From Wikipedia, the free encyclopedia
Alen Bokšić (səslənmə: [bǒkʃitɕ] ; 21 yanvar 1970[1][2][…], Makarska, Split-Dalmatiya jupaniyası[d]) — Xorvatiyalı keçmiş peşəkar futbolçu. Karyerasının çox hissəsini Fransa və İtaliyada keçirib. Hücumçu mövqeyində oynayıb. Yaxşı texnikası və fiziki gücü ilə məşhur olub. Xorvatiya milli futbol komandasının tarixinin ən böyük oyunçularından biri kimi qəbul edilir.[3]
"Marsel" klubu ilə Bokşiç 1992–93 UEFA Çempionlar Liqasının qalibi olur və 1993-cü ildə Avropada ilin futbolçusu sorğusunda dördüncü seçilir. Elə həmin il o, Xorvatiyada ilin futbolçusu seçildi.
Futbolçu həmçinin 1997 və 2000-ci illərdə müvafiq olaraq "Yuventus" və "Latsio" ilə iki A Seriyası şempionluğu titulunu qazanıb. Futbolçu 1980-ci ildən A Seriyası tarixində ən yaxşı əcnəbi oyunçulardan biri kimi qəbul edilir.[4]
1990-cı ildə İtaliyada keçirilən FIFA Dünya Kubokunda Yuqoslaviya millisinə dəvət alsa da, 20 yaşlı Bokşiç turnirdə meydana çıxmır. Xorvatiya Yuqoslaviyadan müstəqillik qazandıqdan sonra Bokşiç 1990-cı illərdə baş məşqçi Miroslav Blazeviçin rəhbərliyi altında Xorvatiya millisinin əsas hissəsinə çevrilir. O, 1996-cı il Avropa Çempionatında Xorvatiya millisin əsas heyətində yer alır.
Turnirin başlamasına az qalmış aldığı zədə səbəbindən Fransada keçirilən 1998 FIFA Dünya Kubokuna dəvət almır. Bokşiç nəhayət, 32 yaşında Yaponiyada keçirilən 2002 FIFA Dünya Kubokunda, komandanın qrup mərhələsinin hər üç oyununda iştirak edərək Dünya çempionatlarında debüt edir.
Bokşiç 1987-ci ildə "Hayduk" klubunda debüt edərək bu klub ilə 1987 və 1991-ci illərdə Yuqoslaviya Kubokunu qazanıb. Haydukun heyətində 174 oyunda 60 qol vurub. Bokşiç 1991-ci ildə Yuqoslaviya Kubokunun finalında "Srvena Zvezda" klubuna qarşı matçda qalibiyyət gətirən qolu vurur. Bu, Yuqoslaviya Kubokun tarixində vurulan son qol olur.
Bokşiç 1991-ci ildə Fransanın "Kann" klubuna keçir. Lakin zədələnməsi səbəbindən cəmi bir oyunda meydana çıxır.
1992-ci ilin yayında o, Fransa nəhəngi "Olimpik Marsel" ilə müqavilə imzalayır. "Marsel" ilə yeganə tam mövsümündə (1992–93), o 23 qolla Liqa 1-in bombardiri olur. Həmin mövsüm futbolçu "Marsel" klubu ilə Fransa liqasının qalibi olsa da, sonradan bu titul geri alınır. Onun klubdakı ən böyük uğuru 1993-cü ilin mayında 1993-cü ildə UEFA Çempionlar Liqasının qalibi olmaq olur. Bokşiç, 1992–93 UEFA Çempionlar Liqasında 6 qol vurduğu üçün komanda yoldaşı Rudi Völler ilə birlikdə turnirin bombardiri olur.
1993–94 mövsümünün əvvəlində, 1993-cü ilin dekabrına qədər, "Latsio" klubuna transfer olunana qədər klub üçün daha 12 liqa matçında oynayır.
1993-cü ildə İtaliyada "Latsio" klubuna qoşulduqdan sonra Bokşiç, Roberto Baccio, Dennis Berqkamp və Erik Kantonadan sonra Qızıl Top müsabiqəsində dördüncü seçilir. Bokşiç "Latsio" ilə ilk yarı mövsümündə A Seriyasında 21 matçda meydana çıxır və 4 qol vurur.
1994–95 mövsümündə "Latsio"nun heyətində 9 qol vurur.
1996-cı ilin yayında Bokşiç "Yuventus" klubu ilə müqavilə imzalayır. Klubda keçirdiyi bir mövsüm ərzində o, "Yuventus"la üç kubok qazanmağı bacarır. Bu kuboklar: 1996–97 A Seriyası çempionluğu, 1996 Qitələrarası Kubok və 1996 UEFA Super Kuboku olur. Fytbolçu həmçinin klub ilə 1996–97 UEFA Çempionlar Liqasının finalına yüksəldi, lakin burda komandası Borussia Dortmund ilə matçda 3–1 məğlub oldu. Bokšić matçın 88-ci dəqiqəsinə qədər Kristian Vyeri ilə bərabər hücumçu kimi çıxış edir və Alessandro Del Pyeronun qoluna assistentlik etdi. Bokşiç 4 qolla turnirdə klubun ən çox qol vuran oyunçusu olur. O, A Seriyasında çempionluq yolunda 22 liqa oyununda 3 qol vurur.[5]
Bokşiç 1997-ci ildə təkrar "Latsio"ya qayıdır. Klubdakı ilk mövsümündə o, A seriyasında 10 qol vurur. "Latsio" isə liqanı 7-ci yerdə bitirir. Bu, "Latsio" üçün uğursuz nəticə olur, lakin onlar 1998 UEFA Kubokunun finalına yüksəlməyi bacarırlar və həmin il İtaliya Kubokunu da qazanırlar.
1998–99 mövsümündə "Latsio" ilə İtaliya Superkubokunu qazanır. Ölkə liqasında isə gümuş medal qazanır. 1998–99 mövsümundə Bokşiçin qazandığı daha bir titul isə, UEFA Kuboklar Kuboku olur. Bununla belə, Bokşiç zədə səbəbindən A Seriyasında cəmi 3 oyuna çıxır.
1999–2000 Mövsümü Bokşiçin "Latsio" ilə ən uğurlu mövsümü olur. Futbolçu klub ilə, UEFA Super Kubokunu, A seriyası çempionluq titulunu və İtaliya Kubokunu qazanır. Bokşiç skudettoya gedən yolda 4 qol vurur.
A Seriyasında altı il oynadıqdan sonra mövsümün sonunda İtaliyanı tərk etmək qərarına gəldi.
2010-cu ildə Bokşiç A Seriyasının tarixinin ən yaxşı əcnəbi oyunçuları siyahısında 32-ci yeri tutur.[6]
Bokşiç "Latsio" klubundakı gözəl oyunundan sonra İngiltərə Premyer Liqasında çıxış edən "Midlsbro" klubuna transfer edilir. İngilis klubuna transfer 2,5 milyon funt-sterlinqə başa gəlir.[7] "Midlsbro" klubunun heyətində debütündə Boksiç iki qol vurur və komandası "Koventri Siti" üzərində 3–1 hesablı qələbə qazanır.
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Liqa Kuboku | Beynəlxalq | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Hajduk Split | 1987–88 | Yugoslaviya Birinci Liqası | 13 | 2 | 0 | 0 | – | 0 | 0 | 13 | 2 | |
1988–89 | 26 | 7 | 1 | 0 | – | – | 27 | 7 | ||||
1989–90 | 27 | 12 | 7 | 1 | – | – | 34 | 13 | ||||
1990–91 | 29 | 6 | 7 | 2 | – | – | 36 | 8 | ||||
Toplam | 95 | 27 | 15 | 3 | 0 | 0 | 0 | 0 | 110 | 30 | ||
Kann | 1991–92 | Liqa 1 | 1 | 0 | 0 | 0 | – | – | 1 | 0 | ||
Olimpik Marsel | 1992–93 | Division 1 | 37 | 23 | 1 | 0 | – | 8 | 6 | 46 | 29 | |
1993–94 | 12 | 3 | 0 | 0 | – | – | 12 | 3 | ||||
Toplam | 49 | 26 | 1 | 0 | 0 | 0 | 8 | 6 | 58 | 32 | ||
Latsio | 1993–94 | A Seriyası | 21 | 4 | 0 | 0 | – | 0 | 0 | 21 | 4 | |
1994–95 | 23 | 9 | 3 | 0 | – | 6 | 2 | 32 | 11 | |||
1995–96 | 23 | 4 | 1 | 0 | – | 1 | 0 | 25 | 4 | |||
Toplam | 67 | 17 | 4 | 0 | 0 | 0 | 7 | 2 | 78 | 19 | ||
Yuventus | 1996–97 | A Seriyası | 22 | 3 | 2 | 0 | 1 | 0 | 8 | 4 | 34 | 7 |
Latsio | 1997–98 | A Seiyası | 26 | 10 | 6 | 5 | – | 6 | 0 | 38 | 15 | |
1998–99 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 1 | 6 | 1 | ||
1999–2000 | 19 | 4 | 4 | 3 | – | 11 | 1 | 34 | 8 | |||
Toplam | 48 | 14 | 10 | 8 | 0 | 0 | 20 | 2 | 78 | 24 | ||
Midlsbro | 2000–01 | Premyer Liqa | 28 | 12 | 3 | 0 | 0 | 0 | – | 31 | 12 | |
2001–02 | 22 | 8 | 0 | 0 | 1 | 0 | – | 23 | 8 | |||
2002–03 | 18 | 2 | 1 | 0 | 0 | 0 | – | 19 | 2 | |||
Toplam | 68 | 22 | 4 | 0 | 1 | 0 | 0 | 0 | 73 | 22 | ||
Cəmi | 350 | 109 | 36 | 11 | 2 | 0 | 43 | 13 | 429 | 133 |
Xorvatiya | ||
il | Oyun | Qol |
---|---|---|
1993 | 1 | 0 |
1994 | 4 | 0 |
1995 | 6 | 2 |
1996 | 5 | 2 |
1997 | 7 | 2 |
1998 | 1 | 1 |
1999 | 5 | 1 |
2000 | 4 | 1 |
2001 | 2 | 1 |
2002 | 5 | 0 |
Ümumi | 40 | 10 |
Hajduk Split
Marsel
Yuventus
Latsio
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.