Remove ads
Sovet və rus opera müğənnisi, pedaqoq From Wikipedia, the free encyclopedia
Antonina Vasilyevna Nejdanova (16 iyun 1873 (Yulian təqvimi: 4 iyun)[1][2] – 26 iyun 1950) — sovet və rus opera müğənnisi (lirik-koloratura soprano), pedaqoq. SSRİ xalq artisti (1936). Birinci dərəcəli Stalin mükafatı laureatı (1943). Sənətşünaslıq elmləri doktoru (1944).
Antonina Nejdanova | |
---|---|
rus. Антонина Васильевна Нежданова | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Krivaya Balka, Odessa yaxınlığı, Odessa qəzası, Xerson quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | Novodeviçye qəbiristanlığı, Moskva |
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
kamera müğənnisi opera müğənnisi pedaqoq |
Janr | klassik musiqi |
Səs tembri | soprano |
Təhsili | |
Elmi dərəcəsi | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Antonina Nejdanova, 4 (16) iyun 1873-cü il tarixində (digər mənbələrdə 17 (29) iyul 1873-cü il) Ukraynanın Odessa şəhəri yaxınlığındakı Krivaya Balka kəndində anadan olmuşdur.[3] Onun valideynləri, kənd müəllimləri idi. Uşaqlıqda kilsə xorunda ifa etmişdi. 1883—1891-ci illərdə, Odessa Mariinski Gimnaziyasında təhsil almışdır (indiki Antonina Nejdanova adına Odessa Milli Musiqi Akademiyası). O, 1899-cu ildə Moskva Dövlət Konservatoriyasına daxil olmuşdur. Konservatoriyada Umberto Mazettinin sinfini bitirdikdən sonra qısa müddət ərzində aparıcı soprano olduğu Böyük Teatra qoşulmuşdur. O, tez-tez Sankt-Peterburqdakı Mariinski Teatrında, eləcə də Kiyevdə və Odessada oxuyurdu. Paris, Antonina Nejdanovanın səsini 1912-ci ildə dahi tenor Enriko Karuzo və onun bariton həmkarı Titta Ruffo ilə birlikdə səhnəyə çıxanda eşitmişdir. Belə ki, o Cüzeppe Verdinin "Riqoletto" operasında Cildanın partiyasını ifa etmişdi.
Nejdanova, Sergey Kusevitskinin dirijorluğu ilə soprano və orkestr üzrə tərtibatın ilk ifaçısı idi.[4] O, çoxlu sayda opera rolu yaratmışdır. Məsələn: Lyudmila ("Ruslan və Lyudmila" Mixail Qlinka), Tatyana ("Yevgeni Onegin" Pyotr Çaykovski), Rozina ("Sevilya bərbəri" Coakkino Rossini), Lakme (Leo Delibin eyniadlı operası), Snequroçka, Volkova ("Sadko" Nikolay Rimski-Korsakov), Şamaxı çariçası ("Qızıl xoruz" Nikolay Rimski-Korsakov) və s. Mixail Qlinkanın "Çar üçün həyat" operasında Antonida və Nikolay Rimski-Korsakovun "Çar gəlini" operasında isə Marfa obrazları ona böyük şöhrət gətirmişdir. Opera rollarından əlavə, Nejdanova Nikolay Qolovanov ilə eyni ansamblda kamera vokal əsərlərini də ifa etmişdir. Onun geniş repertuarında rus, ukrayna və belarus xalqlarının mahnıları üstünlük təşkil edirdi. 1917-ci ildə baş vermiş Rusiya inqilabından sonra öz doğma ölkələrini tərk edərək Qərbə mühacirət edən opera müğənnilərindən fərqli olaraq, Böyük Teatrda qalmışdı. 1936-cı ildə, o Moskvada Böyük Teatrın opera studiyasında, Konstantin Stanislavski adına Opera studiyasında pedaqoji fəaliyyətə başlamış və 1943-cü ildə Moskva Dövlət Konservatoriyasında professor təyin olunmuşdur. O, konservatoriyada vəfatına qədər fəaliyyət göstərmişdir.
O, dirijor Nikolay Qolovanov ilə evli olmuşdur.
Nejdanova, səsinin gözəlliyini, elastikliyini və texnikasının üstünlüyünü göstərən çoxlu sayda səsyazmalar hazırlamışdır. O, opera tarixçiləri və tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı sopranolarından biri hesab edilir.
Antonina Nejdanova, 26 iyun 1950-ci il tarixində vəfat etmişdir. O, Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.