xəbər verdi ki, 30-35 nəfərdən ibarət bir apaçi dəstəsi xeyli aralıda düşərgə salıb orada gecələməyə hazırlaşır. Ətrafdakı vəziyyət öyrəniləndən sonra 120 nəfərlik əsgəri bölük sübh tezdən onları məhv etmək üçün yola çıxdılar. Hindular yaxşı bilirdilər ki, əsgərlər gecə qaranlığı zamanı döyüşə girməkdən çəkinirlər. Sübh tezdən əsgərlərin apardıqları müşahidələr də onu anladırdı ki, apaçilər hər şeydən xəbərsizdi. Orada arxasında müdafiə oluna biləcəkləri bir-iki ağacın gövdəsindən başqa yuxulu hinduların heç yerə sığına bilməyəcəklərini güman edən əsgərlər qəfil hücumla onların hamısını öldürə biləcəklərinə inanırdılar. Ona görə də tərəddüd etmədən hücuma başladılar.
Belə bir həmləni onsuz da gözləyən, amma hər şeydən xəbərsiz kimi özlərini göstərən apaçilər bir göz qırpımında həmin səngərlərə girərək qarşılıq verdilər. Əsgərlərin atəşləri isə onlara ziyan vermirdi. Hökumət qoşunlarının ön sıraları ilk olaraq ciddi itkiyə məruz qaldı. Bu üzdən əsgərlər də həmin düzənlik ərazidə münasib yerlərdə mövqe seçib apaçiləri mühasirəyə almağa cəhd etdilər. Əslində bu ağlabatan bir strategiya idi. Çünki belə situasiyada arxalarında göl olan hinduların geri çəkilməyə, qaçmağa yolları qalmırdı və üstün sayda olan əsgərlər tərəfindən əvvəl-axır məhvə məhkum olacaqları daha gerçək görünürdü. Hətta bir qədər kənarda yerləşən hərbi düşərgədən əlavə qüvvələrin çağrılması da işi tezləşdirə bilərdi. Amma Koloradas bunların hamısını qabaqcadan hesablamışdı.
Hinduların səngərlərə girərək gözlənilməz əks-həmləsindən qəzəblənən, intiqam almağa can atan əsgərlərin arxa tərəfdəki təpələrin ardında pusquda gözləyən hindulardan xəbəri yoxdu. Və elə bu da həmin toqquşmanın müqəddəratını həll etdi. 100-ə yaxın apaçi qasırğa kimi, bağırtılar içərisində önlərindəki düşmənləri ilə vuruşmağa diqqətlərini cəmləmiş əsgərlərin üzərinə hücuma keçdilər. Bu gözlənilməz həmlədən özlərini itirən əsgərlər nə edəcəklərini, hara qaçacaqlarını, necə gizlənəcəklərini kəsdirə bilmirdilər. Bu qanlı döyüşdə 40-a yaxın əsgər öldürüldü, yerdə qalanlarından bir qismi yaralandı, kiçik bir qismi isə qaçıb çətinliklə də olsa, yaxalarını ölümdən qurtara bildilər. Amma bu əməliyyat uzun müddət hər iki tərəfdə müxtəlif söhbətlərin mövzusuna çevrildi. Hakimiyyət dairələri bu döyüşkən apaçiləri sındırmağın onlar üçün asan olmayacağını bir daha təsdiqlədilər.
Xuan Xose getmişdi, lakin yerinə ondan da bacarıqlısı gəlmişdi. Manqasın başçılıq etdiyi apaçi dəstələri "ağlar"ın bəlasına çevrilmişdilər. Ard-arda uğurlu zərbələr, hücumlar düşmən tərəfi karıxdırmışdı. Zaman keçdikcə isə qərblilərin verdiyi qurbanların sayı çoxalır, yaşadıqları itkilərin sanbalı böyüyürdü. Belə çıxırdı ki, Manqas da getsə, özü kimi bir digəri gələcəkdi. Ona görə döyüşməkdən çox yenə hiylə işlədilməliydi. Apaçi skalplarına görə mükafatların təqdimatı hələ qüvvədə olsa da bunlar "ağlar"üçün gözlənilən effekti vermirdi. Sadədil və məğrur olan hinduları məhv etməyin ən asan yolu onları aldatmaq, ya da döyüşməyi bacaran liderlərini öldürməklə köməksiz qoymaq idi. Lakin cəsur və ağıllı döyüşməyi bacaran Manqas Koloradasa əllərini çatdıra bilmirdilər. Onu məhv etmək üçün tutarlı bir hiylə düşünülüb tapılmalıydı.
Əslində hiylənin, xəyanətin min bir formasını bilən Qərb üçün bu işi planlaşdırmaq çox zaman almadı. Kaliforniyadan olan könüllü döyüşçülərin və ABŞ-nin həmin ştatdakı hərbi birliklərin komandanı, briqada generalı Cozef Rodman Vest Ştat rəhbərliyi adından sülh danışıqları üçün təkliflər səsləndirilməyə başladı. Çağırışlarda bildirilirdi ki, neytral bir yerdə görüşüb hər iki tərəfdən sülhün şərtləri götür-qoy edilməli, öhdəlik götürülməliydi. Və xəbər göndərilmişdi ki, bu, sülh danışıqları olduğu üçün tərəflər görüş yerinə silahsız gəlməlidi. "Ağlar" apaçilərin məğrurluğuna arxayın olduqları üçün həmin şərtin asanlıqla qəbul ediləcəyinə inanırdılar. Və hadisələrin gedişatı göstərdi ki, heç də səhv etməyiblər. Cəsur Manqas Koloradas görüş yerinə tək və silahsız gəldi. O, ağlına da gətirmirdi ki, danışıqlara gələn silahsız elçiyə hücum edilə bilər. Tədqiqatçılar yazır ki, Vestin əsgərləri hər tərəfdən görüş yerinə ağ bayraqla gələn Manqasın üzərinə atılıb onu yerə yıxdılar və əl-qolunu bağladılar. Ardınca isə tüfəng süngüləri ilə bir neçə yerindən ölümcül yaraladılar. Bununla da ürəkləri soyumadığı üçün yaxın məsafədən güllə ilə vurdular. Apaçilərin qəhrəman başçısı beləcə oldürüldü. Baş verənlər əsl dəhşət idi. Bu həm də yüksək çinli Cozef Vestin general mundirini təhqirə məruz qoyduğu bir an idi. Bunlar 1863-cü ilin yanvarında baş verdi...
Koloradas öldürüləndən sonra apaçilər içərisində igidliyi ilə ad çıxarmış döyüşçü-Koçis dəstəyə liderlik etməyə başladı. Bu dəfəki mərhələ təxminən 8 il çəkdi. Və nəhayət 1871-ci ildə tərəflər arasında sülh sazişinin bağlanması ilə sonuclandı. Lakin bu heç də son deyildi. Çünki "ağlar"ın xəyanəti, daha çox sərvət, torpaq ələ keçirmək istəkləri bitmirdi. Onlar çox asanlıqla razılaşmanı pozurdular. Fürsət düşdüyü anda apaçi qəbilələrini qırır, əsir aldıqları hinduları Latın Amerikasına daşıyır, qul kimi satırdılar. Bu, əslində insanlıq qarşısında soyqırım aktından da ağır cinayətlər idi. Bir müddətdən sonra isə "ağlar" ümumiyyətlə bütün qaydaları, bütün prinsipləri ayaqları altına alaraq qəti addımlar atmağa girişdi. Ərazidə yerləşən ABŞ qoşunlarının yeni komandanı general Kruk açıq bir əmr imzaladı: "bütün apaçilər sürgünə göndərilsin!"... Bunun adının işğalçılıqdan da ötə olduğuna qəti əminəm. Çünki işğal edilən ərazilərdən yerli xalqları çıxararaq yaşanması mümkün olmayan sərt, heç nə bitməyən torpaqlara sürgün etməyin adı yəqin ki, hələ tapılmayıb. Amma uzaqdan gələnlər - "ağlar" bunlara da imzalarını atdılar...
Apaçilərin, ümumiyyətlə hindu tayfalarının soyqırımı, sürgünü fasiləsiz davam etdirilirdi. Yerli xalqlar generala ad da vermişdilər. Hamı Kruku "Boz canavar " adlandırırdı. Əlbəttə, qərblilər bütün bu prosesləri öz mənafelərinə uyğun sənədləşdirmək istəyirdilər, törətdikləri əməlləri tamam fərqli şəkildə təqdim etməyə çalışırdılar, lakin tarix öz bildiklərini qeydiyyata alırdı.
Koçis uzun müddətli silahlı mübarizədən sonra sülh sazişi imzaladı, xalqın köçməsi ilə razılaşdı. Amma "ağlar" sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmirdilər. Onlar apaçiləri göstərilən ərazilərə deyil, başqa bir yerə - Arizona ştatında ucsuz-bucaqsız San Karlos səhrasına göndərdilər. Və məqsədləri də bu idi ki, hindular bu ərazilərdə aclıqdan qırılsınlar.
Həmin səbəbdən də müvəqqəti sülhdən sonra Koçis davasını yenilədi. Lakin o dövrlərin mübarizəsini heç də tək onun adı ilə bağlamaq doğru deyil. Əslində ötən bu illər ərzində o, yaşlaşmışdı və döyüş meydanında onu əvəzləyə biləcək cəsur döyüşçülər medydana çıxmışdı. Və o cəsur döyüşçülər ləyaqətlə babalarının işini davam etdirməyə başladılar. 1877-ci ildə Viktorio adlı rəhbərin başçılığı altında apaçilərin yeni dəstələsi həmin köç ərazilərini tərk edərək silahlı mübarizəni təzələdilər. Və yeri gəlmişkən onu da deyim, bu həmin dövrlər idi ki, artıq hökumət general Kruku başqa birisi ilə əvəzləmişdi.
Viktorionun da taleyi özündən əvvəlkilərdən fərqlənmədi, amma hindu tarixində onun da adı qəhrəmanlar sırasında çəkilir. Ümumiyyətlə, bu sırada onlarla igid apaçinin adını sadalamaq olar ki, onlar avropalıların insanlıqdan kənar hərəkətlərinin qarşında sədd olmaq üçün həyatlarını vermişdilər...
Döyüşlərin birində öldürülən Viktoriodan sonra bəlkə də avropalılar artıq müqavimətin əvvəlki kimi sərt, genişmiqyaslı olacağına inanmamışdılar. Çünki onların qənaətinə görə, hər yerdə öldürülən, sərt həyat şəraitindən yorulan, mübarizdəki çətinliklərdən usanan apaçilər artıq itaətkarlığı qəbul etməyə başlayacaqdılar. Amma hadisələrin gedişatı göstərdi ki, onların qənaətləri kökündən səhvdir. Sonradan onun yaxın köməkçisi Nana dəstəsinin başına keçdi. Cəsurluğundan, yüksək döyüş bacarığından başqa Viktoriodan öz sərt, çılğın, qətiyyətli xarakteri ilə seçilən Nana demək olar ki, "ağlar"ın əsl cəzasına çevirildi. Onun təşkil etdiyi ildırımsürətli, silahlı reydləri hökumət qoşunlarını çaşbaş salırdı. Bir ərazidə əsgərlərə qarşı gözlənilməz basqın düzənləyən Nana qısa müddət ərzində, inanılmaz sürətlə yerini dəyişərək başqa bir əməliyyat keçirir, ərzaq anbarlarını, silah-sursat arabalarını yaxalayırdı. Belə cəsur başçının igidliyi neçə-neçə qəhrəmanın yaranmasında da böyük rol oynadı. Artıq hərbçilər hansı mübarizə yolunu seçəcəklərini belə şaşırmışdılar. Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Nananın hərbi işi mükəmməl bilməsi həm də onun ələkeçməzliyinin qarantına çevirilmişdi. Bir faktı - onun 80 yaşadək mübarizə apardığını nəzərə alsaq bunun nə qədər gerçək olduğunu özümüz üçün də təsdiləyə bilərik.
1881-ci ildə San-Karlosdan daha bir apaçi dəstəsi qaçmağa nail oldu. Həmin dəstənin başında Qoyatlay adlı apaçi dururdu ki, amerika bədii ədəbiyyatında ona Xeronimo adı verilmişdi. Sürgündən canlarını qurtara bilən xedyli sayda apaçi sərhəddi keşərək Meksika ərazisinə adladılar və Serra-Madre dağlarına qalxaraq orada "məskunlaşdılar". Bundan sonra onların ABŞ-nin cənubi-qərbi məntəqələrinə hərbi reydləri başladı. Nəticədə apaçilərin aramsız hücumları "ağlar"ın həmin ərazilərdə duruş gətirə bilmələrini əngəllədi və hər kəs başqa məntəqələr köçdü.
Gəlmələr üçün bu çox ciddi siqnal idi. Faktlar sübut edir ki, hakimiyyət də Xeronimonun başçılıq etdiyi apaçilərdən ciddi şəkildə ehtiyat etməyə başlayıblar. Məhz bu zaman hakimiyyət təkrar general Kruku xatırladı və ona yenidən səlahiyyətlər verildi. İş başına gələn general ilk zamanlar sürgün yerlərində apaçilərin şəraitini yaxşılaşdırmaqla vəziyyəti düzəldə, hinduların qəzəbini azalda biləcəyini düşündü, bunun üçün bir sıra addımlar da atdı. Amma torpaqlarını, yaşayış yerlərini, azadlıqlarını itirmiş apaçiləri belə cılız güzəştlərlə sakitləşdirmək mümükün deyildi.
Bir müddətdən sonnra bunun heç bir nətəcə verməyəcəyini görən Kruk 5 min say-seçmə əsgərlə və meksikalıların bir neçə polkuyla apaçilərə dərs vermək üçün Meksikada Serra-Madreyə doğru hərəkə keçdi. Onun əmrində olan böyük ordu - əlbəttə sayları yüzə belə çatmayan apaçi dəstəsi ilə müqayisədə gələn silahlı qüvvələri bir ordu adlandırmaq heç də səhv hesab edilməməlidi - Xeronimonun düşərgə saldığı yerlərə çatanda hər kəs apaçilərin axırının çatdığına əmin idi. Heç general da buna qəti şübhə etmirdi. Amma ağıllı Xeronimonun başçılığı altında cəmlənən cəsur apaçilər ən müxtəlif formalarda, ən inanılmaz yerlərdə nizami ordu sıralarının üzərinə hücumlar düzənləyərək onlara amansız zərbələr endirirdilər.
Serra-Madredə gedən bu toqquşmalar generalın hərbi karyerasına ciddi zərbələr vurdu. Çünki həm silahlanmasına, həm sursatlarla təminatına, həm də cayca çox böyük üstünlüklərə malik nizami ordu nəinki uğur qazana bilmədi, hətta böyük itkilərə məruz qaldı. Bu vuruşmalar zamanı apaçilər cəmi 9 döyüşçü itirsələr də, təpədən dırnağa silahlanmış ordunun mindən çox əsgəri məhv edildi. Bundan sonra hinduları tora salmaq üçün bir neçə danışıq prosesi başladılsa da, nəticəsi əvvəlki tək olmadı. Bu dəfə hakimiyyət general Milzzin komandanlığı altında yeni bir qoşun göndərdi. Uzun zaman "qaçdı-tutdu" xarakterli toqquşmalar nizami ordunu sözün əsl mənasında əldən salmışdı. Kruk kimi Milzz də çoxlu sayda itkilər verirdi, lakin Xeronimo və onun cəsur döyüşçülərinin axırına çıxmaq mümkün olmadı.
Apaçilərin döyüşkənliyinə, igidliyinə, mübarizə əzminə baxmayaraq onlar "qoca qitə"nin inadına və texniki üstünlüyünə qalib gələ bilmədilər. Avropalılar başqa hindu tayfaları kimi apaçilərin də torpaqlarını əlindən alıb çoxlarını öldürdü, yerdə qalanlarını sürgünə göndərdilər. Məğrur apaçilər isə yadellilərə qarşı apardıqları müharibələrlə adlarını gerçək tarixə yazdılar. Rejissorlar hindu tayfalarının torpaq uğrunda gözlərini qırpmadan bu qeyri-bərabər müharibədə ölümə getdikləri haqqında filmlər çəkdilər, yazarlar əsərlər yaratdılar. Və bu gün hər bir tərəf layiq olduğu adla çağırılır... Axi tarixin öz yaddaşı, öz dəsti-xətti var...
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.