Alagir

Alagirski rayonunun şəhər mərkəzi From Wikipedia, the free encyclopedia

Alagirmap

Alagir (oset. Алагир deyilişi) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi.

Cəld faktlar Ölkə, Respublika ...
Şəhər
Alagir
oset. Алагир
Thumb
48°02′30″ şm. e. 44°12′38″ ş. u.HGYO
Ölkə  Rusiya
Respublika Şimali Osetiya
Rayon Alagirski
Mer Tolparov Eduard Vladimiroviç
Tarixi və coğrafiyası
Əsası qoyulub 1850
Yaşayış məntəqəsi statuslu 1938
Sahəsi 26.76 km²
Mərkəzin hündürlüyü 611 m
İqlimi mülayim
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 20.013 nəfər (2019)
Sıxlığı 748,47 nəf./km²
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86731
Poçt indeksi 363240
Thumb
Alagir
Alagir
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Coğrafiyası

Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır.

Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var.

Etimologiyası

Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir.[1]

Tarixi

Thumb
19-cu əsrin sonu, Alagir

1824-cü ildə (bəzi mənbələrə görə - 1781[2]) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan[3] kəndi quruldu.

1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.[4]

19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.

20-ci əsrin əvvəlindəki məlumatlara görə Alagir qəsəbəsi Terek mahalının bir hissəsi olaraq siyahıya alındı. Əsasən, rus, pravoslav olan 3183 sakini var idi. Qəsəbədə 2 kilsə, 2 məktəb, aptek poçt və teleqraf idarəsi, dövlət poçt xidməti fəaliyyət göstərirdi.

1905-ci ilin dekabrında Alagirdə kəndlilərin silahlı qiyamı baş verdi.

1938-ci ildə qəsəbəyə şəhər statusu verildi.

Böyük Vətən Müharibəsi zamanı şəhər 1 noyabr 1942-ci ildə alman qoşunları tərəfindən işğal edildi. 24 dekabr 1942-ci ildə Nalçik istiqamətində əks-hücum zamanı Zaqafqaziya Cəbhəsinin qoşunları tərəfindən azad edildi.

Əhalisi

Əlavə məlumat İllər ...
Əhalinin sayı[5][6]:
İllər192619391959197019761979198919921996
420012 64815 16318 16118 00019 00721 13223 20024 500
İllər199820002001200220032005200620072008
23 70023 10022 70021 49621 50020 50020 30019 90019 700
İllər200920102011201220132014201520162017
19 52820 94920 96620 70920 57520 39920 27020 21120 133
İllər20182019
20 04320 013
Bağla

Milli tərkibi

Əlavə məlumat Millət, Sayı ...
Millət Sayı Ümumi əhali içərisindəki nisbəti %
osetinlər 19 178 91,5 %
ruslar 1 164 5,6 %
ermənilər 131 0,6 %
digərləri 476 2,3 %
Cəmi 20 949 100 %
Bağla

Sosyal əhəmiyyətli yerləri

  • Beş orta məktəb
  • Alagir rayon təcili yardım mərkəzi
  • Alagir rayon klinikası
  • Alagir rayon klinik xəstəxanası
  • Diş klinikası
  • Milli Diyarşünaslıq Muzeyi
  • Sadon Qurğuşun Sink Zavodunun Muzeyi və Park Kompleksi
  • Yeddi uşaq bağçası
  • İncəsənət məktəbi
  • Musiqi məktəbi
  • Mədəniyyət Sarayı
  • Kitabxana
  • Uşaq kitabxanası
  • Kinoteatr (2016-cı il mayın əvvəlində açıldı)
  • 2 idman mərkəzi

Abidələr

Şəhərdə Leninin, Stalinin, Kosta Xetaqurovun heykəlləri, İkinci Dünya müharibəsində ölən alagirlilərin xatirəsinə qoyulmuş T-34 tankı, osetin pedaqoq Babu Zanqiyevin xatirəsinə olan lövhə, Sovet İttifaqı Qəhrəmanı Pyotr Qujvinin adına obelisk vardır.

İdman

Alagir şəhərini təmsil edən Alagir FK 1992-2000-ci illərdə Rusiya alt liqalarında oynamışdır. 2012-ci ildə Albars FK yaradılmışdır.

Məşhur şəxslər

Həmçinin bax

İstinadlar

Mənbə

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.