Mantuan hersoqunun sarayında bal. Hersoqun Çeprano qrafinzasına nəvaziş göstərməsi onun ərində qısqanclıq yaradır. Təlxək isə Çeprano qrafını lağa qoyaraq, hersoqa elə bu gecə gözəl qrafinyanı oğurlamağı məsləhət görür. Acıqlı Çeorano qrafı Riqolettodan əvəz çıxarmağı özünə söz verir. balın nəşəsi qraf Monteronenin gəlişi ilə pozulur. Monterone qrafı hersoqdan qızını qaytarmağı tələb edir. Təlxək Monterone qrafına istehza edir. Hersoq isə qrafı həbs etdirir. Monterone qrafı hersoqu və təlxək Riqolettanı nəhlətləyir. Monterone qrafının nəhləti təlxəyə rahatlıq vermir. Gecədən keçmiş evinə qayıdan təlxək muzdlu qatilə rast gəlir. Təlxək bundan qorxaraq, sevimli qızı Cilda üçün bərk narahat olur. Hersoqun əməllərinə bələd olan təlxək, qızına evdən bayıra çıxmamağı tapşırır. Bir dəfə kilsədən çıxan Cilda yaraşıqlı bir oğlana rast gəlir və ona valeh olur. Bu gənc tələbə qiyafəti geymiş hersoqun özüdür. Vurulmuş qız arzular qanadında uçur.
Bu arada isə hersoqun saray adamları Riqolettonun evində axtarış aparırlar. Onlar belə hesab edirlər ki, Cilda təlxəyin məşuqəsidir və onu oğurlamaq itəyirlər. Evə qayıdan Riqoletta qızının oğurlandığını görür. Hersoq sarayına üz tutan təlxək qızının qaytarılmasını tələb edir. Hersoqun yataq otağından çıxan qızını görən Riqoletta ləkələnmiş namusunun qisasını almağa söz verir. Qızı ona yalvararaq hersoqun günahından keçməyi xahiş edir.
Çay kənarındakı Sparafuçilenin pritonu. Hersoq bura ehtirasını söndürməyə gəlir və muzdlu qatilin bacısı, gözəl Maddalena ilə əylənir. Riqoletta qatilə hersoqu öldürməsini sifariş edir. Maddalena qardaşını bu işdən vaz keçməsini tələb eir. Sparafuçile şərt qoyur ki, içəri birinci kim daxil olarsa onu da öldürəcəkdir. Bu şərti eşidən Cilda hersoqu sevdiyi üçün və muzdlu qatildən qorumaq məqsədilə içəri daxil olur. Qayıdan Riqoletta qatilin cəsəd olan kisəni çaya atmaq istəyərkən haqlayır. Təlxək sevinir ki, nəhayət qisasını almışdır və cəsəd kisəsini çaya atmağa hazırlaşır ki, bu an o, hersoqun şən mahnisını: it. “La donna è mobile” (“Qadınlar əbədi deyil”) eşidir, dərhal kisəni yırtaraq içində qızı Cildanın cəsədinin olduğunu görür. Kədərdən hayqıraraq: “Ah! Bu imiş qocanın (Monterone qrafının) nəhləti!” ölür.
it. “La donna è mobile” (“Qadınlar əbədi deyil”)
(italyanca)
La donna è mobile
Qual piuma al vento,
Muta daccento — e di pensiero.
Sempre un amabile,
Leggiadro viso,
In pianto o in riso, — è menzognero.
Ritornello
La donna è mobil
qual piuma al vento
Muta daccento e di pensier!
e di pensier!
e di pensier!
È sempre misero
Chi a lei s'affida,
Chi le confida — mal cauto il cuore!
Pur mai non sentesi
Felice appieno
Chi su quel seno — non liba amore!
Ritornello
La donna è mobil
qual piuma al vento,
Muta daccento e di pensier!
e di pensier!
e di pensier!
|
(azərbaycanca, hərfi tərcümə)
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Davranış və fikirləri
Həmişə şirin,
Həmişə gözəl üzü
İstər kədərli, istər sevincli - yalançıdır.
Nəqərat
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Dəyişir davranış və fikirləri
Və fikirləri!
Və fikirləri!
Həmişə bədbəxtdir,
Kim ki, ona inanır,
Kim ki, ona güvənir - ürəyi ehtiyatsızdır!
Hər halda heç vaxt dadmaz
Əsl xoşbəxtliyi,
Kim ki, bu sinədə dadmaz sevgini!
Nəqərat
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Dəyişir davranış və fikirləri
Və fikirləri!
Və fikirləri! |