From Wikipedia, the free encyclopedia
Aktiv seçki hüququ və ya siyasi françayzinq (ing. political franchise)[1][2][3] – vətəndaşın milli dövlət hakimiyyəti orqanlarına və yerli idarəetmə orqanlarına seçmək, referendum səsverməsində və demokratiyanın digər formalarının həyata keçirilməsində iştirak hüququ. Bu hüquq ona görə fəal adlandırılır ki, onu vətəndaşın özü öz hərəkətləri ilə reallaşdırmalıdır: bəzən könüllü qeydəalma forması ilə seçki siyahısına daxil edilməli (məsələn, Fransada olduğu kimi), seçki məntəqəsinə özü gəlməli, bülleteni alıb onu doldurmalı, səs vermək istədiyi namizədləri, yaxud siyasi birlikləri (siyahı üzrə səsvermədə) seçərək, bülleteni seçki qutusuna atmalıdır. Aktiv Seçki Hüququ, demək olar ki, bütün dünya ölkələ rində cinsindən, məşğuliyyət növündən, əmlak vəziyyətindən, təhsilindən asılı olmayaraq (bəzi məhdudiyyətləri – yaş senzi, bəzən oturaqlıq senzi və s. nəzərə almaqla) bütün vətəndaşlara məxsusdur. Ümumi qaydaya görə, Aktiv Seçki Hüququna ölkənin öz vətəndaşları malikdirlər; bu, xalq suverenliyinin reallaşması prinsipidir. Ölkənin rəhbər orqanlarını yalnız həmin ölkənin vətəndaşları seçə bilər. 20-ci əsrin sonunda bu qaydadan müəyyən istisnalar ortaya çıxdı. 1993-cü il Maastrixt müqaviləsinə uyğun olaraq, Avropa İttifaqına (Aİ) üzv dövlətlər həmin ittifaqın digər üzv dövlətlərinin onların ərazisində yaşayan vətəndaşlarına yerli idarəetmə orqanlarını seçmək və bu orqanlara seçilmək hüququ vermişdir. Belə ki, Avropa İttifaqı konsepsiyasına uyğun olaraq, yerli idarəetmə orqanları xalq suverenliyinin ifadəçisi deyildir, onlara seçkilər isə inzibati seçkilər kimi nəzərdən keçirilir. Ümumi Aktiv Seçki Hüququnun tətbiqi hüquqi cəhətdən bərabər olan bütün vətəndaşların seçkilər və ya demokratiyanın digər formaları zamanı namizədlərin, həmçinin, siyasi partiyaların təklif etdikləri başlıca milli siyasət istiqamətləri üzrə öz iradələrini bildirməsi üçün zəruridir. Seçki hüququna malik bir qrup şəxs seçki senzi (təsnifatı) ilə məhdudlaşdırılır. Fiziki şəxs aktiv, yaxud passiv seçki hüququna malik olmaq üçün məhdudiyyətdə göstərilən şərti ödəməlidir.
Bəzi dillərdə passiv seçki hüququndan fərqləndirmək üçün bu seçki növü aktiv seçki növü adlandırılır. Bu ikilinin kombinasiyası bəzən tam seçki hüququ (ing. full suffrage) adlandırılır.[4][5]
İngiliscə qarşılığı olan "suffrage" sözü latın "suffragium " sözündən gəlir. Mənası "səsvermə", "siyasi dəstək" və "səsvermə hüququ"dur.[6][7][8] Sözün latın dilinə haradan keçdiyi və dəqiq hansı sözlərən ibarət olması dəqiq bilinmir. Ehtimal edilir ki, sub + fragor sözlərindən əmələ gəlmişdir.[9] Bəzi alimlərə görə isə bu etimologiya izahı düzgün ola bilməz. Onlara görə, "suffrage" sözü "suffrago" sözüylə əlaqəlidir və orijinal mənası "topuq sümüyü" və ya "yumruq sümüyü"dür.
Ümumi seçki hüququ cinsi, irqi, sosial status, təhsil səviyyəsi və ya zənginlik səviyyəsi məhdudiyyətləri olmayan səsvermə hüququndan ibarətdir. Bu seçki hüququ çox zaman bir bölgənin bütün sakinlərinə verilmir. Müəyyən yaş məhdudiyyəti, zehni qabiliyyət imkanı və ya cinayət törətmələrə görə səsvermə hüquq məhdudlaşdırıla bilər.
Qısa ömürlü Korsika Respublikası ilk dövlətdir ki, 25 yaşdan yuxarı bütün şəxslərə səsvermə hüququ vermişdir.
1819-cu ildə 60,000–80,000 insan Mancester şəhərinin Müqəddəs Pyotr meydanına yığışaraq seçki hüquqlarının olmamasına etiraz edirdilər. Tarixçi Robert Pool bu etirazlar zamanı baş vermiş Peterloo qırğınını öz dövrünün ən mühüm hadisələrindən biri kimi dəyərləndirmişdir. Peterloo filmində bu etirazlara yardım edən qadınların iştirakı əks etdirilmişdir.[10]
Bu hadisələr digərləri tərəfindən davam etdirilmişdir. Beləki, 1871-ci ildə Paris Kommunası və 1889-cu ildə adada yerləşən Frankevill Respublikası bu sahədə yeni eksperimentlər həyata keçirdilər. 1840-cı ildə Havay krallığı bütün yetişkin kişi və qadınlara seçki hüququ vermişdi.
1893-cü ildə Havay krallığı çevriliş yolu ilə devrildikdən sonra dünyada aktiv seçki hüququnu tədbiq edən yeganə müstəqil dövlət Yeni Zelandiya qalmışdı. Buna görədir ki, 1893-cü ildə dünya ölkələrinin azadlıq indeksində olan yeganə dövlət Yeni Zelandiya idi.[11][12]
Qadınlara seçib-seçilmə hüququnun verilməsi uğrunda uzun müddət mübarizə aparılmışdır. Bu hüquq ilk dəfə qısa-müddətli də olsa Nyu-Cersinin 1776-cı ildə qəbul edilmiş ilk konstitutsiyasında nəzərdə tutulmuşdu. Bu konstitutsiyaya görə subay torpaq sahibi qadınlara seçki hüququ verilirdi.
50 pound elan edilmiş pulu olan, səs vermək istədiyi ərazidə seçkidən ən azı 12 əvvəldən yaşaması şərtilə Koloniyanın bütün sakinləri Nümayəndələr Şurasına və Assambleyasına və digər ictimai işlərə olan seçkilərdə səs verə bilər. |
1844-cü ildə konstitutsiya dəyişikliyi edilmiş və səsvermə hüququ "bütün ağ kişilərə" verilmişdir.[13]
1840-cı ildə Havay krallığında qadına seçki hüququ verilsə də, onlardan bu haqq 1852-ci ildə geri alınmışdır. 1860-cı illərdə İsveçdə, Böyük Britaniyada və ABŞ-nin bəzi qərb ştatlarında az saylı qadına səsvermə hüquq verildi. 1893-cü ildə Yeni Zelandiya qadınlara səsvermə hüququ verən ilk ölkə oldu. 1894-cü ildə isə Cənubi Avstraliyada qadınlara həm səsvermə, həm də parlament seçkilərində namizəd olma hüququ verildi. Rusiya imperiyasının tərkibində olan Finlandiya knyazlığında da qadınlara həm səsvermə, həm də namizəd olma hüququ verilmişdir.[14]
Qadınlara seçki hüququnun verilməsi əleyhinə təbliğat aparanların əsas arqumenti ondan ibarət idi ki, qadınların yeri onların evidir, seçkilər yox. Qadın haqları ilə bağlı siyasi karikaturalar və təhqirlər artırdı. Bu təbliğatla məşğul olan və qanuni qeydiyyatdan keçmiş təşkilatlar fəaliyyət göstərirdi. Bu təşkilatlardan biri də Massaçusets Əks Assosiasiyası idi. Bu təşkilat 1880-ci illərdə xeyli fəal idi.
Bir çox antisuffrage (qadınlara seçki hüququnun əleyhinə olan şəxs) siyasətdəki qadın ideyasını zarafat obyektinə çevirmişdi. Onlara görə qadınlara seçki hüququnun verilməsi tərəfdarları həyatda qadın və kişinin yerini dəyişdirmək istəyirlər. Bəziləri seçki hüququnun verilməsi tərəfdarı olan qadınların tam yuxarıya daranmış saçlarını məzə obyekti edirdilər. Bəziləri isə yazılarında qadınların bu hərəkata qoşulmasına səbəb kimi onların həyatda müəyyən uğursuzluğa məruz qalmasını göstərirdilər. Bu uğursuzluqlardan ən başlıcası kimi isə evlənə bilməməyi göstərirdilər.
Bərabər seçki hüququ bəzən ümumi seçki hüququ ilə qarışdırılır. Bərabər seçki hüququ seçkilərdə məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Yəni silk, əmlak, gəlir və s. senzlərin ləğvini özündə ehtiva edir.[15]
Bu seçki hüququ növünə ingiliscə "censitary suffrage" və ya "census suffrage" deyilir və mahiyyət etibarilə bərabər seçki hüququna əksdir. Yəni, səs verən hamının səsi bərabər deyildir və müxtəlif kriteriyalara görə hər kəsin səsi çox və ya az ola bilər. Buna misal olaraq, yüksək təhsillinin səsinin az təhsillinin səsindən daha çox hesablanmasını göstərmək olar. Şirkətlərdə daha çox səhmə malik olan şəxsin daha çox səsə malik olmasını da buna misal olaraq göstərmək olar.
Məcburi seçki hüququnun mövcud olduğu yerlərdə səsvermə hüququ olan hər bir kəs seçkilərdə iştirak etməyə borcludur. Hal-hazırda bu praktika 32 ölkədə mövcuddur.[16]
İngiltərənin yerli hökumətində və bəzi keçmiş koloniyalarında əvvəllər (bəzi yerlərdə hələ də mövcuddur) elə bir sistem mövcud idi ki, bu sistemə görə müəssisələr ödədikləri vergi miqdarında səs verə bilirdilər. Bu tarixi əmlak senzli françayzinqin fiziki şəxslrədən hüquqi şəxslərə doğru uzantısıdır.
Birləşmiş Krallıqda London Şəhəri koorperasiyası 2002-ci ildəki aktından sonra bunu daha da genişləndirmişdir. Bu böyük maliyyə mərkəzi olan və xeyli sayda əhaliyə malik olan London şəhərinin Birləşmiş Krallığın siyasətinə təsirini artıracağı gözlənilir.[17][18][19]
Bu məsələ ilk dəfə Şimali İrlandiya insan haqları hərəkatı tərəfindən gündəmə gətirilmişdir.[20]
İrlandiya Respublikasında kommersiya vergi ödəyiciləri lokal referendumlarla bölgənin və ya küçənin adını dəyişdirə[21][22] və ya "biznes inkişafı layihəsi"nin sərhədlərini müəyyən edə bilər.[23] 1930-cu ildən 1935-ci ilə qədər Dublin Şəhər Şurasının 35 üzvündən 5-i "kommersiya üzvləri" olmuşdur.
Avstraliyanın bir çox şəhərlərində müəssisələr üçün seçkilər istəyə bağlı olsa da, şəxsi müstəvidə məcburidir.[24][25]
Çox vaxt demokratiyanın yaradıldığı yer kimi göstərilən Afinada yalnız yetişkin yaşda və torpaq sahibi olan kişilərə seçki hüququ verilirdi. Sonrakı əsrlərdə Avropada parlamentin bir çox növlərinin yaradılmalarına baxmayaraq, ölkələr daha çox monarxlar tərəfindən idarə olunurdu. Katolik kilsəsi zamanı bəzi alman knyazlıqlarında Romanın icazəsi ilə baş rahibə olan qadınların milli assambleyalarda iştirak etməsinə və səsverməsinə icazə vermişdi. Katoliklərdən sonra protestantlarda isə tədricən vəziyyət müasir dövrlə eyni olmağa başladı.[26]
Mari Guyart adlı fransız rahibə 17-ci əsrdə Kanadada yaşayan yerli qəbilələrdən olan irokezlərin arasında yaşamışdır. Yerlilərin adətlərindən danışarkən o qadınların səsvermə hüququndan da yazmışdır:
Bu qadın qəbilə rəisləri vəhşilərlə birlikdə seçkilərdə iştirak edir. Onlar kişilər kimi qərarlər verir. Hətta sülhü müzakirə etmək üçün ilk elçilər də onların təlimatı ilə göndərilmişdi."[27] |
İrokezlər digər çox saylı Amerika yerliləri kimi matriarxal sistemə malik idi. Onlarda mülkiyyət və varislik ana xətti ilə gedirdi. Yaşlı qadınlar kişi qəbilə rəislərini seçə və ya onları vəzifədən ala bilərdi.
Müasir demokratiya ümumilikdə kişilərin seçki hüququnu alması ilə başlamış və bu hüququn qadınlara da verilməsinə doğru davam etmişdir. Havay krallığında isə proses fərqli olmuşdu. Orada 1840-cı ildə hamıya seçki hüququ verilmişdi. Lakin 1852-ci ildə konstitutsiya dəyişikliyi keçirilmiş və qadınlardan bu hüquq geri alınmış, kişilərə isə əmlak senzi ilə tədbiq edilmişdir.
Qadınlara seçki hüququnun verilməsini ilk dəfə beynəlxalq arenada ABŞ-nin İnsan Haqları Komissiyasındakı nümayəndəsi, sonradan həmin komissiyanın rəhbəri olan Eleonora Ruzvelt gündəmə gətirmişdir. Onun dövründə BMT tərəfindən hazırlanmış Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 21-ci maddəsində yazılmışdı:
Hər kəsin birbaşa və ya azad şəkildə seçilmiş nümayəndələr yolu ilə hökumətdə iştirak etmə hüququ vardır. Xalqın iradəsi hakimiyyətin əsasını təşkil edəcəkdir. Bu özünü vaxtaşırı və düzgün formada keçirilən seçkilərdə öz əksini tapacaqdır. Seçkilər ümumi seçki hüququ və bərabər səviyyədə səsvermə əsasında olacaqdır. |
BMT Baş Assambleyası Qadınların Siyasi Haqları haqqında Konvensiyadnı 1954-cü ildə qəbul etdi. Bu konvensiyaya görə qadınların seçkilərdə iştirak etmək, seçkili vəzifə tutmaq, ictimai işlərə seçilmək kimi hüquqlarının olduğu bildirilirdi.
Son olaraq qadınlara seçki hüququ verən dövlətlərdən biri Butandır. Butanda qadınlara seçki hüququ 2008-ci ildə verilmişdir.[28]
Reformasiyadan sonrakı Avropada xalq tərəfindən bəyənilməyən dini məzhəblərə malik insanların seçib-seçilmə hüququndan məhrum edilməsi çox yayılmış hallardan biri idi. Məsələn Böyük Britaniyada katoliklərin səsvermə hüququ 1728-ci ildən 1793-cü ilə qədər əllərindən alınmışdı. Həmçinin parlamentə seçilə bilmə hüquqları isə 1829-cu ilə qədər qadağan edilmişdi. Belə bir siyasət onunla əlaqələndirilirdi ki, katoliklər öz monarxlarından çox Papaya yaxındırlar və ona sadiqdirlər.
İngiltərə və İrlandiyada protestant və ya anqlikan olmayan şəxsləri vəzifəyə seçildikdən sonra xüsusi içilən andlarla praktiki olaraq vəzifəyə seçilmə hüquqlarından məhrum edirdilər. Çünki protestant və ya anqlikan olmayan şəxslər bu məzhəbin andlarını içmirdi, amma qanunlara görə işə başlamaq üçün bu mütləq idi. 1672 və 1678-ci illərdə qəbul edilmiş qərarlara görə anqlikan olmayanlar ictimai vəzifə tuta bilməzdilər. 1727-ci ildə qəbul edilmiş Disenfranchising aktına görə isə İrlandiyada katoliklərin səsvermə hüquqları əllərindən alınırdı. Onların bu hüquqları yalnız 1788-ci ildə bərpa edilmişdi. Bu dövrdə yəhudilər ümumiyyətlə vətəndaşlığa belə qəbul edilmirdi. 1753-cü ildə qəbul edilmiş Yəhudiləri Vətəndaşlığa Qəbul etmə qərarına isə xalqdan o qədər sərt reaksiya gəldi ki, qərar ləğv edildi. Nonkonformistlər (metodistlər və presviteriyanlar) Böyük Britaniya İcmalar Palatasına olan seçkilərdə iştirak hüququnu yalnız 1828-ci ildə, katoliklər 1829-cu ildə, yəhudilər isə 1858-ci ildə qazana bilmişdilər. Yəhudi əsilli siyasətçi Benjamin Dizraeli öz siyasi kareyerasına 1837-ci ildə başlamışdı, çünki 12 yaşında ikən anqlikanlığı qəbul etmişdi.
ABŞ-nin yaradılmasından sonra bir neçə ştatında yəhudilərin, quakerlərin və katoliklərin səsverməsi və seçkili vəzifəyə namizəd olması qadağan edilmişdi.[29]
Kanadada 1917-ci ildə qəbul edilmiş Seçkilər aktına görə mennonitlər, qutteritlər və duxoborlar seçki hüququndan məhrum edilirdilər. Buna səbəb isə bu dini təriqətin hərbi xidməti rədd etməsi idi. Onlara səsvermə hüquqları Birinci Dünya müharibəsinin bitməsi ilə geri qaytarıldı, lakin duxoborların bu hüquqları 1934-cü ildən 1955-ci ilə qədər də qadağan edilmişdi.[30][31]
Müasir Rumıniyanın ilk konstitutsiyasinın (1866) 7-ci maddəsində göstərilirdi ki, yalnız xristianlar vətəndaşlıq statusu ala bilərlər. Beləliklə də, Rumıniyada yaşayan yəhudilər vətənsiz şəxslər elan olunurdu və vətəndaşlığa qəbul edilmişdi. Berlin konfransının təzyiqlərindən sonra konstitutsiyada bu maddə dəyişdirildi. Artıq xristian olmayanlar da vətəndaş ola bilərdilər, lakin bu parlament tərəfindən təsdiq edilməli idi. Bu tədbiqetmənin işləməsi üçün 10 il lazım oldu. Yalnız 1923-cü ildə qəbul edilmiş konstitutsiya ilə dinindən və irqindən asılı olmayaraq bütün şəxslərə vətəndaşlıq statusu və bərabər seçki hüququ verildi.[32]
XIX əsrə qədərki bir çox qərb proto-demokratiyasının seçki qanunlarında əmlak əsaslı qanunlar mövcud idi. Məsələn bəzi yerlərdə yalnız torpaq və ya əmlak sahibləri səs verə bilərdi (çünki bəzi plkələrdə vergiləri yalnız əmlak sahibləri verirdi) və ya seçki hüququ əsasən vergi ödəyiçilərinə verilirdi (misal üçün Prussiyanın 3 sinifli seçki hüququnu göstərmək olar). Əksər ölkələrdə bu XIX əsrin sonlarına doğru ləğv edildi, yalnız bəzi yerlərdə bundan sonra da bir neçə onillik qala bilmişdi. Hal-hazırda belə bir sistem heç yerdə qalmasa da, müasir dövrümüzdə evsiz insanlar heç bir yerə qeydiyyatları olmadığı üçün səs verə bilmirlər.
Birləşmiş Krallıqda 1999-cu il — Lordlar palatası aktının qəbuluna qədər Lordlar Palatasının üzvləri İcmalar Palatasına olan seçkilərdə səs verə bilməzdi, çünki onlar xalqdan və ya icmalardan hesab edilmirdi.
XIX və XX əsr boyunca bəzi xalqlar səs verə bilmək üçün xüsusi vergilər ödəmişdir. Bu ölkələrə misal olaraq Argentinanı, Braziliyanı, Kanadanı, Çilini, Kosta Rikanı, Ekvadoru, Meksikanı, Perunu, Uruqvayı və Venesuelanı göstərmək olar.[33]
Bəzən seçki hüququ bilik və ya savad dərəcəsinə görə də limitlənə bilər. Yəni, bir şəxs seçkidə iştirak etmək üçün müəyyən testlərdən keçməli olur. Bəzi ABŞ ştatları oxuyub-yazma bilməyənləri səsvermədən məhrum etmək üçün seçkilərdə iştiraka şərt kimi oxuyub-yazma imtahanı qoymuşdu.[34] Bu birbaşa olaraq, varlılarla və ağ insanlarla eyni təhsil şəraitinə sahib olmayan qara dərili və kasıb insanlara təsir göstərirdi.[35] Rodeziyanın 1961-ci ildə qəbul edilmiş konstitutsiyasında nəzərdə tutulmuş belə şərtlərə görə 65 deputatın 50-ni xalqın çox kiçik hissəsi, 15 deputatı isə xalqın əksər hissəsi seçmişdi.[36]
XX əsrdə bir çox ölkə — Boliviya, Braziliya, Kanada, Çili, Ekvador və Peru oxuyub-yaza bilməyən insanlara səsvermədə məhdudiyyətlər qoyan qanunlar qəbul etmişdir.
Müxtəlif ölkələrdə, xüsusilə dominant irqin çox əhaliyə sahib olduğu yerlərdə bir irq digər irqin seçki hüququna ya məhdudiyyətlər qoymuş ya da ümumiyyətlə azlıqda olan irqin belə bir hüququnu tanımamışdır.
Bu müxtəlif yollarla tədbiq edilmişdir:
Bütün müasir demokratiyalara görə səsvermədə iştirak etmək üçün müəyyən yaş həddinə çatmalısan. Dünya üzrə bu yaş həddi eyni deyildir. Müxtəlif ölkələrlə yanaşı, hətta bir ölkənin daxilində belə yaş həddi fərqli ola bilir. Yaş həddi, əsasən 16–21 arasında dəyişir. Yaş həddinin azaldılması Gənclik Haqları Hərəkatının əsas tələblərindən biridir.
Bəzi ölkələr cinayətkarların seçki hüququnu məhdudlaşdırmışdır. Bəzi ölkələr və bəzi ABŞ ştatları ciddi cinayət törətmiş şəxslərə hətta həbsdən azad olandan sonra belə seçki hüququnu tədbiq etmir. Bəzi ölkələrdə (məsələn: ABŞ-nin bəzi ştatları) səsvermənin rədd edilməsi cinayət hesab olunur, bəzi ölkələrdə (Fransa, Almaniya və s.) isə əksinə, elektoral sistemə və ictimaiyyətə qarşı cinayət törətmiş şəxslərə verilən cəzalardan biri də onları səsvermə hüquqlarından məhrum etməkdir. İrlandiya Respublikasında 2006-cı ildə verilən qərar ilə məhkumlara səsvermə hüququ verilmişdi. 2002-ci ildə Kanadada verilən qərar ilə 2 il məhkumluq həyatı yaşayan şəxslərə səsvermə hüququ versə də, Kanada Ali Məhkəməsi bunu konstitutsiyaya zidd olduğunu bildirərək, məhkumların səs verə bilməsi üçün lazım olan 2 il müddəti ləğv etmişdi.
Müəyyən seçki sistemləri subnational yurisdiksiyalar çərçivəsində keçirilir və beləliklə, bu yurisdiksyadan kənarda qalan və ya sadəcə həmin ərazidən kənarda yaşayan şəxs seçkidə iştirak edə bilmir. Məsələn, ABŞ-nin Vaşinqton şəhəri 1961-ci il konstitutsiya dəyişikliyindən sonra prezident seçkilərində iştirak edə bilsə də, Konqresə olan seçkilərdə iştirak edə bilmirlər. Bu həmçinin, Puerto-Rikoda da belədir.
Bəzən vətəndaşlar vətəndaşı ölkədə keçirilən seçkilərdə səsvermə haqlarını itirə bilərlər. Beləki, Avstraliyadan müəyyən müddət kənarda yaşayan Avstraliya vətəndaşı vətənində keçirilən seçkilərdə səs verməyə bilər (Avstraliyada səsvermədə iştirak etmək məcburidir).[38] Danimarkadan kənarda qalıcı olaraq yaşayan danimarkalı səsvermədə iştirak edə bilməz.[39]
Bəzi yerlərdə isə müəyyən müddət bir yerdə qaldıqdan sonra həmin ölkənin vətəndaşı belə olmadan o bölgənin məhəlli seçkilərində iştirak edə bilərsiniz. Belə ölkələrə misal olaraq Böyük Britaniyanı göstərmək olar.
Bir çox ölkədə seçki hüququ o ölkənin vətəndaşları ilə məhdudlaşır. Bu vətəndaşlar isə əksər hallarda o ölkədə daimi olaraq yaşayan şəxslər olurlar. Lakin Millətlər Birliyi və Avropa İttifaqı kimi millətlər üstü qurumlar ora daxil olan bütün ölkələrin vətəndaşlarına səsvermə imkanı verirlər. XX əsrin ortalarına qədər bütün Millətlər Birliyi ölkələri adi yaşadığı ölkə fərqi olmadan səs verə bilirdi. Bunun əsas səbəbi isə Britaniya və yerli ölkə vətəndaşlığı arasıbda fərqin olmaması idi. Bir neçə ölkədə bu seçki hüququ ağ olmayan Britaniya vətəndaşlarını və hindliləri əhatə etmirdi. Avropa İttifaqının qanunlarına əsasən ittifaqa daxil olan ölkələrin vətəndaşları digər ölkənin məhəlli və Avropa parlamentinə olan seçkilərində iştirak edə bilərlər, lakin həmin ölkənin milli seçkisində iştirak edə bilməzlər.
Bəzi ölkələrdə sonradan vətəndaş olmuş şəxslərə seçkilərdə iştirak etmək və namizəd olmaq qadağan edilir. Bu ya müəyyən müddətlik ya da daimi olaraq qüvvədə qalır.
Belçikanın 1831-ci il konstitutsiyası anadan adi formada vətəndaşlığa qəbul edilənlə imtiyazlı formada vətəndaşlığa qəbul edilmiş arasında fərq qoyurdu. Yalnız xüsusi imtiyazlar verilmiş xarici kökənli vətəndaşlara seçkilərdə iştirak etmək, mühüm vəzifələr tutmaq və seçkilərdə namizəd olmaq imkanı verilirdi. Adi formada vətəndaşlığa qəbul edilən şəxslər yalnız məhəlli seçkilərdə iştirak edə bilərdi.[40] 1976-cı il seçkilərində adi formada vətəndaşlığa qəbul edilən şəxslər və Belçika vətəndaşı ilə evlənmə yolu ilə vətəndaş olmuş şəxslər səs verə bilərdilər, yalnız namizəd ola bilməzdilər. Bu hal 1991-ci il konstitutsiyasi ilə dəyişdirilmişdir.[41]
Fransada 1889-cu ildə qəbul edilmiş Milli Kimlik Qanununa görə, sonradan və ya evlənmə yolu ilə vətəndaş olmuş şəxslərə seçkilərdə iştirak etmək, namizəd olmaq və önəmli ictimai vəzifə tutmaq qadağan edilmişdi. Fransada bu diskriminasiya hallarına 1973 və 1983-cü illərdə mərhələli olaraq son verildi.[42]
Mərakeşdə və Qvineyada sonradan vətəndaş olmuş şəxslərin 5 il müddətinə səsvermələrdə iştirak etməsi qadağan edilmişdir.[43][44] Mikroneziya Federativ Respublikasında bir şəxs parlament üçün keçirilən seçkilərdə namizəd ola bilmək üçün ən azı 15 il əmin ölkənin vətəndaşı olmalıdır.[45]
Nikaraqua, Peru və Flippinlərdə yalnız anadan doğulma vətəndaş olanlar həmin ölkənin qanunverici orqanlarına seçilə bilmə imkanına malikdirlər, lakin sonradan vətəndaş olanlar səsvermədə iştirak hüququna malikdirlər.[46][47][48]
Uruqvayda sonradan vətəndaşlığa qəbul edilmiş şəxslər yalnız vətəndaşlığın qəbulundan 5 il keçdikdən sonra parlamentə seçilə bilərlər.[49]
ABŞ-də prezident və vitse-prezident anadan olandan vətəndaş olan şəxslərdən ola bilər. Digər bütün vəzifələrə gələ bilmək üçün sadəcə ABŞ vətəndaşı olmaq kifayətdir. Yalnız Nümayəndələr Palatasında işləmək üçün ən azı 7 il, Senatda işləmək üçün isə ən azı 9 il vətəndaş olmaq lazımdır.
Fransada 1872-ci ildə qəbul edilmiş qanun ilə orduda xidmət edənlərin səsvermələrdə iştirak etməsi qadağan edilirdi. Bu yalnız 1945-ci ildə ləğv edilmişdir. İrlandiyada polisin milli seçkilərdə iştirak etməsi 1923–1960-cı illər arasında qadağan edilmişdi. Onlar məhəlli seçkilərdə iştirak edə bilərdilər.[50]
1876-cı ildə qəbul edilmiş Texas konstitutsiyasına görə hərbi qulluqçulara seçkilərdə iştirak etmək qadağan edilmişdi. Həmçinin, bəzi prezident respiblikası olan ölkələrdə bir şəxsn həm icraedici hakimiyyətdə, həm də qanunverici hakimiyyətdə iştirak etməsi qadağan edilmişdir. Buna misal olaraq ABŞ konstitutsiyasının birinci maddəsini göstərmək olar.[51]
1840-cı ildə Havay krallığında qəbul edilmiş qərarla bütün yetişkin şəxslərə səsvermə hüququ verilirdi. Lakin 1852-ci ildə qadınlara bu qadağan edildi. 1902-ci ildə Millətlər Birliyində qəbul edilmiş "Commonwealth Franchise Act"a görə Avstraliyada və Yeni Cənubi Uelsdə qadınlara səsvermə hüququ verilirdi. Bu qanun həmçinin qadınlara hökumətdə iştirak etmək hüququ da verirdi və Avstraliya dünyada belə bir şansı yaradan ilk ölkədir. Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ vermişdi, lakin 1919-cu ilə qədər qadınlara qanunverici orqanda iştirak hüquq verilməmişdi.
Avropa İttifaqı 1994-cü ilin 19 dekabrında verdiyi qərarla hər bir şəxsə digər Aİ üzvü ölkənin məhəlli seçkilərində iştirak etmə hüququ vermişdir.
1840-cı ildə Havayda qəbul edilmiş konstitutsiyaya əsasən həm qadınlara, həm də kişilərə seçki hüququ verirdi. Lakin sonradan ağ irqin nümayəndələrinin təsiri ilə dəyişikliklər edildi:
1893-cü ildə Havay öz müstəqilliyini itirdi və ABŞ-nin tabeliyinə keçdi.
1995-ci ildə yaş limiti 21-dən 18-ə endirilmişdir. 1997-ci il konstitutsiyasında Honkonqda bütün daimi olaraq yaşayanların seçki hüququ olduğu müəyyən edilmişdir. Həmçinin seçki zamanı xaricdə yaşayanların səs verməsi barədə 12 maddəlik qanun verilmişdir.
Honkonqda seçkilərdə səs vermək və namizəd olmaq bərabər şəraitdə keçirilmir. 250,000-dən az seçici 30 nəfər seçə bilər, onların 23 nəfərini isə 80,000 nəfər seçici seçir.
Hindistanda ilk keçirilən 1951–1952-ci il seçkilərindən etibarən bütün kişi və qadın seçicilərə seçki hüququ verilmişdir. Əvvəllər ya. limiti 21 idi, lakin 1989-cu ildə bu limit 18-ə endirilmişdir.
1265-ci ildə etibarən İngiltərədə yetişkin əhalinin bir neçə faizi parlamentə keçirilən seçkilərdə iştirak etmə imkanına malik idi. Bu dövrdə parlamentə seçkilərin dəqiq vaxtı yox idi. Şotland parlamenti ayrılıqda inkişaf etmişdir.[71][72][73] İngiltərə kralı VI Henrinin 1432-ci ildə verdiyi qərarla yalnız 40 şillinq dəyərində mülkə sahib olan şəxslər səsvermələrdə iştirak edə bilərdi.
Seçkilər hər hansısa qanunlar yerinə ənənə ilə tənzimlənirdi. Uzun tarix boyunca seçki sistemi üzərində bəzi dəyişikliklər edilsə də, 1832-ci ilə qədər əsaslı islahatlar aparılmamıdşır. Bir sıra aktlardan sonra, 1918-ci ildə 21 yaşdan yuxarı bütün kişilər və 30 yaşdan yuxarı bəzi qadınlar səsvermə hüququna malik idilər.[74]
ABŞ konstitutsiyasi kimin səs verə biləcəyinə aydınlıq gətirməmişdir və bunu ştatların öhdəsinə buraxmışdır. ABŞ tarixinin əvvəllərində əksər ştatlarda yalnız müəyyən əmlakı olan və müəyyən yetişkinlik yaşına çatan və ağ kişilərin səsvermə imkanı var idi. Bu da ümumi əhalinin 6 faizini əhatə edirdi.[75][76]
ABŞ Vətəndaş müharibəsindən sonra konstitutsiyaya edilmiş dəyişikliklərdə 5 düzəliş səsvermə hüququ barədə idi.
1965-ci ildə qəbul edilmiş "Seçici Hüquqları Aktı"na qədər irqi əsaslara görə səsvermə hüququnun məhdudlaşdırılmasının tam qarşısını almaq mümkün olmamışdı. 1966-cı ildə Ali Məhkəmə tərəfindən bütün vergi (ing. poll taxes əsasında səs vermək konstitutsiyaya zidd elan edildi. Bununla da, qaradərililərlə birlikdə bəzi kasıb ağ dərililər də səsvermə imkanı əldə etdilər.[77][78]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.