From Wikipedia, the free encyclopedia
Angela Merkel (alm. Angela Dorothea Merkel; 17 iyul 1954[4][5][…], Eymsbüttel[d], Hamburq, Qərbi Almaniya[6]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır[14].
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Angela Merkel | |
---|---|
alm. Angela Merkel[1][2][…] | |
22 noyabr 2005 – 8 dekabr 2021 | |
Əvvəlki | Gerhard Şröder |
Sonrakı | Olaf Scholz |
Almaniya Bundestaqının üzvü[d] | |
20 dekabr 1990 – 10 noyabr 1994 | |
Almaniya Bundestaqının üzvü[d] | |
10 noyabr 1994 – 26 oktyabr 1998 | |
Almaniya Bundestaqının üzvü[d] | |
26 oktyabr 1998 – 17 oktyabr 2002 | |
Almaniya Bundestaqının üzvü[d] | |
17 oktyabr 2002 – 18 oktyabr 2005 | |
Almaniya Bundestaqının üzvü[d] | |
18 oktyabr 2005 – 27 oktyabr 2009 | |
Almaniya Bundestaqının üzvü[d] | |
27 oktyabr 2009 – 22 oktyabr 2013 | |
Almaniya Bundestaqının üzvü[d] | |
Vəzifədədir | |
22 oktyabr 2013-cü ildən | |
XDİ-nin baş katibi[d] | |
7 noyabr 1998 – 10 aprel 2000 | |
Əvvəlki | Peter Hintze[d] |
Sonrakı | Ruprecht Polenz[d] |
Almaniya Bundestaqının üzvü[d] | |
24 oktyabr 2017 – 26 oktyabr 2021 | |
Xristian Demokrat İttifaqının lideri[d] | |
10 aprel 2000 – 7 dekabr 2018 | |
Əvvəlki | Wolfgang Schäuble[d] |
Sonrakı | Annegret Kramp-Karrenbauer[d] |
Bundestaqın XDİ/XSİ fraksiyasının sədri[d] | |
24 sentyabr 2002 – 21 noyabr 2005 | |
Əvvəlki | Friedrich Merz[d] |
Sonrakı | Volker Kauder[d] |
XDİ Meklenburq-Qərbi Pomeraniya Partiyasının sədri[d] | |
1993 – 2000 | |
Əvvəlki | Günther Krause[d] |
Sonrakı | Steffie Sşnor[d] |
Avropa Şurasının fəaliyyətdə olan prezidenti[d] | |
1 yanvar 2007 – 30 iyun 2007 | |
Əvvəlki | Matti Vanhanen[d] |
Sonrakı | Xose Sokrates[d] |
Şəxsi məlumatlar | |
Doğum adı | Angela Dorothea Kasner[3][2][…] |
Doğum tarixi | 17 iyul 1954[4][5][…] (70 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, fizik |
Atası | Horst Kasner[d][3][11][…] |
Anası | Hörlind Kasner[d][3][11][…] |
Həyat yoldaşları | |
Dini | Almaniyada protestant kilsəsi[d][13], lüteranlıq[11], enavgelist kilsə[d][10] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, nəzəri kimya[d], analitik kimya, fizika[1] |
|
|
Təltifləri |
|
buero-bundeskanzlerin-ad.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.
2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır. Xarici siyasət trayektoriyalarına transatlantik tərəfdaşlıq, Avropaya inteqrasiya və qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi öhdəliyi daxildir.[15]
Uşaq vaxtı alma şirəsi və kotleti çox sevən Angela, böyüyəndə müəllimə olmağı arzu edib. Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiadada qalib gəldiyi üçün Moskvaya gəlmək şansı qazanıb.
Angela Merkel heç vaxt bilərzik, üzük, sırğa taxmır. Klassik musiqiyə üstünlük verən xanım kansler operanı çox sevir. Frau Merkel əsl futbol azarkeşidir. Bu ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir. Ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil verir. Burada həqiqətən də digər dövlət başçıları tərəfindən edilən bahalı hədiyyələri görmək olar. Tətilini təbiət qoynunda keçirməyi çox sevən Merkel bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. Yalnız nəsə yeni bir paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikməyə başlayır. O, çox nadir hallarda ətək və ya don geyinir. Merkel daha çox kostyum və bleyzerlərə üstünlük verir. Səhər yeməyi zamanı isə qəhvə əvəzinə nanəli çay içir.
Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. Son zamanlar yalnız iPad-ı var. Onu da ki, xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün istifadə edir. Nə qədər şirürəkli görünsə də, Merkelin də qorxduqları var. 1995-ci ildə velosiped gəzintisindən qayıdarkən kansleri qonşunun ov iti dişləyib. Bundan başqa Angela ildırımdan da yaman qorxur.
Gənc yaşlarında qaragilə alveri edən Angela Merkel Leypsiqdə təhsil aldığı illərdə "Angela" diskotekası təşkil edirdi. Bu diskotekalarda da o, boş oturmurdu, cib xərci əldə etmək üçün şirə və digər içkilər satırdı. Həmyaşıdlarının Rolling Stones-dan ötrü dəli-divanə olduğu bir vaxtda , Angela Beatles qrupunu çox sevirdi. Onun əl çantasında mobil telefondan başqa, həmişə karandaş və bloknot, pudra qabı və optik eynək var. Kanslerin uzağı görmə qabiliyyətində bir qədər problem var. Fransız dilini çox sevməsinə baxmayaraq, bu dili öyrənə bilmədiyi üçün yaman təəssüflənən Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel, hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır. Bağ-bağçada çalışmağı çox sevən Merkelin qəşəng əl qabiliyyəti də var. O, çox dadlı yeməklər bişirir. Bir dəfə ondan soruşanda ki, kişilərdə ən çox nəyi bəyənirsiz? O cavab verib ki, gözəl gözləri!
Damarlarında polyak qanı axan Angelanın qızlıq soyadı Kasnerdir. Kanslerin babası, Polşadan Almaniyaya köçən Lüdovik Kazmirçek öz soyadını alman dilinə uyğunlaşdıraraq Kasner edib.
Angela Merkel Almaniya Federativ Respublikasının Federal Kansleridir. O, 2005-ci ildən bu postu tutur. 36 yaşında ikən keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetinin ən gənc naziri olub. 1991-ci ildə qəfil baş verən bu təyinat zamanı o, Qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. "Forbes" jurnalının versiyasına görə, Merkel artıq 7 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir. İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır.
Kanslerin masasının üstündə əslən alman olan rusiyalı imperatriçə II Yekaterinanın portreti var. Merkel onu güclü qadın hesab edir. Diplomatik dairələrdə isə Merkeli "odda yanmaz, suda batmaz" adlandırırlar. Çünki o, istənilən vəziyyətdən çıxa bilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.