Remove ads
From Wikipedia, the free encyclopedia
Şimali Osetiya Respublikası (rus. Республика Северная Осетия — Алания, oset. Республикæ Цæгат Ирыстон — Алани) — Rusiya Federasiyası subyektlərindən biri.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şimali Osetiya | |
---|---|
Республика Северная Осетия-Алания Цæгат Ирыстон | |
43°11′ şm. e. 44°14′ ş. u.HGYO |
|
Ölkə | Rusiya |
İnzibati mərkəz | Vladiqafqaz |
Dövlət Başçısı | Sergey Menyaylo |
Hökumət sədri | Taymuraz Tuskayev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 noyabr 1993 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dillər | Osetin dili, Rus dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-SE |
Avtomobil nömrəsi | 15 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
7 iyul 1924-cü ildə muxtar vilayət kimi yaradılıb, 1991-ci ildən Şimali Osetiya-Alaniya Respublikası kimi fəaliyyət göstərir. Sahəsi 8 min km2 , əhalisi 710.275 (2002) nəfərdir.
Şimali Osetiya Böyük Qafqazın şimal yamacında yerləşir. Republikanın şimalında Stavropol düzənliyi, ondan cənubda Terek və Sunja silsilələri, mərkəzdə Şimali Osetiya düzənliyi, cənub hissədə Baş Suayrıcı, Böyük Qafqaz silsiləsi (5033 m hündürlüklü Kazbek dağı) mövcuddur. İqlimi kontinentaldır. Düzən ərazilərdə yanvarın orta tempteraturu −4.5°S, İyulun isə 24°S-dir. Düzənliklərə ildə 600–700 mm, dağlara isə 1000 mm yağıntı düşür. Düzən ərazilər meşə və meşə-çöl zonasında yerləşir və bütünlüklə şumlanmışdır. Düzənliklərdə qaratorpaq və şabalıdı, Terek vadisində allüvial-çəmən , dağətəyində isə dağ-meşə və dağ-çəmən torpaqları yayılmışdır. 800–1600 m hündürlükdə enliyarpaq, 1600–2000 m-də iynəyarpaq meşələr, 2000 m-dən yüksəkdə subalp və alp çəmənliyi mövcuddur. Rəngarəng heyvanat aləmi vardır (əsasən dağ meşələrində). Təbii şərait əhalinin həyat fəaliyyəti, eləcə də kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Əlvan metallar (sink, gümüş, qurğuşun), tikinti materialları (mergel, əhəngdaşı), mineral su mənbələri və s. təbii ehtiyatlar vardır.
Republikanın ümumi əhalisinin 69%-i şəhərdə yaşayır, sıxlıq hər km2-də 83 nəfərdir. Respublikanın şərqində yerləşən Sağsahil rayonu və Vladiqafqaz ətrafı daha sıx məskunlaşılan ərazilərdir. Əsas şəhərlərinə Vladiqafqaz (paytaxt), Mozdok, Beslan, Alagir, Ardon misaldır. Rəsmi dil rus dilidir. Respublikada 60-dan çox millətin nümayəndələri yaşayır: osetinlər (53%), ruslar (30%), inquşlar (5%), ermənilər, gürcülər, ukraynalılar, qumuqlar, kabardinlər, çeçenlər, tatarlar, beloruslar, azərbaycanlılar və s.
Şimali Osetiyanın təsərrüfat kompleksində aparıcı sahəni agır sənaye təşkil edir. Ümumi məhsulun 3/4 hissəsini əlvan metallurgiya, dağ mədən sənayesi və maşınqayırma verir. Yan silsilələrdən qurğuşun-sink filizləri çıxarılır, iri yataqları Sadon, Zida və Burobdur. Çıxarılan filiz, kanal yollarla Muzursk saflaşdırılma fabrikasına daxil olur. Saflaşdırılmış sink-qurğuşun filizlər Vladiqafqazın elektrosink zavodunda mis, sink, qurğuşun, kadmey və sulfat turşusu alınır. Maşınqayrıma ümumi sənaye məhsullarının 30%-ni verir və qaz aparatları, elektrik lampaları, elelktrik avadanlıqları istehsal olunur. Respublikanın elektrik enerjisininə olan tələbatın 20–25%-ni özünün elektrik stansiyaları istehsal edir. Buradakı dağ çayları üzərində Tizeldon, Vladıqafqaz, Diqorsk SES-ləri elektrometalurgiyyanın burada inkişafına təkan vermişdir. Respublika özünün hidroenerji ehtiyatlarınanın cəmi 5%-ni istifadə edir. Burada kənardan təbii qaz verilir. Dağlarda ağac tədarükü və emalı aparılır. İldə 300 min m³ taxta materialı hazırlanır. Əkinçilik üçün şimal rayonları əlverişlidir. Cəmi 200 min ha əkin yeri vardır və əsasən qarğıdalı, buğda, şəkər çuğunduru və s. ilə tutulmuşdur. Xeyli sahələr bağlar, üzümlüklər və tərəvəz bitkilərilə örtülüb. Suvarma sahələri Terek çayı boyunca yerləşir. Respublika ərazisində 135 min ha otlaq və örüş vardır. Yayda mal-qara və qoyun keçi alp çəmənliklərində, qışda Terek-Kutsk ovalığında otarılır. Heyvandarlıq və bitkiçilik əsasında güclü yeyinti sənayesi yaradılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.