From Wikipedia, the free encyclopedia
Adil Aşırım (24 fevral 1964, İğdır) — XX çağırış Türkiyə Böyük Millət Məclisinin Iğdırdan deputatı, elektrik mühəndisi.[1]
1964-cü ildə İğdırda anadan olan Adil Aşırım, orta məktəbi Ədirnənin Uzunkörpü ilçəsində tamamlamışdır. 1983-cü ildə daxil olduğu Orta Şərq Texniki Universiteti Elektrik və Elektronika mühəndisliyi fakültəsindən 1987-ci ildə məzun olduqdan sonra 1988–1990-cı illərdə İstanbul Texniki Universitetində magistr təhsili almışdır. 5 il telekomunikasiya sahəsində araşdırma və layihə mühəndisliyi edən Aşırım, müxtəlif şirkətlərdə elektrik-elektronik sənayesində rəhbər kimi çalışmışdır.
Ailəldir, 2 övladı var.
Adil Aşırım ilə qatıldığı 1995-ci il tarixli Türkiyədə parlament seçkilərində Demokratik Sol Partiya namizədi kimi seçkilərə qatılmış 14 faizlə seçkiləri 4. sırada tamamlasa da, səs faizi daha çox olan 3 namizəddən ikisi partiyalarının (Xalqın Demokratik Partiyası və Milliyətçi Hərəkat Partiyası seçim limitinin altında qalması səbəbi ilə millət vəkiçi seçilmişdir.
Adil Aşırım 1996-cı ilin yanvarında özəl televiziyalardan birinə siyasi partiya mənsubiyyəti haqqında açıqlama vermişdir:[2]
Mən sağın da sağında yetişdim. Namizəd olmaq üçün Doğru Yol Partiyasına getdim, amma yer yox idi. Buna görə də Demokratik Sol Partiyaya getdim. İğdırdan namizəd göstərildim. Demokratik Sol Partiyanın İğdırda təşkilatı və dəstəkçiləri yox idi. Mənə Ana Vətən Partiyasından olan bələdiyyə başçısı sahib çıxdı və dəstək oldu. Mən də onsuz Ana Vətən Partiyasına keçməyi düşünürəm. |
Bu açıqlamadan sonra Demokratik Sol Partiya Adil Aşırımın partiyadan ixrac edilməsi tələbini partiyanın Mərkəzi Nəzarət Təşkilatına göndərdi. Adil Aşırım daxili prosesi gözləməyərək 11 yanvar 1996-cı ildə Demokratik Sol Partiyadan istefa edərək Ana Vətən Partiyadına üzv oldu.[2]
Adil Aşırım 2002-ci ilə qədər Ana Vətən Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. O, həmçinin, 1996–2001-ci illərdə Məsud Yılmazın müşaviri və 2001–2003-cü illərdə isə Ana Vətən Partiyasının xarici əlaqələr katibi vəzifəsində çalışmışdır. Daha sonra isə Adil Aşırım Ana Vətən Partiyasından istefa verərək Milliyətçi Hərəkat Partiyasına üzv olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.